Məqalələr‎ > ‎

"Kinonu Azərbaycan dilində danışdırmaq lazımdır" (müsahibə)

16 Mar 2015 04:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Mar 2015 04:54 güncellendi ]
            Rza Rzayev 1973-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. Özəl universitlərdən birinin məzunu olduqdan sonra  Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı "Bəsdir, ağlama" filmində çəkilən Rza həmişə vurğulayır ki: "Mən heç vaxt özümü bu sənətdə təsəvvür etməmişəm. Ağlıma da gəlməzdi ki, mən nə vaxtsa filmə çəkilərəm. Çünki mənim doğulduğum bölgədə aktyora pis baxırdılar, bizim tərəflərdə aktyorluq prestijli sənət sayılmırdı." "Bəsdir ağlama" filmindən sonra o dövr üçün məhşur olan  "Ünvansız qız" teleserialında Rəşad obrazı ilə tanıdıq onu. Amma özünün də dediyi kimi o populyarlıqdan imtina etdi. Ötən il "Dolu" filmindəki Drakon obrazı ilə yenidən filmə qayıtdı. Mətbuatda az müsahibə verən, efirlərdə nadir hallarda görünən aktyorlardandır Rza. Özünün də dediyi kimi mən də heç vaxt onu bir aktyor kimi təsəvvür edə bilmirəm. Çəkingən, incəsənətin içində ola-ola kənarda dayanmağa çalışan, bəlkə də bunu bacaran Rzayla söhbətə elə bu tərəfdən körpü saldıq.

 nel MUSAYEVA

            - Çox çəkingən, utancaq bir tipin var. İncəsənət adamından çox bir məmur görkəmin var.

            - Çox ciddi bir nəsil olub nəslimiz. Atam sərt insan olub. Görünür bu ondan irəli gəlir.  Uşaq vaxtı məni özü ilə toya aparardı amma maşından düşüb toyxanaya girməyə icazə verməzdi. Bizim nəsildə uşaqların böyüklərlə bir masada oturması adət deyildi, qadağan idi. Atamın  sərt xarakteri sözsüz ki, məndə müəyyən komplekslər yaradıb və  bu günə qədər də o kompleksləri daşıyıram, həm də təbiətim və xarakterim budur.

            - Bu komplekslər sənə mane olmur? Axı incəsənət adamı gərək bir qədər hərəkətli olsun?

            - Əslində tək incəsənətdə deyil bütün sahələrdə gərək bir qədər hərəkətli olasan. Amma düşünürəm ki, normal cəmiyyətlərdə bu belə olmamamlıdır.  Hər kəs öz qabiliyyəti, savadına görə özünü ifadə etməli, seçilməli hər hansısa bir sahədə özünü təsdiq etməlidir. Bu incəsənətdə də dövlət işində də, sahibkarlıqda da belə olmalıdır. Amma görünür buna hələ bizim cəmiyyət nail ola bilməyib. Mən çəkiliş vaxtı nə kameranı nə operatoru hiss eləmirəm. Oynadıüım obrazı yaşadıüıma görə özümü həmin situatsiyaya kökləməyi bacarıram. Əgər bir aktyor səhnədə, kamera qarşısında olduüunu hiss eləsə, o artıq aktyor deyil. Sənət yaşantıdı, kimsə onu yaşamayıb təkcə rol xatirinə oynayırsa deməli artıq o sənət deyil.

            - "Bəsdir ağlama" da əsir zabit, "Sarı gəlin" klipində türk komandiri, və "Dolu"da Drakon obrazı. Hər üçünün ortaq cəhəti müharibə ilə baülı olmasıdır. Bu tipli obrazlar səni niyə bu qədər cəlb edir?

            - Mənə çox dəvətlər olub sözsüz ki, dəvətlərin hamısını qəbul etməmişəm. Amma bu obrazlar mənim ürəyimcə olub, görünür elə  rejissorlar da məni bu obrazlarda görüblər ki, həmin rolları oynamaüı mənə təklif ediblər. Bu bir az da onunla baülıdır ki,  zaman, yaş keçdikcə insanların içindəki  ağrı da çoxalır. Şəhid olanların şəhid olana qədər çəkdikləri ağrıları da insanların üstünə yüklənib sanki.  Deyə bilmərəm ki, bu rolları oynamaqla onları əvəz edirəm. Amma onların yaşadıqlarını hiss etməyə, hiss etdirməyə çalışıram ona görə bu cür obrazlar mənim ruhuma yaxındır. Mən hesab edirəm ki, şəhid olan nəsil daha xoşbəxtdilər nəinki o nəsildən olub həyatda yaşayanlar.

