Məqalələr‎ > ‎

Ermənilər qısır qalıb?

1 Oca 2015 02:28 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 02:29 güncellendi ]








Hidayət ELVÜSAL


        Düz 20 il bundan əvvəl Azərbaycanda 30.000 erməni olduğunu hamı deyirdi, hamı bilirdi. 20 il bundan əvvəl! Bəs indi? Sizcə bu gün Azərbaycanda nə qədər erməni var? Yenə 30.000? Bəs bu 30.000 erməninin heç doğub, törəyəni yoxdur? Əlbəttə, var!


        O da məlumdur ki, burada qalanların çoxu erməni qadınıdır. Yəni erməni kişilərdən fərqli olaraq, erməni qadınların doğması daha yüksəkdir.
        Nəyə gülürsüz? “...Erməni kişilərdən fərqli olaraq...” ifadəsinə? Amma ABŞ-da və Qərbdə deyilənlərə diqqət etsək, görərik ki, onlar erməni kişilərini də doğuzdura bilirlər. Yoxsa 1915-ci ildə- türklər erməni vandalizminə müqavimət göstərəndə “ölən ermənilərin sayı ilbəil artıb, o zaman Anadoludakı ümumi sayından 3 dəfə çox olmazdı. Hə! Bu Avropa elə bir siyasi mamaçadır ki, mərc gəlsə, o sayı milyarda qədər çəkib, uzadar. Yəni o zamankı erməniləri arvadlı, kişili “Paris” doğum evinə doldurar və hərəsinin qucağına 8 dığa, 7 axçı verər.
        Çox uzağa getdik. Paris hara, Bakı hara? Yəni deyirəm kişiləri cəhənnəmə, bu erməni arvadları necə, qısır qalıblar? Ola bilməz! Şəxsən mən erməni arvadlarının da doğduğunu bax bu qulaqlarımla eşitmişəm. Deməli... İndi bizim çörəyimizi 30.000 yox, ən azı 50.000-60.000 erməni yeyir.
Çörəyimizin duzunu da ki, bilirsiniz...
Mənbə: Tezadlar.az