Məqalələr‎ > ‎

Şəki bir memarlıq abidəsidir

17 Şub 2014 10:18 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Ara 2014 04:26 güncellendi ]
        XVIII əsrdə me­mar­lıq və in­şaat sa­hə­sin­də nə­zə­rə­çar­pan tə­nəz­zü­lün sə­bəb­lə­ri­ni öl­kə­də baş ve­rən par­ça­lan­ma və müx­tə­lif xan­lıq­la­rın qa­pa­lı iq­ti­sa­diy­ya­tı ilə xa­rak­te­ri­zə et­mək olar.



        Tə­bii ki, öl­kə iq­ti­sa­diy­ya­tı­nın da­ğıl­ma­sı pro­se­si me­mar­lıq və in­şaat sa­hə­si­nə də öz tə­si­ri­ni gös­tər­mə­yə bil­məz­di. Hə­min dövrdə in­şa edi­lən bi­na və ti­ki­li­lə­ri on­dan qa­baq - Azər­bay­can me­mar­lı­ğı­nın in­ki­şa­fı döv­rün­də is­ti­fa­də­yə ve­ril­miş abi­də­lər­lə heç mü­qa­yi­sə et­mək müm­kün de­yil. Hət­ta öz işi­nə yük­sək mə­su­liy­yət­lə ya­na­şan pe­şə­kar sə­nət­kar­la­rın da ya­xın keç­mi­şin ənə­nə­lə­ri­nə sa­diq qa­la­raq in­şa et­dik­lə­ri ti­ki­li­lər me­mar­lıq nöq­te­yi-nə­zər­dən in­şaat sa­hə­si­nin tə­nəz­zü­lə uğ­ra­dı­ğı­nı bü­ru­zə ve­rir.
        Şə­ki şə­hə­ri va­hid plan­laş­dır­ma sis­te­mi ol­ma­dan sa­lın­mış­dır. La­kin əv­vəl­cə­dən ha­zır­lan­mış baş pla­nın ol­ma­ma­sı şə­hə­rin iq­ti­sa­di in­ki­şa­fı­na o qə­dər də öz tə­si­ri­ni gös­tər­mə­miş, müx­tə­lif öl­kə­lər­lə hə­ya­ta ke­çi­ri­lən ti­ca­rət mü­ba­di­lə­si­nə ma­ne ol­ma­mış­dır. Şə­ki müx­tə­lif sə­nət­kar­lıq pe­şə­lə­ri­nə, kənd tə­sər­rü­fa­tı­nın, elə­cə də qo­yun­çu­lu­ğun və mal­dar­lı­ğın in­ki­şa­fı üçün mün­bit tor­paq sa­hə­lə­ri­nə ma­lik ol­du­ğu üçün də­fə­lər­lə ya­del­li­lə­rin iş­ğa­lı­na mə­ruz qal­mış­dır.
        Şə­ki şə­hə­ri haq­qın­da ge­ne­ral-ley­te­nant A.V.Pot­­to özü­nün "Qaf­qaz mü­ha­ri­bə­si" ki­ta­bın­da ya­zır: "Bö­yük ol­ma­yan ça­yın əs­ra­rən­giz mən­zə­rə­li mən­bə­yin­də yer­lə­şən Şə­ki xan­lı­ğı­nın pay­tax­tı qoz və tut ağac­la­rı­nın əha­tə­sin­də ta­ma­mi­lə gö­zə­gö­rün­məz ol­muş­dur. Hün­dür tə­pə­lik­də yer­lə­şən mü­da­fiə xa­rak­ter­li əzə­mət­li qa­la­nın içə­ri­sin­də isə Şər­qin bü­tün gö­zəl­lik­lə­ri­ni özün­də əks et­di­rən Xan sa­ra­yı diq­qə­ti cəlb edir.
        Bu­ra­da hər şey: sal­xım sö­yüd­lə­rin əha­tə et­di­yi mər­mər fəv­va­rə­lər, müx­tə­lif rəngli şü­şə­lər­dən qu­raş­dı­rıl­mış pən­cə­rə­lər, güz­gü qı­rıq­la­rı ilə iş­lən­miş ta­van­lar, qa­pı­lar, pən­cə­rə­lər, bu­xa­rı­lar - bir söz­lə, sa­ra­yın bü­tün elementləri nə­fis şə­kil­də və xü­su­si tərzdə fars üs­lu­bun­da in­şa edil­miş­dir (Nu­xa həm də son vaxtlar bü­tün Ru­si­ya əra­zi­sin­də ya­yıl­mış ma­hud üzə­rin­də müx­tə­lif rəngli ipək sap­lar­dan iş­lən­miş yə­hə­ral­tı­la­rı, süf­rə­lə­ri, dəs­mal­la­rı və di­gər tik­mə­lə­ri ilə də məş­hur­laş­mış­dır), (A.V.Pot­to "Qaf­qaz mü­ha­ri­bə­si" I cild. Qə­dim za­man­lar­dan Yer­mo­lo­va qə­dər).