            - Kinomuzun indiki vəziyyəti ilə bağlı dəyərləndirmə aparanda demək olarmı ki, Azərbaycan ki-nosu inkişaf edir?

            - Kimisi köynəyin düyməsini sinəsini göstərəmək üçün açır, kimisi sərinləmək üçün açır, kimisi də dəb üçün açır. Bax kino məsələsində də belədir. Azərbaycan kinosu inkişaf edir deməzdim, amma inkişaf etmək istəyir. Kinomuzun bu günü imkan vermir ki, kino özü özünü inkişaf elətdirsin. Ona görə də dövlət həm sənət adamlarına, həm də kinonun inkişafına  kömək edir. Çünki dövlət adamları başa düşür ki, kino mütləq inkişaf etməlidir. Kino müasir dövrün atom bombasıdır, onsuz heç nə mümkün deyil. Hətta cəmiyyətin inkişafını həmin cəmiyyətin kinosu ilə müəyyən etmək olar ki, bu cəmiyyət nə qədər inkişaf edib, nə qədər inkişaf etməyib.  Kinoya  yeni nəsil, yeni təfəkkür gəlib. Biz başqa bir quruluşdan başqa bir quruluşa keçmişik. Quruluşun dəyərləri dəyişdiyi kimi kinonun da dəyərləri dəyişib.  Amma bu dəyişikliyə nə qədər nail ola bilirik, nə qədər ola bilmirik artıq bu mübahisəli məsələdir...

            - Ötən il "Dolu" filmi bir xeyli səs-küyə səbəb oldu. Daha çox tənqid atəşinə tutuldu. Hardasa haqlı tərəflər də var idi, çünki tamaşaçı bu filimdən daha yaxşı şeylər gözləyirdi. Sən özün bir tamaşaçı kimi "Dolu"dan razı qaldınmı?

            - Mən həmişə deyirəm "Dolu" filmi ən yaxşı film deyil, yaxşı filmdir. Əgər hansısa bir rejissor deyirsə ki, mən ən yaxşı filmimi çəkmişəm o artıq rejissor deyil.  Heç Elxan Cəfərov da demir ki, mən bu filmi çəkməklə ən yaxşı filmimi çəkmişəm. Sadəcə "Dolu" filmi Azərbaycan kinosunda bir mərhələdir.  Deyirdilər ki, bizdə döyüş filmləri çəkmək olmaz, partlayış olan səhnələr çəkmək mümkün deyil. Bu filmlə bunu sübut etməyə çalışdıq ki, yəni Azər-baycanda da belə film çəkilə bilir. "Dolu" filmi hətta  20 il ərzində "siz döyüşməmisiniz" şüarını dəyişdi. Çox adam bilmirdi ki, biz düşmənə hansı şəraitdə müqavimət göstərmişik, necə döyüşmüşük. Dolu  filmi bunları  cəmiyyətə çatdırdı. Müəyyən çatışmazlıqlar isə sırf maddiyyatla baülı məsələlər idi. Çay verib dəniz tələb etmək olmaz, dənizdə olanı çayda axtarmazlar.

            - Filmdə  sənin performansının da tənqid olunduüu məqamlar oldu. Reaksiyan necə oldu? Ümumiyyətlə tənqidə dözümlüsənmi?

            - Yaradıcı adam tənqidlərə bir az dözümlü olmalıdır. Açıüı mən tənqid görmədim, daha çox tərif eşitmişəm. Amma olubsa da buna normal reaksiya verirəm. Təbii ki, tənqidin qayda-qanunu olmalıdır. Tənqidi kortəbii etmək olmaz. Tənqid edən şəxs gös-tərməli, əsaslandırmalıdır ki, sən bunu düz  etmisən və ya düz etməmisən. Yoxsa mənim səndən xoşum gəlmir, deyib, baxmadan, arqument göstərmədən tənqid etmək düzgün deyil. Mən sözü yox, vəziyyəti oynayan aktyoram. Kimsə durub oyununa görə aktyoru, rejissorun şəxsiyyətini tənqid, təhqir edirsə bu artıq normal deyil.

