Məqalələr‎ > ‎

Mehdi Səlimzadə : “Bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sürətləndirilməlidlir”

23 Eyl 2015 04:09 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Eyl 2015 04:10 güncellendi ]







Mehdi SƏLİMZADƏ,
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi 


        “Bir çox bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi bu gün aktual məsələ kimi qalmaqdadır”- bu fikri Belediyye.info saytına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. Onun sözlərinə görə, bələdiyyələrin əsas gəlir mənbəyi torpaq vergisindən və torpaqların özəlləşdirilməsindən əldə olunan vəsaitlərdir. On beş il ərzində bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməməsi bələdiyyələrin haqlı narazılığına səbəb olub. Qeyd edək ki, müvafiq dövlət orqanları indiyə kimi 500-ə yaxın kənd bələdiyələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim ediblər. Onunda bir qismində müəyyən problemlər qalmaqdadır. Hər il Ədliyyə Hazirliyinin Milli Məclisə təqdim etdiyi illik hesabatında digər məsələlərlə yanaşı bələdiyyə sisteminin qarşılaşdığı bu məsələdə müzakirəyə çıxarılır. Düzdü bu sənədlərin hazırlanması vaxt tələb etdiyindən ləngimənin müəyyən obyektiv səbəb kimi qəbul edilə bilər. Lakin bu prosesin on beş il uzanması artıq narahatlıq yaradır. Regionlarda və xüsusəndə Bakı şəhərində bələdiyyələrə torpaq fondu və onun üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd bələdiyyələrə verilməlidir.
        Məhz bu hüquqi sənədin bələdiyyələrə verilməməsi bir tərəfdən vətəndaşı bələdiyyədən narazı salır, ikinci tərəfdən bələdiyyə torpaq vergisindən məhrum olur.
        Bu gün maraqlı məqam bir də ondandır yerli icra hakimiyyəti orqanı bələdiyyənin inzibati ərazisində hər hansı tikintiyə razılıq və izacə verdiyi halda inşa edilən obyektin altında olan torpağın alqı- satqısı həyata keçirilmir. Bu səbəbdə nəticədə bələdiyyəyə daxil olan maliyyə vəsaitlərinin azalmasına təsir edir.
        Bu gün istər bələdiyyələrin, istərsə də hər dövlət orqanının əsas vəzifəsi cənab prezident İlham Əlieyvin də qeyd etdiyi kimi vətəndaşa xidmət göstərməkdir.
Mənbə: Belediyye.info