        Şə­ki xan­la­rı­nın sa­ra­yı XVIII əs­rin ən məş­hur me­mar­lıq abi­də­lə­rin­dən­dir. İma­rə­tin in­şa ta­ri­xi haq­qın­da ya­zı­lar döv­rü­mü­zə gə­lib çat­ma­sa da, bu gün bi­na­nın ti­kil­mə ta­ri­xi Azər­bay­can­da ilk müs­tə­qil xan­lı­ğın əsa­sı­nı qo­yan Ha­cı Çə­lə­bi xa­nın nə­və­si Hü­seyn xa­nın döv­rü - 1762-ci il he­sab edi­lir. Me­mar­lıq sa­hə­si­nin ko­ri­fey-alim­lə­ri M.Usey­nov, L.Bretanitskiy, Ə.Sa­lam­za­də müəl­lif ol­duq­la­rı "Azər­bay­can me­mar­lı­ğı­nın ta­ri­xi" ki­ta­bın­da Şə­ki Xan sa­ra­yı­nın Mə­həm­məd Hə­sən xa­nın döv­rün­də ti­kil­di­yi­ni bil­di­rir­lər. Bi­na­nı in­şa edən isə şi­raz­lı me­mar Xa­da­li Zey­na­lab­din olub.
        Hər hal­da, bu alim­lə­rin də sa­ra­yın in­şa ta­ri­xi­ni 1762-ci il de­yil, 1797-ci il he­sab et­mə­lə­ri yə­qin ki, müəy­yən mən­bə­lə­rə əsa­la­nıb. (Azər­bay­can me­mar­lı­ğı­nın ta­ri­xi, səh. 316). Me­mar­lıq na­mi­zə­di, əmək­dar me­mar Nər­giz xa­nım Əs­gər­za­də özü­nün "Şə­ki Xan Sa­ra­yı" ki­ta­bın­da sa­ra­yın ti­kil­mə ta­ri­xi­ni 1783-1795-ci il­lə­rə aid edir və Mə­həm­məd Hə­sən xa­nın döv­rün­də ti­kil­di­yi­ni bil­di­rir.
        Bu gün də sa­ra­yın ti­kil­mə ta­ri­xi haq­qın­da təd­qi­qat­çı­lar müx­tə­lif fi­kir­lər söy­lə­yir­lər. Mü­la­hi­zə­lər­dən bi­ri be­lə səs­lə­nir: "Bu bi­na da­ha əv­vəl­lər "Di­van­xa­na" ad­lan­mış­dır. Şə­ki xan­lı­ğı Ru­si­ya tə­rə­fin­dən iş­ğal edil­dik­dən son­ra isə "Qorodskoy sud", yə­ni, "Şə­hər məh­kə­mə­si" ol­du. Bi­na­nın ti­kin­ti­si­nə 1789-1790-cı il­də baş­la­nıb. İn­di bi­zim "Şə­ki xan sa­ra­yı" adı ilə ta­nı­dı­ğı­mız bu bi­na - "Mə­həm­məd­hə­sən xan Di­van­xa­na­sı" 1789-1790-cı il­lər­də Mə­həm­məd­hə­sən xan tə­rə­fin­dən in­şa edil­miş­dir) (Hic­ri təq­vi­mi ilə 1204-cü il, Mi­la­di təq­vi­mi ilə 1789-1790-cı il­lər). Me­ma­rı isə şi­raz­lı Zey­nal Ab­dul­la­dır".
        Şə­ki­nin "İpək­çi" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Məm­mə­dov tə­rə­fin­dən aş­kar edi­lib tər­cü­mə olun­muş ar­xiv ma­te­ria­lın­da da Şə­ki Xan Sa­ra­yı haq­qın­da ma­raq­lı faktlar öz ək­si­ni tap­mış­dır. (Hə­min ar­xiv ma­te­ria­lı ilə /http:si­tes.goog­le.comsiteshekitarixi101/ in­ter­net sə­hi­fə­sin­də ta­nış ol­maq müm­kün­dür).
