Məqalələr‎ > ‎

Köhnə tanışlar: AYDIN MƏMMƏDOV

14 Oca 2014 00:15 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2014 05:26 güncellendi ]
Tofiq ABDİN

        İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş başlayır demək. 
        Bura Tərcümə Mərkəzidir və həm də burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir və bəzən nahar yeməyində söhbət zamanı ötənlər yada düşür və yavaş-yavaş xatirələr qımıldanır. Və hərə öz bildiyindən danışır. Budanışıqlar zamanı rəhmətlik Aydın müəllim hər dəfə xatırlanırvə onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev. Onunda yavaş-yavaş qırışığı açılır və Aydın müəllimlə işlədiyigünləri açıb çözələyir. Mən hər dəfə ona deyirəm ki :kişi,bunları cızmaqara elə, ardını mən düzübqoşaram.Bax,neçə illərdi bu beləcə davam edir.Amma aydanışır ha Aydından. Danışmağa nə var ki... Danışmağa hamıpərgardır.Di gəl yaz e... Keç kompüterin arxasına yaz ey... 
        Bir dəfə də İlham müəllim Aydın bəyin bir yazısı haqqındadanışdı və dedi ki, bu yazı ya çap olunmayıb, ya da çox az məlumdur oxuculara. Aydın Məmmədovun 70 illik yubileyi günlərində (doğum tarixi 16 yanvar 1944-cü il) həmin yazını oxuculara təqdim edirik. Amma daha öncə Aydın müəllimin başqa dostu və Aydınmüəllimə çox dəyərli bir poema həsr eləyən gözəl şair Vaqif Aslanla bu unudulmaz insan və ziyalı haqqında söyləşimizi oxuculartəqdim edirik. 
        Növbət sayılarımızda unudulmaz alim və bu ölkənin ilk Xalq deputatlarından biri olan Aydın Məmmədovun həmin essesinioxucular təqdim edəcəyik. 


Not: Bu ön söz təşkilatın senzurasından keçirilikdən sonra çap olunur.Yazıların sonunda senzuraya təqdim olunmuş ÖN SÖZÜN olrijnalı çap üzü görəcək. 
abdin41@mail.ru

* * *
        - Vaqif müəllim bir naqolay sualla başlayaq: Aydın müəllimlə necə tanış idiniz və nə vaxtdan onunla təmasınız olub? 

        - Sizin sualınız sanki məni mürgüləri gözlərimə yığılan illərimdən ayırdı. Diksinib ayılan kimi oldum. Gözlərimi açdım və qarşımda“Şəki fəhləsi” (indiki adı “Şəki”dir) qəzetinin 5 iyun 1979-cu il sayının 4-cü səhifəsindəki məlumatı bir də oxudum: “ Şəkidə Sabirpoeziyası günü. Dövlət Dram Teatrında keçirilən görüşü...Azərbaycan KP Şəki şəhər komitəsinin ikinci katibi Ə. Nəzərli açmış,..şairlərdən Fikrət Qoca, Tofiq Abdin, həmyerlimiz, “Səbuhi” ədəbi məclisinin üzvü Vaqif Aslan öz şeirlərini oxumuş, tənqidçilərdənAydın Məmmədov və Kamil Vəliyev müasir poeziyanın qarşısında duran vəzifələrdən danışmışlar”.... Elə bu arada “Daş əlifba”şeirimi əlyazması şəklində sizə təqdim etməyim də, onun “Qobustan” jurnalının növbəti sayında çap edilməsi də gözləriminönündən gəlib keçdi. 
Mənim Aydın müəllimlə şəxsi tanışlığım ali məktəb illərimdən başlanmışdır. Şəxsi tanışlığımıza qədər mən kəndimizdə hamınındilinin əzbəri olan “Alim Aydın” haqqında çox şey eşitmişdim. Bizi həm də tale, qədər və qismət oxşarlıqları birləşdirirdi. Biz birkənddə doğulmuşduq-həmkəndli idik. Sadəcə olaraq Aydın müəllim kəndimizin aşağı ucqarındakı Tahirlər məhəlləsində , mən isəkəndimizin günbatan tərəfindən yuxarı ucqarındakı tatar uşağı məhəlləsində, lakin müxtəlif illərdə –Aydın müəllim 1944-cü ilinbaşlanğıcında (yanvarın 16-da), mən isə altı il sonra-1950-ci ilin ortalarında (iyulun 5-də) doğulmuşduq. İbtidai təhsilimiziməhəllələrimiz kimi bir-birindən xeyli aralı yerləşən ibtidai məktəblərdə alsaq da, səkkizillik və orta təhsilimizi müxtəlif illərdə, lakineyni məktəblərdə almışdıq – hər ikimiz Kiş kənd səkkizillik məktəbini bitirən kimi qonşu Oxud kəndinə orta təhsil almaq üçünpiyada gedib gəlmişdik. Fərq onda idi ki, Aydın orta məktəbi həqiqi mənada qızıl medalla başa vurmuşdu. Bunu ona görə deyirəmki, sovet dönəmində “qızıl medala layiq bilinənlərin” çoxu yerindən tərpənə bilmədiyi halda “idmandan”, səsi olmadığı halda“nəğmədən”, ağla qaranın fərqinə varmadığı halda “rəsmdən” və sairədən “5” alanlar idilər. Fərq həm də onda idi ki, biz Aydın kimioxumaq istəsək də, tədris edilən fənləri Aydın kimi hərtərəfli mənimsəyə bilməmişdik və bunlar da nəzərə alınmışdı. 
        
