Məqalələr‎ > ‎

"Borçalı"dan möhtəşəm həmrəylik bayramı tədbiri (foto)

26 Ara 2014 05:30 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Ara 2014 05:34 güncellendi ]
        
Dünən - dekabrın 25-də axşam saatlarında "Borçalı" İctimai Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan və Türkiyə türklərinin həmrəyliyi bayramı keçirildi. Bakının Bakıxanov qəsəbəsindəki "Qızlar" Şadlıq Sarayında keçirilən bayram tədbirinə Azərbaycanın, həmçinin Türkiyədən və İrandan, Orta Asiya respublikalarından, Ukraynadan gəlmiş tanınmış məxsusi qonaqlar iştirak edirdilər.


        Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədri Zəlimxan Məmmədli qonqqları salamladı, təbrik mnitqi söylədi.
        Sonra qonaqlara və dəyərli ziyalılarımıza söz verildi.
        Dünya Azərbaycanlılarının Həmrəylik günü çərçivəsində "Borçalı"Cəmiyyətinin ənənəvi Gürcüstan Türklərinin həmrəylik günü təntənəsində akademik Zahid Xəlilovun xatirəsinə təsis olunmuş "Türklüyə Xidmət Ödülü"nün və ilin "Şərəf" Medalının təqdimat mərasimi oldu. Hansı ki, “Borçalı” Cəmiyyətinin İdarə Heyəti 20 dekabr tarixli iclasında mükafatçıları müəyyənləşdirmişdir.
        1. MƏHƏRRƏM YILDIZ (Türkiyə) 
–  "Borçalı" Cəmiyyətinin Türkiyə təmsilçisi, iş adamı, Kars Sərhədboyu dərnəyinin başkanı, Karssporun prezidenti fəal siyasi və ictimai fəaliyyətinə görə təltif edilir.
        2. QURAM MARXULİYA (Gürcüstan) 
 Suxumi Dövlət universitetinin professoru, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təltif edilir.
        3. OSMAN ƏHMƏDOĞLU – (Gürcüstan) şair, Gürcüstan aşıqlar birliyinin sədri, ardıcıl ictimai fəalyyyətinə görə təltif edilir.
        4. HƏSƏN DƏMİRÇİ 
 İranda soydaşlarımızın hüquqlarının qorunmasındakı müstəsna xidmətlərinə görə təltif edilir.
        5. RAFİQ ƏLİYEV, akademik  Elmi uğurları və sağlam ziyalı mövqeyi göstərdiyinə görə təltif edilir.
        6. RAMİZ MƏMMƏDOV, akademik  Coğrafiya İnstitutunun direktoru,Elmdə əldə etdiyi nuğurları və ictimai fəaliyyətinə görə təltif edilir.
        7. SABİR RÜSTƏMXANLI, DAK həmsədri  VHP sədri,Millət vəkili aktiv ictimai, siyasi fəaliyyətrinə görə təltif edilir.
        8. MUSTAFA CƏMİLOV – Krım türkərinin lideri, Millət vəkili, krım türklrinin hüquqlarının qorunmasında göstərdiyi fədakarlıqlara görə təltif edilir.

        
"Şərəf" Medalı qalibləri:


        2014-cü il ərzində Borçalı Cəmiyyətinin fəaliyyətinə verdiyi dəstəyə və səmərəli fəaliyyətlərinə görə
        Dmanisi rayon İcra Hakimiyyətinin başçısı Gogita Barbakadze,
        Milət vəkili Fazil Qəzənfəroğlu,
        Məşhur müğənni, Güney Azərbaycanlı Pərisa Ərsalani,
        Vətən və millətini ürəkdən sevən şair Hüşəng Cəfəri,
        Maarif qəzetinin qurucusu, eyni adlı QHT-nin sədri Ələddin Qarabağlı,
        Muxran çokəkliyi, fəal ictimai fəaliyyət göstərdiyinə görə Cambul Məmmədov
        Telavi, Qaracala orta məktəbinin direktoru Elza Aşurova,
        Pəhləvan Laçın Abdulhüseynov,
        Şair, publisist Alxan Binnətoğlu,
        Türksoyla İpəkyolu strateji araşdırma mərkəzinin qurucusu, jurnalist, tədqiqatçı Seyfullah Türksoy,
        Bursadan iş adamı Zəkəriyyə Kutlucan,
        Bursadan, məmur Selattin Turan,
        Qaraçöp bölgəsi, məktəb direktoru Qazax Abdullayev ,
        Aşurov Kənan İsaxanoğlu -Kərkükə qurban kompaniyasında fəal olduğu üçün
        Elmi işçi Günay Qasımova -. Kərkükə qurban kompaniyasında fəal olduğu üçün
        Rüfət Muradlı – Təbriz gecəsi və Elat bayramının təşkilindəki fəaliyyətinə görə
        Hikmet Elp - İstanbul, Azərbaycan Külter Evinin təşkilindəki fəaliyyətinə görə
        Engin Aybirdi – İstanbul, Karapapak Tərəkəmə dərnək başkanı- səmərəli fəaliyyətinə görə
Natiq Əhmədov iş adamı, xeyriyyəçi
***
        Bayram tədbirində Azərbaycanın tanınmış ziyalıları, sənət adamları iştirak edirdilər. "Təzadlar"ın baş redaktoru Asif Mərzili də möhtəşəm bayram tədbirində iştirak etmişdir.
AZAD
Mənbə: Tezadlar.az