        Bu mə­qa­lə­də ar­tıq sa­ra­yın mü­fəs­səl təs­vi­ri­nə eh­ti­yac du­yul­mur. Be­lə ki, say­sız-he­sab­sız ta­nın­mış me­mar­la­rın, ta­rix­çi­lə­rin, şair və ya­zı­çı­la­rın sa­ra­ya həsr et­dik­lə­ri əsər­lər ha­mı­ya yax­şı mə­lum­dur. Şə­ki xan­la­rı­nın sa­ra­yı­na müx­tə­lif vaxtlarda na­xış vur­muş nəq­qaş və rəs­sam­lar­dan be­şi­nin adı bi­zə mə­lum­dur.
        Çox gü­man ki, sa­ra­yın ikin­ci mər­tə­bə­sin­də­ki za­lın pro­fo­nu­na vu­rul­muş us­tad Ab­bas­qu­lu­nun adı ilə bağ­lı­dır. Bi­na­nın in­ter­ye­rin­də­ki na­xış­la­rın bir his­sə­si XIX əsrdə Şu­şa­lı us­tad Qəm­bər tə­rə­fin­dən də­yiş­di­ril­miş­dir. Və sa­ra­yın nəq­qaş sə­nət­kar­la­rı ba­rə­də na­xış­la­rın ara­sın­da ya­zıl­mış ad­lar bi­zə on­la­rın kim­li­yi­ni açıq­la­yır: Qa­ra­bağ­dan us­tad Qəm­bər, onun qar­da­şı Sə­fər və oğ­lu Şü­kür Əli Qu­lu, Şa­ma­xı­dan Qur­ban Əli və Mir­zə Cə­fər, elə­cə də Ab­bas­qu­lu.
        Şə­ki Xan Sa­ra­yı haq­qın­da əl­də et­di­yi­miz son ye­ni­lik­lə­ri də oxu­cu­la­rın diq­qə­ti­nə çat­dır­ma­ğı özü­mü­zə borc bi­li­rik. Bir müddət əvvəl Ru­si­ya­nın Döv­lət Ta­ri­xi Ar­xiv­lə­rin­də araş­dır­ma­lar apar­maq məq­sə­di­lə Sankt-Pe­ter­burq şə­hə­rin­də eza­miy­yət­də ol­muş Şə­ki Re­gio­nal El­mi Mər­kə­zin di­rek­to­ru, pro­fes­sor Zə­kə­riy­yə Əli­za­də ilə fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, do­sent Əda­lət Ta­hir­za­də sa­ray haq­qın­da çox mü­hüm ma­te­rial­lar əl­də et­miş­lər. On­lar Şə­ki­yə, ipək­çi­li­yə və di­gər sa­hə­lə­rə aid tap­dıq­la­rı ar­xiv sə­nəd­lə­ri­nin ara­sın­da Şə­ki Xan Sa­ra­yı­na aid olan ma­raq­lı faktlar da aş­kar et­miş­lər.
        Ru­si­ya­nın Sankt-Pe­ter­burq şə­hə­ri­nin döv­lət ar­xi­vin­dən əl­də edil­miş ma­te­rial­lar­da bil­di­ri­lir ki, 1886-cı il sentyabrın 2-də Da­xi­li İş­lər Na­zir­li­yi­nin Ümu­mi İş­lər De­par­ta­men­ti tə­rə­fin­dən Tex­ni­ki-Ti­kin­ti Ko­mi­tə­si­nə Nu­xa Xan sa­ra­yı­nın üst mər­tə­bə­si­nin və bi­na­nın ümu­mi fa­sa­dı­nın bər­pa edil­mə­si ba­rə­də mü­ra­ciət edil­miş­dir.
        Mü­ra­ciət Ümu­mi İş­lər De­per­ta­men­ti­nin di­rek­tor müa­vi­ni (sə­nəd­də im­za çə­ki­lib, la­kin so­yad ya­zıl­ma­yıb) və mü­ha­si­bi Smir­no­vun im­za­sı ilə gön­də­ril­miş­dir. Tex­ni­ki-Ti­kin­ti Ko­mi­tə­sin­də mü­ra­ciə­tə "yer­li tex­nik­lər tə­rə­fin­dən gö­rü­lə­cək iş­lər araş­dı­rı­lıb la­zı­mi və­sait he­sab­lan­dıq­dan son­ra ye­ri­nə ye­ti­ril­sin" dər­kə­na­rı qo­yul­muş­dur. Sə­nəd Tex­ni­ki-Ti­kin­ti Ko­mi­tə­si­nin səd­ri N.Boq­danovski və baş mü­hən­di­si K.Ti­mo­rov tə­rə­fin­dən im­za­lan­mış­dır. Sankt-Pe­ter­burq şə­hə­rin­də əl­də olu­nan ar­xiv sə­nəd­lə­ri ba­rə­də ge­niş mə­lu­mat alim­lər tə­rə­fin­dən bu ya­xın­lar­da mət­buat­da açıq­lan­mış­dır.