            - Rza, 1999-cu ildən bəri iki daşın arasında qalmısan. Hərdən mənə elə gəlir ki, aktyorluüa ùobbi kimi baxırsan mənimsəyə bilmirsən onu. Bu iki daşın arasından nə vaxt çıxacaqsan?

            - Demək olar ki,  artıq o iki  daşın arasından çıxmışam (gülür). Aktyorluüu davam etdirəcəm demirəm, ammà rejissor mütləq olacam.  Düşünürəm ki, Azərbaycanda heç vaxt olmayan Azərbaycan kinosunun əsaslarını yarada bilərəm. Bunun kodlarını da artıq  tapmışam. Sovet dövründə  bir neçə rejissor o kodları tapıb, bəziləri onu kinomuza  gətirməyi bacarıblar. Amma tam sistemləşdirə bilməyiblər. Üzeyir Hacıbəyov necə ki, Azərbaycan musiqisini azərbaycanlaşdırdı, notlara köçürdü, eləcə də kinomuzda bunu etmək mümkündür.  Bu yolda da mənə dövlətin dəstəyi lazımdır. İdeya var,  fikirlər var, buna görə də mənə emalatxana bir də diplom lazımdır ki, mən bu ideyaları həyata keçirdim. Bunun üçün isə xarici ölkələrin birində rejissorluq üzrə magistr təhsili almaq lazımdır. Əgər bunu dövlət etmirsə, gələn il öz hesabıma Türkiyəyə təhsil almaga gedəcəm. Artıq həyatımı kinoya bağlamışam. Kinonu Azərbaycan dilində danışdırmaq lazımdır ki, ingilis, gürcü, rus,  fransız baxan kimi bilsin ki,  bu Azərbaycan kinosudur.  Necə ki, bu gün də "Əsgər atası" filminə baxan kimi hiss olunur ki, bu gürcü filmidir. Bu filmə hansı xalq baxsa deyəcək ki, bu gürcü filmidir, hansı dilə tərcümə olunmasına baxmayaraq, çünki gürcülər həmin kodları  hələ sovet dövründə tapıblar.

            - Bu yaxınlarda sənə Türkiyədən seriala çəkilmək təklifi gəlmişdi. Necə oldu o filmin aqibəti?

            - "Daü qartalları" serialı idi böyük layihə idi. Filmin prodüseri Azərbaycana gəlmişdi. Mənə də bu filmdə oynamağı təklif etdilər. Öncə qəbul etdim, sonra qəbul etmədim, ona görə ki, hardasa dörd-beş il müqavilə baülamaq lazım idi. Mən də bu qədər uzun müddətlik müqavilə baülaya bilməzdim, çünki mən aktyor yox rejissor olmaq istəyirəm. Aktyorluq mənim üçün sadəcə olaraq rejissorluğa bir keçid  mərhələdir. İndi bildiyim qədəriylə o layihə hələki dayanıb.

            - Bu günlərdə Yavər Rzayevin çəkdiyi "İlahi məxluq" filmindəki erotik səhnəylə bağlı bir səs-küy yaranıb. O filmə baxmısanmı?

            - "İlahi məxluq" filminə baxmışam, amma mən nə qədər elədimsə o filmdə erotik bir səhnə görə bilmədim.  Mən Yavər Rzayevlə bu barədə söhbət etmişəm. İlk öncə onu deyim ki, Yavər Rzayev peşəkar rejissordur, bəlkə də Azərbaycanda yeganə rejissordur ki, detallarla çox dəqiq işləyir. Yavər Rzayev sadəcə olaraq milli  rejissor yox, daha çox kosmopolit rejissordu və kosmopolitlər elə düşünürlər ki, onlar daha böyükdürlər. Amma  öz millətini ifadə etməkdən, onun böyüklüyünü göstərməkdən böyük heç nə yoxdur. Əgər o, daha çox milli rejissor olsaydı xalqımız üçün çox böyük bir tapıntı olardı. O film erotik filmdən çox antimilli filmdir.  Bu gün hamı düşüb filmdə bir neçə dəqiqəlik epizodun üstünə ki, erotika var burda.  Amma heç kim detallara fikir vermir. Filmdə niyə uşaüın adı İsmayıldı? Niyə orda qoyun var? Niyə Vəfanın belinə baülanan kəmərin rəngi yaşıldı? Çobanın əlindəki  çomağın forması, niyə həmişə əlində olması, niyə Cavad Xan roluna çəkilən aktyorun çoban rolunda çəkilməsi ma-raqlandırmır, sual doğurmur və məzmunca erotika olmayan səhnədən daha çox danışırlar?  Əgər filmin detallarına diqqət etsələr görəcəklər ki, filmdə tamam başqa fikirlər var. "İlahi məxluq" filmini tənqid edənlər onun heç bir faizini də başa düşməyiblər. Vəfanının çəkildiyi həmin epizodda rejissor İslam dünyasıyla, Azərbaycanla bağlı çox dəhşətli mesajlar ötürür.  Orda göstərilir ki, Azərbaycan kişisi qadına qoyun kimi baxır, onunla qoyun kimi "yatır", davranır və s... Bunları başa düşmürlər, deyirlər ki, erotikadır. Amma Yavər Rzayevin nə qədər haqqlı olub olmadığını söyləyə bilməyəcəm, çünkü nə qədər ki, bizi başqaları dəyərləndirir, biz də başqalaşacağıq. Yavər Rzayev kimi rejissora sahib çıxmaq, yiyə durmaq lazımdır, onu mənasız tənqid etməklə onu daha da aqresivləşdiririk, o da Caxad Xan obrazını yaradan aktyo-run daha çox çoban olduüunu göstərəcək, bu da məqsədlidir. Çünkü  Yavər Rzayev həmin filmdə Azərbaycan milləti üçün daha aüır  şeylər deyib, amma bunu heç kim başa düşməyib.