Mən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olduqdan bir müddət sonra Aydın müəllimi şəxsən tanımışam. Artıq 1969-cu il idi. Aydın ADU-nu çoxdan fərqlənmə diplomu ilə bitirmişdi və Moskva Dövlət Universitetinin aspiranturasının son kursundaoxuyurdu, lakin tez-tez Bakıya gəlib gedirdi. Mən institutumuzun Dərnəgüldəki yataqxanasında qalırdım. Orada məndən yuxarıkursda təhsil alan həmkəndlimiz Qüdrət Muradov və digər şəkili tələbələr də var idilər. Onlar Aydınla dostluq edirdilər. Aydın hərdəfə Moskvadan Bakıya gələndə dostları ilə görüşmək üçün həm də bizim yaşadığımız tələbə yataqxanasına baş çəkərdi.Günlərin bir günü məni Aydına təqdim etdilər: “Kəndimizdəndr, özü də yaxşı oxuyur.” Çox sağ olsunlar! Mən Aydına heyranlıqlaqulaq asırdım. Tələbə yataqxanasında tavada qızardılmış kartof süfrəsi arxasında (bəzən heç bu da olmurdu)keçən söhbətlərimizelmi simpoziumları xatırladırdı.Dilçilikdən, ədəbiyyatdan, xüsusilə türkologiyadan gedən mübahisələrdə Aydın bizi necə dəzənginləşdirirdi! O həyatiliklə elmiliyi təbii şəkildə özündə birləşdirən bir şəxsiyyət idi! Bizim tanışlığımız beləcə başladı və davametdi... Mən institutu bitirib doğma kəndimizdə müəllimlik etməyə başladım. Bir müddətdən sonra Aydının Həştərxanhəbsxanasında yatdığını eşitdim. Türkoloji düşüncələrinə görə ideoloji təhlükə hesab edilən Aydının Sistem tərəfindən müxtəlifbəhanələrlə həbs olunmasına mənim heç bir şübhəm yox idi. 1975-ci il avqust ayının sonlarında onu həbsdən azad etmişdilər.Aydın nəzarət altında olduğu üçün hələ bir müddət mərkəzdə deyil, kənddə yaşamalı idi. Bəziləri , hətta, vaxtilə ondan əlçəkməyənlər də Aydınla ehtiyatlı davranmağa səy edirdilər. Lakin aradan bir az keçəcəkdi, Aydın özünü dikəltdikcə o adamlaryenidən onun doğmalarına çevriləcəkdilər. Qısası, 1975-ci il avqustun sonlarından bizim tanışlığımız dostluğa çevrildi. Nə yaxşıki, dostluğumuz heç vaxt qırılmadı. “Şəki fəhləsi”nin 9 oktyabr 1976-cı il sayında haqqımda yazdığı “Qələm dostumuz VaqifAslan” adlı yazısı ilə mənim yaradıcılığıma münasibətini bildirdi. Son dərəcə professional səviyyədə yazılan bu yazı ədəbitənqidimizə gələn yeni nəfəsdən xəbər verirdi. O, bir azdan Bakıya qayıtdı, lakin Ədəbiyyat və Dilçilik İnstitutunda vakant yerolmadığı üçün BDU-nun “Tətbiqi riyaziyyat” fakültəsinə yenicə verilən EHM-lər üzrə ilk proqramçı oldu. Nə qədər paradoksal görünsə də, Aydının riyazi təfəkkürü öz parlaqlığı ilə çoxlarını heyran qoydu. Növbəti il Aydın Ədəbiyyat və Dilçilik İnstitutunda fəaliyyət göstərməyə başladı. 