        Bu gün Şə­ki­də müa­sir şə­hə­rin abad­lıq iş­lə­ri ilə ya­na­şı, qə­dim şə­hə­rin me­mar­lıq abi­də­lə­ri­nin də bər­pa və ye­ni­dən­qu­rul­ma­sı­na baş­lan­mış­dır. Be­lə abi­də­lər­dən bi­ri onil­lik­lər­lə özü­nün bər­pa və tə­mir iş­lə­ri­ni göz­lə­yən Aşa­ğı kar­van­sa­ra kompleksidir ki, bu ya­xın­lar­da onun ye­ni­dən­qu­rul­ma­sı ba­şa çat­dı­rıl­mış­dır.
        XVIII əsrdə yer­li sə­nət­kar­lar tə­rə­fin­dən in­şa edil­miş bu ti­ki­li Za­qaf­qa­zi­ya­da özü­nün bö­yük öl­çü­lə­ri və ra­hat­lı­ğı ilə se­çi­lən ye­ga­nə ta­ri­xi abi­də­dir. Kar­van­sa­ra­nın ti­kin­ti­si za­ma­nı uzaq öl­kə­lər­dən gə­lən ta­cir­lə­rin ra­hat­lı­ğı, özü­nün və ma­lı­nın təh­lü­kə­siz­li­yi üçün hər şey nə­zə­rə alın­mış­dır. Dar­va­za­lar qo­naq­pər­vər­lik­lə yol­çu­la­rın və ta­cir­lə­rin üzü­nə açıl­sa da, bağ­lan­dıq­da alın­maz bir qa­la­ya çev­ri­lir. Bu isə bir da­ha Şə­ki sə­nət­kar­la­rı­nın nə qə­dər yük­sək dün­ya­gö­rü­şü­nə, əvəz­siz zöv­qə, mü­qa­yi­sə­siz me­mar­lıq üs­lu­bu­na, mad­di və mə­nə­vi də­yər­lə­rə ma­lik ol­duq­la­rı­nı təs­diq­lə­yir.
        Ye­ri gəl­miş­kən, "kar­van­sa­ra" sö­zü­nün mən­şə­yi ba­rə­də 1-2 kəl­mə...
        Müa­sir ədə­biy­yat­da bu sö­zə həm "kar­van­sa­ra", həm də "kar­van­sa­ray" şək­lin­də rast gə­li­nir. Bu sö­zü əmə­lə gə­ti­rən "kar­van" sö­zü­nü tə­bii ki, açıq­la­ma­ğa eh­ti­yac yox­dur. "Sa­ra", ya­xud "sa­ray" sö­zü­nün ne­cə iş­lən­mə­si ba­rə­də isə mü­la­hi­zə yü­rüt­mə­yə eh­ti­yac du­yu­lur. "Sa­ray" türk mən­şə­li söz olub, XIX əs­rin son­la­rı­na qə­dər "müx­tə­lif əş­ya­la­rın sax­lan­dı­ğı qey­ri-ya­şa­yış sa­hə­si" mə­na­sı­nı ifa­də et­miş­dir. Bu söz rus di­li­nə iq­ti­bas et­dik­dən son­ra da hə­min mə­na­da iş­lən­miş­dir. Müa­sir lü­ğət ki­tab­la­rın­da isə rus­ca­dan "kar­van-sa­ray" kəl­mə­si azər­bay­can­ca­ya "kar­van­sa­ra" ki­mi tər­cü­mə olu­nur. Bi­zə mə­lum ol­ma­yan sə­bəb­lə­rə gö­rə rus­ca­dan "dvo­reü" sö­zü də azər­bay­can­ca "sa­ray" ki­mi tər­cü­mə edi­lir. Mə­sə­lən, "Dvoreü sporta" - "İd­man sa­ra­yı", "Dvo­reü mo­lo­de­ji" - "Gənclər sa­ra­yı". "Dvo­reü kul­tu­rı"- "Mə­­­də­niy­yət sa­ra­yı" və s.
