Məqalələr‎ > ‎

Axundov dinsiz olmayıb?..

30 Haz 2015 03:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Haz 2015 03:46 güncellendi ]
ƏDİBİN MƏZARINI GÜRCÜLƏRLƏ PİVƏ İÇƏRƏK ZİYARƏT EDƏNLƏRİN İSƏ DİNİMİZƏ MÜNASİBƏTİ BƏLLİ OLDU…






Sultan LAÇIN,
Modern.az

        Bu dünyaya uyğun bəzi müsbət xüsusiyyətlərinə rəğmən Yaradanı inkar edən bir quruluş olan sovetlər dönəmində müstəmləkə xalqlarının, o cümlədən Azərbaycanın demək olar ki, bütün şəxsiyyətləri dinsiz, ateist, İslama qarşı mübarizə aparan şəxslər kimi qələmə verilirdi. Nizami Gəncəvidən tutmuş Nəsimiyə, Nəsimidən tutmuş Sabirə, Mirzə Cəlilə, Səməd Vurğuna qədər... Bu il 200 illiyini qeyd etdiyimiz mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov (Axundzadə) da milli(?) sovet ateistlərimizin ən böyük istinadgahlarından idi... 
Ədibin demək olar ki, əksər əsərlərində, o cümlədən komediyalarında ruhaniləri kəskin satira atəşinə tutması və vəfatı zamanı guya mollaların üç gün onun dəfnindən imtina etməsi Islam düşməni kimi qələmə verilməsinə əsas verirdi...

    “Gedək bu dari-fənadan görək bəqada nə var,
    Bəqanı görməmişik, bilmirik fənada nə var.

                              * * *
    ...Uçurt fəza quşunu Kərbəla büsatına get,
    Bax orda gör nə olub, qanlı macərada nə var.

                              * * *
    Səbuhi, hər iki gözdən sirişki-matəm dut,
    O göz ki ağlamadı, bilmədi bikadə nə var”...