        - Poema janrının tənəzzül etdiyi bir məqamda Siz Aydın müəllimdən poema yazdınız və poema yaxşı da qarşılandı.Adətən beləyazılar proza formasında olur.Siz nədən poema janrını seçdiniz? 

        - Aydın mənim yaddaşıma səmimiyyət, ərk, istiqanlılıq, müdriklik, insansevərlik, fədakarlıq, dönməzlik rəmzi kimi həkk edilmişdi.Aydın həm də qayalara və daşlara yazılan yaddaş kimi idi. Sadəcə olaraq, onun haqqında mən nasiranə deyil, şairanədüşünürdüm. Aydının yol qəzasında həlak olmasının elini, dilini və yolunu sevənlər üçün nə dərəcədə dözülməz olduğunu gördüm.Sanki bütün Azərbaycan Kiş kəndinə yığışmışdı və Aydını axirət evinə yola salırdı. Mən bu qəfil zərbədən ağrıyan başımı vəsızıldayan ürəyimi ovutmaq üçün bayatı çağırmaq istədim. Bir yandan da Aydınla “ölümdaş” (ifadə rəhmətlik İsa İsmayılzadəyəməxsusdur) olan Dilarə xanım Əliyevanın sinəmizə dağ üstündən çəkdiyi dağın yanğısını bayatılarsız soyuda bilmədim. Sadəcəolaraq, bu yanğı heç özüm də bilmədən məni poema janrını seçməyə məcbur etdi. Mərhum ədəbiyyatşünas Yaşar Qarayev dolayı yolla olsa da, “Aydın” poemasına işarə ilə “Q.Yaşar” imzalı yazısını (“Ədəbiyyat qəzeti”, 23 aprel 1993-cü il.) “Epitafiya,yaxud baş daşına oxunan mahnı” adlandırmışdı. 

        - 
Poemada çox incə yanaşmalar və bəzən də çox sıxıcı anlar olduğu bəlli.Bu poemanı işlərkən nə kimi çətinlikləriniz oldu vəsarsıntılar keçirdizmi? 