        Bir söz­lə, bu əzə­mət­li abi­də­lə­ri­mi­zi "y" hər­fi­ni ar­tır­ma­dan "kar­van­sa­ra" ad­lan­dır­maq da­ha düz­gün olar.
        Ar­tıq bər­pa olun­muş, ha­zır­da üzə­rin­də ye­ni­dən­qur­ma və tə­mir iş­lə­ri apa­rı­lan, ey­ni za­man­da özü­nün bər­pa­sı­nı göz­lə­yən ta­ri­xi-me­mar­lıq abi­də­lə­ri haq­qın­da çox da­nış­maq və yaz­maq olar. Me­mar­lıq abi­də­lə­ri ba­rə­də ki­fə­yət qə­dər faktlar ol­ma­sı­na bax­ma­ya­raq, təəs­süf ki, bir mə­qa­lə­də hər abi­də haq­qın­da olan fi­kir­lə­ri­mi­zi yer­ləş­dir­mək müm­kün de­yil.
        Bu ya­xın­lar­da televiziyamızın bir ve­ri­li­şi bi­zi çox mə­yus et­di. Be­lə ki, apa­rı­cı Şə­ki­nin Yu­xa­rı­baş his­sə­sin­də yer­lə­şən bir mi­na­rə­nin üs­tü­nə qal­xıb abi­də ba­rə­də "çox ge­niş" mə­lu­mat ver­di. Onun söz­lə­rin­dən be­lə çıx­dı ki, bu mi­na­rə ba­rə­də şə­ki­li­lə­rin heç bir mə­lu­ma­tı yox­dur. Be­lə ol­ma­say­dı, şə­ki­li­lə­rin öz kök­lə­ri­nə bağ­lı­lı­ğı nə qə­dər güc­lü ol­du­ğu­nu bi­lən apa­rı­cı, be­lə acı­na­caq­lı mə­lu­ma­tı bü­tün dün­ya­ya səs­lən­dir­məz­di.
        Onu da qeyd edək ki, mi­na­rə­nin üs­tün­də olan löv­hə­də ya­zıl­mış mə­lu­mat­dan axı nə ay­dın­laş­dır­maq olar? Mi­na­rə­nin kim tə­rə­fin­dən in­şa olun­du­ğu, han­sı məs­ci­də məx­sus ol­du­ğu ba­rə­də heç bir mə­lu­mat löv­hə­də öz ək­si­ni tap­ma­mış­dır. Əs­lin­də, hə­min löv­hə çox­dan bu mi­na­rə­nin "Mus­ta­fa Əfən­di məs­ci­di­nin mi­na­rə­si" ol­du­ğu­nu bil­dir­mə­li­dir. Mi­na­rə­nin çox ma­raq­lı ta­ri­xi və me­mar­lıq ün­sür­lə­ri­nə gö­rə diq­qə­ti cəlb edən xü­su­siy­yət­lə­ri var. Vax­ti­lə bu­ra­da məs­cid bi­na­sı ol­muş­dur. Ha­zır­da onun yal­nız bü­növ­rə­si qal­mış­dır. Mi­na­rə­nin üs­tün­də­ki qeyddə onun 1880-ci il­də in­şa olun­du­ğu gös­tə­ri­lir.
        Mus­ta­fa Əfən­di­nin qəb­ri üs­tün­də­ki baş da­şı­nın üzə­rin­də ərəb­cə ya­zıl­mış mətndə bil­di­ri­lir: "Mi­la­di ta­ri­xi 24 iyul 1882; hic­ri ta­ri­xi 21 ra­ma­zan 1299. Bu məq­bə­rə Mə­həm­məd Əfən­di­nin oğ­lu, mö­min, fa­zil alim Mus­ta­fa Əfən­di­nin­dir. Cü­mə gü­nü və­fat et­miş­dir. Ru­hu­na fa­ti­hə". Ali­min bü­tün hə­ya­tı və fəa­liy­yə­ti məs­cid ilə bağ­lı ol­muş­dur. Çox gü­man ki, məs­cid və mi­na­rə onun sə­yi nə­ti­cə­sin­də ti­kil­miş­dir. Mus­ta­fa Əfən­di və onun nəs­li ba­rə­də ge­niş mə­lu­mat pro­fes­sor Z.M.Əli­za­də­nin və Se­vinc Bə­hə­rəd­din qı­zı­nın "Şə­ki­də mə­həl­lə ad­la­rı, soy­lar və lə­qəb­lər" ki­ta­bı­nın 1-ci cil­din­də ve­ri­lib.
