Şəki Bələdiyyəsi yerli özünüidarə orqanı kimi 1999-cu ildən fəaliyyət göstərir. 17 üzvü var. Şəki Bələdiyyəsinin strukturunu şəkildəki sxemdəki kimi göstərmək olar.
   Sxemdən göründüyü kimi bələdiyyə sədrinin birinci müavini maliyyə və tikinti, müavinləri isə müvafiq olaraq sosial və ekologiya məsələlərinin həlli ilə məşğul olur.
    Şəki Bələdiyyəsi öz inkişaf səviyyəsinə, kadr potensialına, həyata keçirdiyi layihələrin aktuallığına, eləcə də, ölkənin ictimai – siyasi həyatında oynadığı əhəmiyyətli roluna görə respublikada önəmli yerlərdən birini tutur. 
    Bələdiyyə səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə verilmiş qərarların həyata keçirilməsinə yardım göstərməsi, bələdiyyənin tabeçiliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün beş daimi komissiya yaratmışdır. Bu komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınmışdır. Кomissiyaların əsas vəzifələri bunlardır...  Ardına bax: >>

Xəbərlər

  • Şəki Bələdiyyəsində 31 Mart - Azərbaycanlıların soyqırımı anıldı Dünən – martın 30-da Şəki Bələdiyyəsində 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibəti ilə anım tədbiri keçirilmişdir.         Toplantı, 100 il əvvəl ermənilər tərəfindən doğma yurdumuzda vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin ...
    31 Mar 2018 00:28 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsində Xocalı faciəsi yad edildi         Bu gün - fevralın 26-da Şəki Bələdiyyəsində tariximizə qanlı hərflərlə yazılmış - XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı.         Tədbir Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsini bir ...
    25 Şub 2018 23:05 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Gənclər "Şəki Bələdiyyəsi" qəzetini mükafatlandırdı Şəki şəhər Gənclər və İdman İdarəsi ilə YAP Şəki Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.         Tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Şəkidə ...
    3 Şub 2018 01:46 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsi Cümhuriyyət İlinin layiqincə keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək Şəki Bələdiyyəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar yanvarın 10-da imzaladığı Sərəncamla bağlı iclas keçirilb.         Toplantını Şəki Bələdiyyəsinin sədri ...
    3 Şub 2018 01:34 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • ABİHİ Şəki RK-nın sədri "Tərəqqi" medalı ilə təltif olundu Azərbaycan Prezidentininin müvafiq sərəncamıyla Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə təltif edilənlər arasında Əliyeva Səyyarə Vəli qızı da var.        Səyyarə Əliyeva “Tərəqqi” medalı ilə təltif edilib.        O, uzun illərdir ki ...
    2 Şub 2018 23:39 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • ELAN: DİN xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirir AZƏRBAYCAN RESPUBLİKASININDAXİLİ İŞLƏR NAZİRLİYİPOLİS ORQANLARINDA VAKANT OLAN ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR         Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri ...
    30 Oca 2018 04:57 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsi sədrin yubileyini qeyd etdi Bu gün Şəki Bələdiyyəsinin sədri Elşad İbadovun anadan olmasının 50 illik yubileyidir.        Elşad Sirac oğlu İbadov 1968-ci il yanvarın 30-da Şəki şəhərində anadan olub. Şəki şəhər 11 saylı ...
    29 Oca 2018 23:24 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • İslam dini birlik və bərabərlik dinidir         28 noyabr 2017-ci il tarixdə Şəki şəhərində fəaliyyət göstərən “Məram” Gənclik Mərkəzində “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ...
    12 Ara 2017 00:08 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • “Bələdiyyə müasir Azərbaycanda özünüidarəetmə forması kimi” Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü Fuad İsmayılov bu gün Şəki bələdiyyəsində görüş keçirdi.         Şəki Bələdiyyəsinin sədri Elşad İbadovun və bələdiyyə qulluqçularının iştirak etdiyi tədbirdə F.İsmayılov ...