        - Sizin son dərəcə həssaslıqla verdiyiniz bu suala cavab vermək o qədər də asan deyildir. Mən bu poemanı yazmaq üçün xüsusivaxt ayırmadım. Mən onu hissə-hissə yaddaşımda yazdım. Sonra vərəqlərə köçürdüm. Bəzən mən onu avazla oxuya-oxuya,bəzən kiminləsə söhbət edə-edə, bəzən də sakitcə xəyala dalaraq, gözlərimi xatirələrimdə və düşüncələrimdə görünən nöqtələrəzilləyərək yazdım. Onun bəzi hissələrini evdə və məktəbdə, bəzi hissələrini isə kənddə və şəhərdə yazdım. 1991-ci ilin yay tətiliərəfəsində mənimlə birlikdə Rusiyanın Ryazan vilayətinin Mixaylov şəhərində kəsbkarlıq edən müəllim yoldaşım Tahir İslamov“Aydın” poemasını gündüzlər yaddaşıma, axşamlar dəftərimə yazdığımın canlı şahididir. “Aydın” poemasını yazarkən qaynarqazan kimi paqqldayan hadisələrin içində əriyib getməmək üçün tez-tez tarixə, faktlara və arqumentlərə üz tuturdum. 1988-ci ildənüzü bəri baş verən hadisələri öyrənir, müqayisə edir, mühakimə süzgəcindən keçirir, sonra da öz təbirimcə ümumiləşdirirdim. Eynizamanda bu əsəri yazdıqca “İnsanlar baş verən hadisələr barədə necə düşünür?” sualına cavab vermək istəyirdim. Mənim kəndmühitində yaşamağım, kəndimizin şəhər tabeçiliyində olması, bir çox dillərdə nəşr edilən mətbu materiallarla və teleradio verilişləriilə müntəzəm maraqlanmağım da mənə bu işdə çox kömək etdi. Əsəri yazarkən əsas çətinliyim özümlə bağlı oldu. Mənhadisələrə və hadisələrin axarında zamana namuslu baxışın tərəfdarı olduğum üçün dediyim sözdə və yürütdüyüm fikirdə obyektivolmağa çalışdım. Bəzən son dərəcə çətinliyə düşdüyüm məqamlar da olurdu ki, fikrimin ifadəsi üçün çıxış yolu tapmayanda sarsılırdım.Qorxurdum ki, haradasa tutduğum yanlış bir mövqe gələcək qarşısında məni gözükölgəli edər. Tarixi-siyasi, ədəbi-sosial, lirik-emosional, epik – analitik yanaşma tələb edən bir mövzuya girişmək, əlbəttə ki, çox məsuliyyətli və çətindir. Elmdə vəsiyasətdə xalqını ləyaqətlə təmsil edən Aydın fenomeninə olan heyranlığım mənə bu çətinlikləri unutdurdu. Bir də o zaman ayıldımki, gördüm, əsəri yazıb qurtarmışam. 

        - Sizin yaddaşınızda ilişib qalan poemaya daxil olmayan və “gərək bunu da yazaydım”- deyə bir vəziyyəti sonradan yaşadınızmı? 

        - Açıq etiraf edirəm ki, əsəri yazıb qurtarandan bir qədər sonra sanki əsərin yarımçıq qaldığını hiss etdim. Mənə elə gəldi ki, 1991-ciil 20 apreldən sonra baş verən hadisələri Aydına söyləmədən,Aydınla müzakirə etmədən bu əsəri məzmun və mündəricə etibarilətamamlamaq mümkün deyildir.

            Gəldim, dərdləşək bir az 
                    bu qoca ağac altda, 
            Deyim ki, səndən sonra 
                    nələr oldu həyatda. 
            Deyim necə ələndik şadaradan 
                    qum kimi. 
            Şumlanmış torpaqlara 
                    səpildikcə tum kimi...