        Biz isə mi­na­rə­nin me­mar­lıq xü­su­siy­yət­lə­rin­dən söh­bə­ti da­vam edək. Or­ta əsrlərdə in­şa edil­miş di­gər mi­na­rə­lər ki­mi bu ta­ri­xi abi­də də ya­nın­da ti­kil­di­yi məs­cid­lə me­mar­lıq kompleksi təş­kil et­miş və müəz­zin­lə­rin iba­dət vax­tı mö­min­lə­ri azan çək­mək­lə na­ma­za də­vət et­mə­si­nə xid­mət et­miş­di.
        Se­vin­di­ri­ci hal­dır ki, Mus­ta­fa Əfən­di məs­ci­dinin mi­na­rə­si müa­sir döv­rü­mü­zə yax­şı və­ziy­yət­də gə­lib çıx­mış­dır. Mi­na­rə biş­miş kər­pic­dən in­şa edil­miş, gözox­şa­yan xü­su­si ornamentlərlə bə­zə­dil­miş­dir. Sək­kiz­til­li mi­na­rə or­ta hün­dür­lü­yü olan pi­ra­mi­da şə­kil­li qal­paq­la ta­mam­la­nır. Mi­na­rə­nin da­xi­lin­də do­la­ma pil­lə­kan azan­çı­nı sək­kiz­bu­caq­lı ey­va­nın mey­dan­ça­sı­na çı­xar­dır. Mi­na­rə­nin ey­va­nı də­mir sü­ra­hı ilə döv­rə­lə­nib. Mi­na­rə­nin di­var­la­rın­da bu­ra­xıl­mış rombşəkilli də­lik­lər kər­pic­dən dü­zül­müş rombşəkilli na­xış­lar­la vəh­dət təş­kil edir. Çox gü­man ki, bu də­lik­lər mi­na­rə­nin içə­ri­si­nə işıq düş­mək və ət­ra­fa nə­za­rət məq­sə­di ilə qo­yul­muş­dur. "Mi­na­rə", ya­xud "mi­nar" söz­lə­ri­nin ərəb mən­şə­li olub "işıq saç­maq" mə­na­sı­nı ver­di­yi­ni nə­zə­rə al­saq, mi­na­rə­nin ey­van­la­rın­da ge­cə­lər çı­raq­lar yan­dı­ra­raq ori­yen­tir ro­lu oy­na­dı­ğı qə­naə­ti­nə də gəl­mək olar.
        Şə­ki Azər­bay­ca­nın ta­ri­xi şə­hər­lə­rin­dən bi­ri olub, sa­hib ol­du­ğu bir çox ta­ri­xi abi­də­ni qo­ru­yub sax­la­ya bil­miş­dir. La­kin ye­nə də həm şə­hə­rin özün­də, həm də ra­yo­nun kəndlərində olan ta­ri­xi-me­mar­lıq abi­də­lə­ri­nin el­mi araş­dır­ma­la­ra eh­ti­ya­cı var.
Bu gün Şə­ki Azər­bay­ca­nın Şi­mal-Qərb re­gio­nun­da əsl tu­rizm cən­nət mə­ka­nı­na çev­ril­mək­də­dir. Və bu gün res­pub­li­ka­mız­da nə­zə­rə­çar­pan tu­rist axı­nı üçün Şə­ki ən ma­raq­lı gu­şə­lər­dən bi­ri­dir. Şə­ki­li­lər isə ya­şa­dıq­la­rı bu əs­ra­rən­giz gö­zəl­li­yə ma­lik tor­pa­ğa alu­də olub baş­qa­la­rı qar­şı­sın­da heç vaxt öyün­mə­miş­lər. La­kin öl­kə­nin gö­zəl­li­yi haq­qın­da turistlər və qo­naq­lar tə­rə­fin­dən hə­mi­şə xoş söz­lər eşi­di­lir və eşi­dil­mək­də­dir.
        Şə­ki­yə sə­fə­rin­də məş­hur fran­sız ya­zı­çı­sı Alek­­sandr Dü­ma­nı mü­şa­yiət edən rəs­sam Moa­ne şəhərlə ta­nış ol­duq­dan son­ra de­miş­dir: "Mən in­di ba­şa dü­şü­rəm ki, rus­lar nə üçün bu di­yar uğ­run­da vu­ru­şub­lar".