Məqalələr‎ > ‎

Harınlıqdan doğan faciə

5 Oca 2014 01:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Oca 2014 01:19 güncellendi ]

Vüqar Tofiqli






Bu da son... Daha bir qazimiz haqq dünyasına qovuşdu. Düşmən gülləsindən yayına bilən həmyerlimiz məmur həsrliyinin qurbanı oldu. Dəhşətli görüntülər idi. Hamıya həmrəylik nümayiş etdirməli olan şəxsin “Mersedesi”nin yanında özünü yandırıb yerə sərili vəziyyətdə qalasan. Etirazını bu cür nümayiş etdirəsən. O kadrları hec vaxt beyinlərdən silmək olmayacaq... Neçə gündür davam edən bu gərginliyi anbaan mən də izləyirəm. Və hər addımın yaxşıya dogru getdiyinə inanmaq istəyirdim. Alınmadı...

Hadisənin səhəri günü səhiyyə naziri xəstəni yoluxdu. Yəqinki həkimlərə xəstənin sahibi özü olduğunu dilə gətirib, ondan hec nə ummayın dedi... Siyasilər yoluxdu. Dedilər ki, məsələnin siyasiləşdirməyin haa. Düşündülər ki, müaxliflər bu ailəni ələ ala bilərlər... Deputatlar ehtiyatla danışdılar. Nətər olmasa həmkarları idi. Üz üzə gələ bilərdilər. Və s. Səbəbkar isə öz işindəyidi. Hadisənin birinci günü ard-ardınca bədənin 45 faizi yanan şəxsə xəbər göndərirdi. Getsin məhkəməyə müarciət etsin deyirdi. Günahkar biz deyilik. Gah bələdiyyyəni, gah da vəkili borclu çıxardılar...

Səhəri gün isə QAZİnın alisəinə elçi gondərib könüllərini almaq istədilər. Yüz min manat, ayda filan qədər müavinət, işlə təminata söz verdilər... Başa düşülən deyil ki,40 kv.metrlik sahəyə qalmışdımı səbəbkar? Hec olmasa hallallıq alardı. Bu hadisəyə nə ad vermək olar? Ancaq harınlıq. Başqa söz tapa bilmirsən... Hadisənin baş verdiyi gün cərəyan edən hadisələr, prezident müdaxiləsindən sonra atılan addımlar çox şeylərdən xəbər verir... Səbəbkarın bu hadisəyə etinasız münasibəti , gühanı kiminsə üstünə atmaq cəhdi, prezidentin müdaxiləsindən sonra dərhal fikrin 180 dərəcə bucaq altında dəyişməsi nədən xəbər verir. Məmurların hər addımı prezident tərəfindən izlənilməlidirmi. Bəs bu məmurlarda vicdan və qeyrət hissi yoxdurmu. Qarşına cıxan hər hansı imkansız adama kömək etmək hissi bu xalqda var axı. Bu hiss hər birimizn içində bizimlə bərabər yaşayr axı. Nədən o hissi də öldürmək istəyirlər... İndi hec olmasa etdiklərindən xəcalət hissi keçirirlərmi...

Nəticə o du ki, pulnan hec də hər şeyi almaq mümkün deyil... İndi səbəbkarın adamları ailəni ələ almaq üçün növbəyə düzələcək. Deyəcəklər day olan oldu. Öləni geri qaytarmaq olmaz. Buyurun bunları götürün... GECDİR ARTIQ. O ƏLACI VAXTİNDA TAPMAQ LAZIM İDİ... Bu dünyada hec kəs ac qalmır. Allah hamıya çörək yetirir. O uşaqlar da inşallah böyüyəcək. Hərəsi bir ailə sahibi olacaq... Və hər zaman sabəbkarı lənətləyəcəklər. Bu hadisə bütün məmur tayfasına bir dərs olar yəqin...

P.S. Qazinin ailəsinə bir daha başsağlığı veririk...