misraları ilə “Aydın” poemasının 2-ci hissəsini yazmaq istədim. “Aydın”a qədərki zaman kəsiyində var olan tarixi şəxsiyyətlərintaleyinin necə olcağını, sonrakı hadisələrin necə inkişaf edəcəyini izləmək ehtiyacı yarandığından səbrli olmaq və gözləmək lazımgəlirdi. “Aydın” poeması 1993-cü il aprel ayının 20-nə qədər nəşr edilib qurtarmışdı. Aydının məzarı qarşısında o kitabdan bir neçəsətir oxumaq istəyirdim. O zamankı “Elm” nəşriyyatının direktoru Fikrət Süleymanoğlu (indi Fikrət Saraclı adı ilə tanınır) Aydınınvəfatının ikinci ildönümü ilə əlaqədar keçiriləcək mərasimdə iştirak etmək üçün kitablarımı da öz maşınına qoyub mənimlə birlikdəKiş kəndinə gəlirdi. Necə oldusa, yolda söhbət hərlənib-fırlanıb “Aydın” poemasının məziyyətləri üzərinə gəldi. FikrətSüleymanoğlu dedi: “Sənin qəhrəmanlarının hamısı özünü doğrultmayacaqdır. Onların arasında sənin təsvir etdiyin kimi olmayanlarda olacaqdır. Lakin bunlar sənin əsərinin tarixi-ədəbi əhəmiyyətinə o qədər də təsir göstərməyəcəkdir. Ona görə ki, səninproqnozların, ümumiyyətlə, düz çıxacaqdır”. Mən belə cavab verdim: “Düz deyirsiniz. Mənim qəhrəmanlarım təcrübəli sərkərdələrdeyillər. Onlar sadəlövh cəngavəri xatırladırlar. Lakin onların hamısı xalqını sevən adamlardır.Sadəlövh sevgidən sevgili vətənəziyanlıq da gələ bilər”. Hadisələrin sonrakı inkişafı bunun belə də olduğunu göstərdi. Mənim xalqımıza sevgiylə dolu bəzi sadəlövhqəhrəmanlarım öz cəzalarını çəkməli oldular. Lakin onlar yenə də qəhrəman olaraq qaldılar. Bu belə də olmalı idi.Çünki mənhadisələrin gedişinə bəzi məqamlarda həm də xalqın gözü ilə baxmışdım. “Elin gözü tərəzidir” misalını unutmamışdım.
        Əsəri yazıb qurtarandan sonra: “Aydının elm və ədəbiyyat adamları ilə münasibətlərindən də gərək yazaydım” – deyə düşündüm.Lakin gec idi. İndi isə fikirləşirəm ki, Aydının elm və ədəbiyyat adamları ilə münasibətlərindən yazsaydım, onların da bir çoxumənim sadəlövh qəhrəmanlarımı kölgədə qoyacaqdı, bəlkə də, “Elin gözü tərəzidir” misalı o məqamda özünü oğrultmayacaqdı. 

        - 
Bu əsəri yazarkən hansı çətinliklərlə üzləşdiniz? 

        - Aydın ünsiyyət baxımından əhatəli bir şəxsiyyət idi. Aydının dəmirçi, kömürçü, pinəçi, dəllək və sair ilə, o cümlədən rəsmiadamlarla münasibətlərində onu başqalarından fərqləndirən cəhətlər qabarıq şəkildə nəzərə çarpırdı. O,insanlar necə düşünür,necə yaşayır, necə mühakimə edir suallarına cavab tapmaq istəyən əzabkeş tədqiqatçını xatırladırdı. Pinəçi ilə pinəçi, dəllək ilədəllək dilində, kənd soveti katibindən tutmuş raykom katibinə qədər rəsmi adamlarla rəsmi dillə qarışıq bir dildə danışmaq hərkişinin işi deyildi. Əsərimi yazarkən bunları da yazmaq istədim, lakin bunlar daha böyük hadisələr fonunda gözlərimdən qaçdılar.Bir də o zaman gözlərimə göründülər ki, artıq gec idi. Aydını ailə- məişət çərçivəsində, qohum-qardaş, dost-tanış coğrafiyasındatəsvir etmək də mənim düşüncələrimin ümumi inkişaf xəttinə o qədər də uyuşmurdu. Mən bu çətinlikdən heç özüm də bilmədən,sövqi-təbii olaraq qaçırmamış. Kövrələndə ağlaya, sevinəndə gülə, hirslənəndə söyə bilən təbii bir insanı həyatın bütün sahələrindətəbii şəkildə göstərə bilmək çətindir, əslində qeyri-mümkündür.

        - Bir daha soruşum: Aydını yaddaşınızda qalan və əsərə daxil olmayan hansı qəribəliklərini yaza bilməmisiz? 