            - Dedin ki, Yavər Rzayev milli rejissor deyil. Nəyə əsasən bunu deyirsən?

            - Yavər Rzayev ümumi insan xislətinə xas olan və  bütün millətlərdə olan mənfilikləri ancaq bizim millətdə görür və onu ekrana daşıyır. Satqın da bizik, alçaq da bizik, guya ki, başqa millətlərdə bunlar yoxdu?.. çeçenin, rusun satqını yoxdur? Gedin çeçəndən soruşun görün nə qədər satqınları var, amma görün onu filmə, ədəbiyyata gətirərlər? Təkcə o deyil. Bütün müharibələrdə qadına qarşı zo-rakılıqlar olub, amma başqa xalqlar bunu vermir, biz veririk kinomuzda. Biz müharibədə göstəririk ki, Azərbaycan qızı erməni tərəfindən bu cür zorlandı. Bunu boynuna al, sonra da  Ramiz Rövşən kimi de ki: "mən zorlanmış xalqın zorlanmış şairiyəm",  sonra da böyük şair,  xalqın böyük oülu olmaq istə, ən dəhşətlisi isə  bunu boynuna almaq və daha sonra yaşamaqdır. Və yaxud Rüstəm İbrahimbəyovun "Kabusun ýözü ilə" filmində Azərbaycan qadınını təhqir etməsi, Azərbaycan kişisinin kişiliyini şübhə altına alması gözlərdən yayınacaq. Ən dəhşətlisi isə budur ki, bunlar dövlətin, millətin pulu ilə çəkilir.

            - Səni müşahidə edən xanımlardan yekəxana olduğun fikrini eşidirəm. Xanımlar haqlıdırmı, Rza?

            - Ümumiyyətlə mən yekəxana deyiləm, qürurluyam. Fərqi yoxdur qadın olsun, kişi olsun, insanlara qarşı qürurluyam. Həyatda heç kimə güzəştə gedə bilməyəcəyim yeganə bir şeyim varsa o da qürurumdur. İndi xanımlar belə deyir, amma baxır ki, hansı xanımlar mənə necə münasibətlə yaxınlaşıblar mən də onlara necə cavab vermişəm. Düşünürəm ki, mən o xanımlara doğru cavab vermişəm (gülür).  Mövlanənin bir sözü var, deyir ki: "Dəniz ona görə böyükdür ki,  çaylardan həmişə aşaüıda daynamaüı bacarır". Çalıçıram ki, həmişə aşaüıda dayanım,  yekəxana ola bilmərəm. Sadəcə, xanımlarla məsafəli davranıram. İndi bi-zim xanımlar tərifə daha çox öyrəşiblər, həm də indi kişilərin, oülanların münasibətləri bir qədər kişiyanə deyil deyə, çox əzilən, yazıq, yalvarıcı  görü-nən kişilər çoxdur deyə, cəmiyyətdə bir az özünə, daha çox qadına hörmət edən, qadına qadın kimi baxan kişilər görəndə belə deyirlər.