    1 Kas 2017 04:09 tarihinde Admin Sheki.city tarafından yayımlandı
292 / 1 - 9 yayın gösteriliyor Daha fazla görüntüle »

"Şəki Bələdiyyəsi" qəzetinin yeni sayı


Məqalələr

  • Azərbaycanlıların Milli Azadlıq Hərəkatı 20 січня відзначається День національно-визвольної боротьби азербайджанців проти совєтксько-комуністичної тиранії. Тернистий шлях до свободи, проголошення незалежної Азербайджанської держави та утвердження національної ідеї.January 20 marks the Day of the national liberation struggle against Azerbaijanis soviet communist tyranny. The thorny path to freedom, the proclamation of the independent Azerbaijan state and the establishment of a national idea.Ph., Dr. Fərhad Turanlı        Hörmətli soydaşlarım!        Geyd etmək lazımdır ki, 1990-cı il yanvar ayının 19–20`də Bakıda baş verən hadisə, Azərbaycan tarixində milli azadlıq və dövlət müstəqilliyimiz uğrunda sovet-kommunist rejiminə qarşı azərbaycanlıların qüclü bir milli-ingilabi hərəкatı olaraq qiymətləndirilməlidir.        O tarixdə, Moskvada SSRİ-nin mərkəzi rəhbərliyinin verdikləri əmrilə xüsusi qoşun dəstələrinin, o cümlədən tankların və digər hərbi texnikalardan ibarət ...
    19 Oca 2018 23:16 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • O gecə… Hidayət ELVÜSAL         Bütün gecələrin rəngi qaradır. O gecənin rəngi al qırmızıya boyandı. Evlər də, küçələr də qırmızı oldu. Səhər qıpqırmızı qərənfillər axan qandan don geyinibmiş kimi küçələrə xalı kimi sərilib ölən canlara ağılar dedi.        O gecə bir özgə vətən, bir özgə millət, bir özgə dövlət doğuldu – körpəsiylə, gənci ilə, qocası, ahılı ilə o gecə, məhz o gecə imperiya Azərbaycanı itirdi. Yeni Azərbaycan doğuldu. Elə biz özümüz də yenidən doğulduq.        O gecə dastanlar yazıldı. Gördülər, oxudular, eşitdilər ki, bu millətin necə qəhrəmanları varmış. Əliyalın tankın üstünə gedən şir ürəkli oğullar bütün dünyanı titrətdi. İlham və Fərizə əsrlərdən bəri əfsanə sayılan “Leyli və Məcnun”u yenidən yazdılar. Məhəbbətin, etibarın, sədaqətin, fədakarlığın hər şeydən üstün olduğunu sübut etdilər. Bir dastan yazdılar ki, Leyli ...
    19 Oca 2018 00:04 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Armed Mişellə Mixaylonun görüşü                                                     1944-cü ildə Marselnim, Alibe və Lion şəhərlərinin dağlarında kənd və sahibkar xutorlarında idik. Dağlarda gəzərkən yad adamlara rast gəldik. Partizanlar hərəsi öz yerlərini tutdu. Qərargahın komandirindən tapşırıq gözləyirdik. Komandir Duşatle işarə etdi ki, gizləndiyiniz yerlərdən çıxın. Komandir bizə dedi ki, bunlar İtaliyanın partizanlarıdır. Biz görüşdük. Partizanlardan bəziləri onlarla danışıb bizə tərcümə edirdi. Birdən məni komandan çağırdığını bildirdilər. Mən çağırılan yerə getdim və komandan məni görüncə üstümə gələrək “Xarqo, səni təbrik edirəm, sizə bir şad xəbərim var” - dedi. Ardınca dedi ki, səni bir həmyerlinlə tanış edəcəm.         Sevinərək dedim: - Görəsən kimdir?         - Buyur, tanış olun.         Cavan bir oğlan gözləri həyəcanla dolu üstümə gələrək ana dilimizdə “eloğlu, salam” dedi.         Biz qucaqlaşdıq. Hətta gözlərimiz də yaşardı.         - Tanış olaq, azərbaycanlı Əhmədiyyə Cəbrayılov         - Mən də Bakıdan ...
    16 Oca 2018 05:12 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının QANUNU Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. 1-ci fəsil ÜMUMİ MÜDDƏALAR  Maddə 1. Qanunun əhatə dairəsi  1.1. Bu Qanun bələdiyyə üzvü olan bütün şəxslərə şamil edilir. 1.2. Hər bir bələdiyyə üzvü qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur.  Maddə 2. Qanunun məqsədləri  2.0. Bu ...
