Məqalələr‎ > ‎

Aqil ABBAS: AYIB, ÇOX AYIB!!!

2 Ağu 2016 13:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Ağu 2016 13:08 güncellendi ]
Ölkənin ilk müstəqil televiziya kanalı 
ANS Türkiyədəki FƏTO zəlzələsindən, 
ya vəlvələdən bağlandı. 
Bu kanal bağlanıb-açılmağa öyrəncəlidir. 
Bağlanar da, açılar da. 
Amma böyük bir media orqanının 
bağlanmasına sevinənləri, 
xüsusilə qələm əhlinin, yazı-pozu adamlarının sevinmələrini başa düşmək olmur. 
Hardandı içimizdə bu qədər 
paxıllıq, nifrin, kin?!

        ANS-i sevməyə bilərsiz, bağlanmasını da toy-bayram edə bilərsiz, amma…
        … Baxıram, Çingiz Mustafayevin Milli Qəhrəmanlığını da müzakirəyə açmısız. Ayıb, çox ayıb!
        
Bu gün erməni faşizminin Qarabağda törətdikləri vəhşilikləri, Xocalı faciəsini, səngərlərdə son damla qanınadək vuruşub şəhid olan övladlarımızın qəhrəmanlıqlarını, Qarabağ müharibəsinin həqiqətlərini canı bahasına, qanı bahasına lentə alıb tarixləşdirən Çingiz Mustafayev müzakirə mövzusudurmu?! Bu təkcə Çingizin deyil, bütün Milli Qəhrəmanlarımızın, bütün şəhidlərimizin ruhuna təhqirdir. Ruhların qəzəbi yaman olur ha!
        Bu gün Çingizin canı və qanı bahasına lentə aldığı görüntülərlə dünyanın yaxasından yapışıb silkələyirik. Bu görüntüləri soxuruq ermənilərin və bizim həqiqətlərə kor olmuş dünyanın gözünə!
        Dostlarımız Seyidağanın Tahirin haqqını da danmaq günah olardı.
        Evdə rahat-rahat, qarabağlıların təbirincə desək, dəməkgərmədən oturub çay içə-içə sosial şəbəkələrdə Çingiz Mustafayevin Milli Qəhrəmanlığını muzakirə edənlər, siz heç güllə səsi eşitdinizmi?! Allah eləməsin eşidəsiniz də! Özü də suyun bahalaşdığı bir dövrdə!
Mənbə: Adalet.az