        - Sözünüzə qüvvət olaraq onu deyim ki, Aydının oxuduğu məktəbə münasibətini yaza bilmədim. Yazsaydım, bunun gələcəknəsillərin əxlaqi-mənəvi tərbiyəsinə böyük təsiri ola bilərdi. Aydın hər dəfə Bakıdan gələndə ilk olaraq məktəbə gələr, müəllimləri iləgörüşər, dostları ilə oturub maraqlı söhbətlər edərdi. Vaxt tapıb qonşu Oxud kəndinə gedər, yenə də orada müəllimlərinə başçəkməyi özünə borc bilərdi. Özünə yaxın olan adamları axtarıb tapmaq, onları yanındakı qonaqlarla tanış etmək xoşbəxtliyiniyaşamaqdan sonsuz zövq alırdı. Aydın o qədər istiqanlı idi ki, hətta, xətrini çox istədiyi dostu ilə yeri gələndə yataqxanadaqalmağı da üstün tuturdu. Aydın qəribəliyi həm də onda idi ki, dəlləyə də, pinəçiyə də türkologiyadan danışmagı, elə onlarla biryerdə ləhcəmizdəki arxaizmləri tapıb izah etməyi bacarırdı. Onu cəmiyyətin bütün təbəqələri alim kimi qəbul edirdi. Aydıntaleyüklu,eyni zamanda qlobal məsələləri də adi adamlara elə bir şövqlə danışırdı ki, sanki hamı hər şeyi başa düşürdü. Aydınınqəribəliklərindən biri də hər hansı bir dilçinin, yaxud ədəbiyyatçının qətiyyən yaxın durmayacağı işlərə həvəslə yaxın durması və osahədə də yaradıcılığını əyani olaraq nümayiş etdirməsi idi. BDU-ya ilk dəfə verilən EHM-lər üzrə proqramçı olmasından dayazmadığımı etiraf edirəm. 

        - Aydın haqqında bütün həqiqətləri demək üçün imkanınız nə qədərdi? Və içinizdə Sizə mane olan sıxıntıları indi etirafedə bilərsizmi? 

        - Aydın haqqında həqiqətləri demək, əlbəttə, seçilən janrın imkanları ilə bağlıdır. Bunun üzərinə mövzuya hansı bucaqdan baxışın daoynadığı rolu gəlsək, pis olmaz. Aydın taleyində Dostoyevski taleyinə oxşarlıq var idi və bu oxşarlıq onu həyatı boyu izləməmişdi.Aydın taleyində Kefli İsgəndər taleyinə də bənzərlik var idi. Elm aləmində onu kefli kimi qəbul edəndə sakitlik tapırdılar. Bu keflilikdə onu həyatı boyu izləməmişdi. O axır ki, ayılmış və öz böyüklüyü ilə dilçilikdə, ədəbi tənqiddə, həmçinin siyasətdə vəidarəetmədə tamlığı ilə görünə bilmişdi. Mən bunların hamısı barədə demək imkanına malik olmamışdım. İçimdəki sıxıntılar içindəolduğumuz zamanda bizim çevrəmizin görmə sferasına, bəlkə də, sığışa bilməyən tamlığın və böyüklüyün necə öz əksini tapacağıvə necə qəbul ediləcəyi ilə bağlıdır. Mən bu sıxıntılarımı də etiraf etməyi özümə borc bilirəm. Bir halda ki, içi mən qarışıq insanşəxsən özü haqqında həqiqətləri deməkdə də sıxıntılar yaşayırsa, deməli o göründüyü kimi olub, olduğu kimi görünə bilmir. Bu,dünyanın hər yerində belədir. İnsan obrazı yaradan hər hansı bir şair və ya yazıçı ətrafının, dövrünün sıxıntılarını yaşamağaməhkumdur. 

        Aydın başqa cür yaşaya bilərdimi.Bilərdisə niyə seçmədi o ömrü? 

