Məqalələr‎ > ‎

Ədalət Tahirzadə: "Şəki dünya şəhərlərinin şəkəridir,.."

11 Ağu 2016 22:59 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Ağu 2016 22:59 güncellendi ]
        Mən deyəndə ki Şəki dünya şəhərlərinin şəkəridir, şəkililərinsə tayı-bərabəri yoxdur, məni şovinizmdə suçlayırlar. :) Axı, qardaş, gercəkdən belədir!

        Bu sözləri hazırda elmi axtarışlarla əlaqədar qardaş Tatarıstan Respublikasında ezamiyyətdə olan professor Ədalət Tahirzadə dünən - avqustun 11-də özünün Facebook səhifəsində yazıb. O, qeyd edir ki, Qazan şəhərində iki tarixi şəxsiyyət - iki şəkili haqqında məlumatlar əldə edib.
        Hörmətli professorumuzun yazdıqlarını olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
        - Bu gün Qazan şəhərində iki möhtəşəm şəkili haqqında iki möhtəşəm qaynaq əldə etdim.
        Tatar Ensiklopediyası İnstitutunuun direktoru, prof. İsgəndər Qıyləcov (Iskander Gilyazov) mənə Almaniyda Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olmuş Zahid Əfəndiyevin şəklini və onun haqqında bilgilər verdi. O, Z.Əfəndiyevdən də danışdığı kitabını da mənə bağışladı.
        İkinci qaynaqsa şəkili, çar zabiti, Osmanlı sarayında qulluq etmiş, Buxara əmirinin ən yaxın adamlarından olmuş, Prjevalskinin səyahətini təşkil etmiş... Zaman bəy Şıxəlibəyov haqqında da söz edilən "Təvarixi-xəmseyi-şərqi" (Qazan, 1910) kitabıdır. Yazarı qazax Qurbanqali Xalidoğludur. Bu kitabı 2012-ci ildən bəri axtarırdım. Tatarıstan Milli Kitabxanasını və Qazan Universiteti Lobaçevski adına Elmi Kitabxanasını araşdırdıqdan sonra Elmi Kitabxananın nadir kitablar və əlyazmalar bölümündə tapdım. Gözləyin, tezliklə Azərbaycan tarixinə daha iki böyük şəkili gəlir!