    13 Ara 2017 03:14 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Telefon zəngləri... Respublikamızın Əməkdar artisti, rejissor Mərdan Feyzullayevi düşünərkən.Vaqif ASLAN,AYB Şəki bölməsinin sədri         Bu, təxminən, yarım il bundan əvvəlin söhbətidir. Bilmirəm gecənin nə vaxtı idi. Mobiltelefonum zəng çaldı. Ala-sərsəm oyandım. Gecənin qaranlığında telefonumu götürdüm. Danışan Moskva “Dərviş” Azərbaycan teatrının təsisçisi və baş rejissoru Mərdan Feyzullayev idi. Salamlaşdıq. O çox sevincək və həyəcanlı bir səslə soruşdu:         -Bilirsən, mən haradayam?         Dedim: Desən, bilərəm.         Telefonda qürurla gurlayan bir səs dalğalandı:         -Mən Nazim Hikmətin ceviz ağacına dönüb kimsədən xəbərsiz bitdiyi Gülxanə parkındayam. “Gözəlim İstanbul və polis bunun farkında” olmasa da, özüm bunun farkındayam.         Mən özüm də həyəcanlandım:         -“Yarpaq-yarpaq” əllərinlə İstanbulu qucursanmı? “Kıvır-kıvır” kıvırlanıb, pırıl-pırıl uçursanmı?         -Lap elə Nazim Hikmətin özü kimi İstanbula “yüz min göz”lə baxır, “yüz min əll ...
    19 Eyl 2017 01:59 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • "Bütün atılan güllələr Anaların qəlbində partlayır!" Qardaş Türkiyənin İstanbul şəhərində həmyerlilərimiz Kəmalə NəbibəyliElçin İmanovAygün Həsənoğlu tərəfindən yeni qurulmuş "İstanbul-Azərbaycan Teatrı"nın ilk layihəsi olan “Adsız qadın” tamaşası 2016-ci ilin dekabr ayından başlayaraq İstanbul tamaşaçılarına nümayiş etdirilir. Premyerası son dərəcə təntənəli keçən tamaşa Türkiyə tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Murad Nəbibəyov,"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru,"Qızıl qələm" mükafatı laureatı        Dramaturq Aygün Həsənoğlunun eyniadlı pyesi əsasında hazırlanmış tele-tamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaşıçısı Kəmalə Nəbibəylidir. Tele-tamaşada İstanbulda təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə vətəndaşları da iştirak etmişlər. Film çəkilişləri İstanbulda və Yalovada yerli sakinlərin evlərində, onların iştirakı ilə aparılmışdır.         Əsər Xocalı soyqırımını bütün dəhşətləri ilə bir ailənin taleyində əks etdirir. Xocalı soyqırımında bütün ailəsini itirmiş, erməni girovluğunda işgəncələrə ...
    19 Ağu 2017 04:38 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • "Palatanın təklifimizə rəyi çox qərəzli və aşağı əyarlı idi...” “Təhsil sistemində köklü islahatlar aparmaq şərtilə müəllimlərin maaşlarının deputatların, nazirlərin maaşlarına çatdırılması kursu götürülsəydi, mən bunu alqışlayardım” Əli MəsimliAzərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Moderator.az-a müsahibəsini təqdim edirik:  Söhbətləşdi:Zülfüqar HÜSEYNZADƏ,Moderator.az xəbər portalının baş redaktoru        - Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasla bağlı fikirlərinizi almaq istərdik....         - Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidentinin qobal, regional və ölkədaxili məsələlər kontekstində bir sıra mesajlarını ölkəmizin mənafeləri baxımından çox vacib hesab edirik. İlk növbədə Azərbaycan Prezidentinin bir neçə gün bundan əvvəl Amerikanın ...