        - Aydın başqa cür yaşaya bilməzdi, çünki özünü ifadə etməkdə çox sərbəst idi. Aydın başqa cür yaşaya bilmədiyi üçün başqa cüryaşamaq yolunu seçə bilmədi, çünki qarşısına, hətta, çöpünə çıxanları da çəkib öz səviyyəsinə qaldırmaq istədi. Bu isə mümkünolan şey deyildi. Məhz elə bu mümkünsüzlükdən Aydın üsyankarlığı başladı. Bu üsyankarlıq doğulduğu ocaqdan qurduğuyuvayadək, hər gün gedib-gəldiyi iş yerindən hərdən bir olduğu yığıncaqlaradək hər yeri əhatə etdi. Yəqin ki, o da başqaları kimisakit və rahat yaşamaq istəyirdi, lakin bacarmırdı. Bir dəfə o mənə dedi: “Mən də elmi işimi müdafiə etdim. Mən də filan kəs kimielmlər namizədi oldum”. Mən isə onun nə demək istədiyinin fərqinə varmadan onu təbrik etdim. O mənə “sağ ol” demək əvəzinəçox ciddi bir görkəm aldı, incik və acıqlı bir tonda son cümləsini təkrar etdi: “Mən də filan kəs kimi elmlər namizədi oldum”. Mənonda sanki yuxudan ayıldım və dedim: “Sən filan kəs kimi ola bilməzsən. Müdafiə etsən də, etməsən də sən-Aydınsan!” OndaAydının sifətində gəzən təbəssümün işıqlarını gördüm. O məmnunluq hələ də gözlərimin qabağındadır. Aydın başa düşüləndəözünü xoşbəxt hesab edirdi. Hamını və hər kəsi başa düşməyə can atdığı üçün idi, 1988-ci ilin məlum və məşum hadisələrininaxarında xalqımızın yaralarına məlhəm olmaq istədi. Məhz o zaman xalqını aydıncasına başa düşən Aydını xalqı da aydıncasınabaşa düşürdü. Bu qarşılıqlı anlaşma imperiyanı qorxudurdu və bu qorxunun sonu “yol Qəzası” ilə tamamlanmışdı. 

       Sizcə Aydını unudulmuş hesab etmək olarmı? 

        - Aydını unudulmuş şəxs hesab etmək haqqı danmaqdan başqa bir şey deyildir. Bu yaxınlarda Nəriman Əbdülrəhmanlı Aydınlabağlı bir çox məlumatları əldə etmək üçün mənim qonağım olmuşdu. Biz birlikdə Aydının qəbrini ziyarət etdik, Aydının xatirəsiniyaşadan abidəyə baş çəkdik, nəhayət, Aydıngilə getdik. Qapını döydük. Qapını Aydının həyat yoldaşı Cənanə xanım açdı. Xeylisöhbətləşdik. Hərdənbir Aydının böyük oğlu Araz ilə zəngləşirəm. O tərəfdən də nə qədər ki, Tərcümə Mərkəzi və başda Afaqxanım Məsud qızı başda olmaqla onun qədirbilən əməkdaşları vardır, Aydını unudulmuş şəxs hesab etmək olmaz. Nə qədər ki,türkologiya elmi vardır, o qədər də bu elmdə şəxsi imzası olan Aydın vardır. Nə qədər ki, Azərbaycan ədəbi tənqidi vardır, o qədərdə ədəbi tənqidimizdə qısa, lakin unudulmaz Aydın mərhələsi vardır. Aydın hər dövrdə bir formada təzahür edən strukturların deyil,öz axarı ilə əbədiyaşar xalqımızın Aydınıdır. 

        - Daha nələri soruşmağımı istərdiniz? 

        - Əvvəla, mənə ünvanladığınız suallar üçün sizə təşəkkürlər edirəm. Sizin suallarınıza verdiyim cavablarım sizi nə qədər qane edibetmədiyini bilməsəm də, imkanım daxilində ətraflı danışmağa çalışdım. Siz məndən Aydının necə olub Şəkinin Bollu dərə kəndməktəbinə rus dili müəllimi göndərildiyini, adi adamlarla necə ünsiyyətə girdiyini, vaxtilə “Neva” jurnalında antitürk şeirlərlə çıxışedən Silva Kaputikyanı Bakıda bağrına basan bəzi yazıçılara necə qəzəbləndiyini, BDU-da EHM-ə necə proqramlar verdiyini də soruşa bilərdiniz. Sizin suallarınıza cavab verməyin özü də xoşbəxtlikdir. 

Dərin hörmət və ehtiram hissi ilə.
Vaqif Aslan. AYB Şəki bölməsinin sədri. 
26 noyabr 2013-cü il.