            - 40 yaşında bir kişinin illərdir qadınlardan cazibəli, yaraşıqlı olduüunu eşitmək necə bir hissdir?

            - Orta məktəbdə, universitet illərimdə, təvazökarlıqdan kənar da olsa mənə qarşı əks cinsin diqqəti həmişə olub. Hətta o illərdə oülanlar mənimlə dəhlizdə  dayanmırdılar ki, sən bizim yanımızda dayananda qızlar ancaq  sənə baxırlar, bizə fikir vermirlər. Bu məndə artıq kompleks yaratmışdı, hətta boyumdan balaca olanların ya-nında durmaqdan sıxılırdım ki, uca görünürəm.  Amma həmişə bu şeyləri normal qəbul etmişəm. Necə bir hissdir... Adi gəlir mənə bu münasibətlər. Xanımlara qarşı münasibətdə  məndən mütləq xoşları gəlmələrini təmin edəcək hərəkətlər etmirəm heç vaxt, həmişə çalışmışam ki, daha çox  insani münasibətlər qurum. Daha çox dost münasibətində olum, xanımların o hisslərini düzgün istiqamətə yönəldə bilim, əclafcasına istifadə etməyim. Bizdə qadınlara qarşı münasibət çox pisdir.  Bir də görürsən dayanacaqda dayanıb avtobus gözləyən xanıma maşın saxlayırlar ki, gəl mənim maşınıma otur. Bizdə kişilər evdən çıxanda küçədən keçən bütün qadınlara pis gözlə baxırlar. Bu anormallıüa da cəmiyyət reaksiya vermir. Hamının anası, bacısı küçəyə tək çıxır və rahatlıqla gedib gəlməlidir, hər dayanacaqda duran qadına qıza pis gözlə baxmaq anormallıqdır.

            - Sevgi etirafları olurmu?

            - Tez-tez olur.  Mesaj da yazırlar, açıq da söyləyənlər olur.  Çox normal qəbul edirəm.  Bir qadının hansısa oğlandan xoşu gələ bilər, ailə qurmaq da istəyə bilər.  Bu təbiətin qanu-nudur, hiss məsələsidir. Anormal odur ki, bu cür hisslərə pis münasibət bəsləyəsən.

            - Səninlə maraqlanan qadınların hamısını maraqlandıran bir sual vermək istəyirəm. Rəyini alan olubmu?

            - Sevgi ürəyi dəyişməkdir. Dəyişdiyin ürək sənin ürəyinin yerinə düşürsə, o ürəklə yaşaya bilirsənsə, artıq başqa ürəyə ehtiyac duymursan. Kiminsə ürəyi var məndə. Kiminsə məndə ürəyi varsa deməli sevmişəm ki, o ürəyi hələ də saxlayıram.  İki insan arasındakı münasibətləri reklam etməyi etik hesab etmirəm. Bu münasibətlər o qədər sirrlidir ki, hətta iki insan özü belə bunu açıqlamaqda acizdir. Ona görə də çox detallara girmə (gülür). İndi sevgi çox prèmitivləşib. Əgər indi qız-lar özünə həyat yoldaşı seçərkən maddi vəziyyəti üstün tutursa, oülan qızı atasına görə almaq istəyirsə, bu cəmiyyətdə artıq sevgidən danışmaq olmaz. Yəqin müasir dövrün də tələbi budur, birini sevməkdən çox onunla hər gün kabab yemək, bahalı maşınlarda gəzmək, bahalı mənzillərdə yaşamaq haqqında düşünür insanlar.

            - Şəxsi həyatında  və yaradıcılıqla bağlı yeniliklər gözləyəkmi səndən?

            - Şəxsi həyatımda heç bir yenilik gözləməyin. Çünki  yaşımın elə bir dövründəyəm ki, həyatımın ən şirin anlarını  yaşamışam, indi də  həmin şi-rin anların əvəzini ödəyirəm. Daha çox həyatımın aüır dövrü gəlir. Yaradıcılıqda isə bayaq da dediyim kimi, özümü rejissor kimi görmək istəyirəm. Artıq tamaşaçılar məni aktyor kimi yox,  bir rejissor kimi görəcəklər. Bu günə qədər heç bir iddiam olmayıb, amma bu sahədə tam ürəklə deyirəm ki,  mən Azərbaycan kinosunun  əsaslarını yaradacam.  Onda azərbaycan kinosu brend olacaq.

Mənbə: Publik.az