    13 Tem 2017 06:59 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Şəkililərin yaddaşına həkk olunmuş rəhbər Murad NƏBİBƏYOV,Şəki Bələdiyyəsi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru         Sadıq Murtuzayev - ölkəmizdə orta və yaşlı nəslin nümayəndələrindən az adam tapılar ki, 90 yaşını qеyd еtməyə hazırlaşan bu adamı tanımasın, yaхud da onun adını еşitməsin... Abşeronluların, Şəkililərin və Ağdamlıların isə hamısı Sadıq müəllimi yaxşı tanıyırlar. Amma çoxları bəlkə də onun filologiya elmləri namizədi, "Qızıl qələm" mükafatı laureatı, bir çox kitab müəllifi və "Şeyx Şamil" əsərinin həmmüəllifi olduğundan xəbərzisdirlər...         Kimdir Sadıq Murtuzayev?         - 1927-ci il iyulun 25-də qədim qonşumuz Qax rayonunun ölkəmizə çoxsaylı ziyalılar - alimlər, yazıçılar, tariхçilər, hərbçilər, bir sözlə məşhur insanlar bəxş etmiş İlisu kəndində anadan olub, ömrünün böyük hissəsini Vətənimizin, xalqımızın yüksəlişinə, ölkəmizdə sənayenin və kənd təsərrüfatının inkişafına həsr etmiş bir Azərbaycanlıdır Sadıq ...
    4 Tem 2017 06:30 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Şəki Xan sarayının fəlsəfəsi Elnarə GÜNƏŞ,Azərbaycan Jurnalistlər Birliyinin üzvüzim.az    Şəki Xan Sarayının şöhrəti haqqında hələ kiçik yaşlarımda məktəbdə oxuduğum “Zalım Xan” hekayəsi, daha sonra tarix dərsliklərində oxuduqlarım, mətbuatdan izlədiyim materiallar sayəsində bəzi məlumatlarım var idi. Aldığım bilgilər məni hər zaman düşündürürdü. Əvəzolunmaz sənət əsərini şəxsən görüb, Eşitdiklərimə əmin olmaq istəyirdim. Bu yaxınlarda Şəki Xan sarayında ekskursiyada oldum və gördüklərim məni heyrətdə saxlamışdı. Çünki oxuyub, öyrəndiklərimdən daha böyük bir xəzinənin şahidi oldum. Sarayda gördüklərim gözlərimin önündən getmir. Bir vətəndaşlıq borcum olaraq saray haqqında əldə etdiyim əvvəlki biliklərimə yeni və bir çoxlarına maraqlı ola biləcək yeni biliklərimi də əlavə edib bu yazını işləməyə qərar verdim. Doğrudur Şəki xan Sarayı haqqındakı həqiqətlər, onun lazımı şəkildə təsvir olunması üçün hansısa bir məqalə çox kiçikdir. Lakin ...
    28 Haz 2017 06:31 tarihinde Admin Sheki.city tarafından yayımlandı
  • Bitmədi, ey anam Dərbənd, həsrətim... (Dəmirqapı Dərbəndlə ilk görüş) (Dəmirqapı Dərbəndlə ilk görüş) Qiymət Məhərrəmli         Yaxınlarda Şəkidəydik və “Şəki ARB TV” kanalının proqram müəllifi Elşən Zəkəriyyəbəyli bizimlə çəkilişdən sonra yaxın günlərdə Dərbəndə gedib ordakı soydaşlarımızla görüşməyi təklif etdi. O eyni zamanda, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin ömür-gün yoldaşı Dilarə xanımın arzusunu da bu səfər çərçivəsində həyata keçirmək istədiyini bildirdi. Dilarə xanım Türk Dünyasının böyük filosof-şairinin müəllifi olduğu xeyli sayda kitabı Dərbənd Mərkəzi Kitabxanasının fonduna hədiyyə etmək qərarına gəlmişdi. Əlbəttə, bu, olduqca xoş niyyət idi və bircə qalırdı həmin arzunu həyata keçirmək.         Səfərimizin baş tutacağı günü dəqiqləşdirdik və həyat yoldaşım Gülməmməd İsrafiloğlunun maşınıyla yola düşdük. Sən demə, illər boyunca həsrətini çəkdiyimiz Dərbənd heç o qədər uzaq da deyilmiş bizdən. Səfər yoldaşlarımın qənaətinə görə, yolumuzun uzunluğu Bakıdan Şəkiyədək olan ...
    11 Oca 2017 05:01 tarihinde Murad Nabibekov tarafından yayımlandı
139 / 1 - 10 yayın gösteriliyor Daha fazla görüntüle »