Məqalələr‎ > ‎

Bələdiyyələrdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi

17 Kas 2015 23:51 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 Kas 2015 23:54 güncellendi ]









Maarif MAHMUDOV,

Şəki regional ədliyyə Şöbəsinin məsləhətçisi,
II dərəcəli ədliyyə qulluqçusu



        Bu gün Azərbaycan demokratik inkişaf yolunda çox mühüm irəliləyişlərə nail olmuşdur. Demokratik, müstəqil, hüquqi, dünyəvi və unitar dövlət çərçivəsində qurub yaradan Azərbaycanda bələdiyyələrin yaradılması və təşəkkül tapması obyektiv zərurətdən irəli gələn qanunauyğunluqdur. Demokratik cəmiyyətimizin Konstitusiyasının tələblərinə uyğun olaraq sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi, idarəçilik sahəsində də ciddi keyfiyyət dəyişiklikləri baş verir. Dövlət idarəçiliyi ilə yanaşı, yerli özünüidarəetme orqanları da fəaliyyət göstərir.
        Bələdiyyə ərazisində yerli şəraitdən asılı olaraq müxtəlif formalarda özünüidarəetmə qurumları fəaliyyət göstərir. Bütün bunlar demokratikləşmənin bəhrəsi kimi özünü biruzə verir
        Bələdiyyələrin səmərəli fəaliyyətinin indikatorlarından biri kimi eyni zamanda onun fəaliyyətində şəffaflığın və hesabatlılığın nə dərəcədə təmin edilməsi çıxış edir. Məhz şəffaflığın və hesabatlılığın səviyyəsi bələdiyyələrdə qərarların hansı şəraitdə verilməsini, bələdiyə büdcəsinin ictimai ehtiyaclara nə dərəcədə uygun xərclənməsini, bələdiyyə-vətəndaş münasibətlərinin səviyyəsini və s. bu kimi məsələləri müəyyən etməyə imkan verir. Bələdiyyələrin demokratik təsisat kimi fəaliyyət göstərməsi və ölkənin siyasi sistemində çəkisinin gücləndirilməsi üçün onun fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi əsas şərtlərindəndir.
        Bundan əlavə bələdiyyənin inzibati binalarının görünən yerlərində bələdiyyə rüsum, tarif, vergilər, göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatlar əks etdirən lövhələr yerləşdirilməlidir. Ümumiyyətlə ödənişlərin yığılması üzrə nəgd ödəmələr azaldılmalı və maaşların,diğər sosial ödənişlərin plastik kartlar vasitəsilə ödənilməsi təmin edilməlidir.
        Bələdiyyələrin yerli vergi və ödənişlərinin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verməli, bülletenlər buraxmalı, illik hesabatlar bələdiyyə binasının qarşısında xüsusi lövhələrə yerləşdirilməlidir.
        Qeyd olunan tədbirlərin mütəşəkkil, məqsədyönlü şəkildə, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi mətbuatın imkanlarından istifadə edilərək həyata kecirilməlidir. Məhz ölkə Prezidentinin şəffaflığın təmin olunmasına yönəlmiş siyasəti də bu məqsədə xidmət edir. Bu gün şəffaflığın artırılması bir tərəfdən vətəndaşların məlumat əldə etmək hüquqlarının təminatı, digər tərəfdən isə korrupsiyaya qarşı mübarizəni gücləndirmək, bu sosial bəlaya qarşı təsirli tədbir vasitəsi kimi dəyərləndirilir.
Mənbə: Belediyye.info
13-11-2015 / 13:02