        Bu beytlər M.F. Axundovun “Səbuhi” ləqəbilə yazdığı bir şeirindəndir. Bu şeiri oxuyanda müəllifin İslamı, müsəlmanlığı sevən, Haqq uğrunda şəhidliyi təqdir edən bir şəxsiyyət olması təəssüratı yaranmırmı?..
        Axundzadənin belə şeirləri xeylidir. Maraqlansanız, Hacı Soltan Əlizadənin “Məhəmməd Əmin Rəsulzadə və İslam” kitabında da oxuya bilərsiniz. Və yaxud yazıçının bir dindara məktubunda söylədiyi fikirlər: ”Məqamı yüksək imam Əli əleyhissəlam bir dinsizlə bəhs edərkən əsla acıqlanmayıb, iradlarıni hikmətli cavablarıyla rədd etməklə onu susdurmuşdur”...
        M.Ə. Rəsulzadə “Mirzə Fətəli Axundov” məqaləsində yazırdı: ”... Mədəni dünyanın bütün dillərinə çevrilmiş komediyalarında və fəlsəfi-publisistik əsərlərində Mirzə Fətəli müsəlman dünyasının ictimai və siyasi, bütün həyati sahələrində radikal islahata lüzum olduğunu müdafiə edirdi. Mirzə Fətəlu Allaha, mütləq həqiqət idealına qarşı deyil, sxolastik təfəkkür tərzinə qarşı mübarizə aparmışdır...”.
        F.Köçərli, Y.V. Çəmənzəminli də Axundov haqqında oxşar fikirlər söyləmişlər. Bu ilin yazında Moskvada “Fətəli fəthi” romanının təqdimatı zamanı yazıçı Çingiz Hüseynov Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi əsərində polemik yolla dinə geniş baxışla yanaşdığını, heç də deyildiyi kimi dinsiz olmadığını vurğulayıb (“Azadlıq” radiosu)... Deyilənlər və digər oxuduğumuz, eşitdiklərimiz dramaturqun ömrünün sonunda İslama baxışları barədə qəti fikrə gəlməyə əsas vermir. Dərin araşdırmaya ehtiyacı olan mövzunu oxucuların, xüsusən tədqiqatçıların öhdəsinə buraxmaqla bir neçə özəl fikrimi nəzərinizə çatdırıram...
        “Səlibçi”, “mason”, “sionist” və s. adlanan düşmənlərimiz Peyğəmbərimizin(s) zamanından İslamı hədəfə almışlar. Hesab edirəm ki, müsəlman-türk ölkələrinin, o cümlədən Azərbaycanın tanınmış dövlət xadimlərinin, alim, şair və yazıçılarının İslamdan uzaqlaşdırılması, yaxud onların Allahsız, kafir kimi təbliğ olunmasında düşmənlərimizin rolu daha çoxdur....
        Müasir müsəlman, hətta xaçpərəst ölkələrinin məşhurlaşdırılan şəxsiyyətlərinin həyat və fəaliyyəti ilə maraqlansanız, həmin prosesin bu gün də davam etdirildiyinə əmin olarsınız... Sion Müdriklərinin Protokollarında, eləcə də Böyük Britaniya Krallığının Osmanlı dövlətini parçalamaq üçün tərtib etdiyi yüzillik planda bunu təsdiqləyən maddələr var...
        Orta çağlardan başlayaraq İslam ölkələrinə müsəlman libasında xüsusi agentlər yerləşdirən kafirlər onların vasitəsilə xurafatı, movhumatı təbliğ etmək, dövlətin və dini qurumların başına əsli-nəcabəti bəlli olmayan tamahkar, fırıldaq şəxsləri gətirməklə müsəlmanları qaranlıq bir cəhalət dünyasına qərq etməyə nail oldular. Sonra da Avropa təhsili almış (!) alimlər, şairlər, yazıçılar və s. yetişdirərək onların vasitəsilə müsəlmanların dövlət və din xadimlərini kəskin tənqid və təhqir hədəfinə çevirməklə insanları kütləvi şəkildə Allaha ibadətdən uzaqlaşdırmağa çalışdılar... Müsəlman dünyasında islahatlara(!), o cümlədən latın qrafikasına keçidə (maraqlıdır ki, hazırda masonların şifahi və yazılı ünsiyyəti də qədim latın dilindədir) çağıran Mirzə Fətəli də Zakir, Vazeh, Seyid Əzim, Sabir, Mirzə Cəlil və s. maarifçilərimiz kimi özləri də bilmədən mason sisteminin “dəyirmanına su tökürdülər”... Bu proses kafirlərə Sovet İttifaqında birbaşa Allahsızlığa çağıran “ziyalılar” yetişdirməyə imkan verdi...
        Mövzunu araşdırarkən maraqlı bir məlumatla rastlaşdım. Tanınmış yazar Günel Mövlud 27 iyul 2012-ci il tarixdə “Olaylar”da dərc olunmuş köşə yazısında Seymur Baycanın təşəbbbüsü ilə müəllif özü də daxil olmaqla bir qrup Azərbaycan gəncinin Mirzə Fətəlinin 200 illiyi münasibətilə Tiflisdə ədibin məzarını ziyarət etmələrindən bəhs edir. Alqışa layiq bir tədbirdir. Ancaq Günel xanımın köşəsindəki bir məlumat məni çox məyus etdi. Hörmətli gənclərimiz Axundovla bərabər Mirzə Şəfi Vazehin, müstəqil Azərbaycan dövləti qurmuş və bu yolda eyni gündə Tiflisdə erməni gülləsi ilə şəhid olmuş Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin məzarlarını pivələndikdən(!) sonra ziyarət ediblər... Sitat: ”...Botanika bağının qarşısında pivə içən gürcülər bizi də aralarına dəvət etdilər. Deyə-gülə bizi pivəyə qonaq elədilər”...
        Əlbəttə, bu, son köşələrindən birinda gənclərimizin dindən uzaqlaşıb ateizmə meyl etmələrindən sevinən Seymur Baycan və onun əqidəsində olanlar üçün adi bir haldır... Heç namaz qılmayan, oruc tutmayan adamların çoxu məzarlığa girərkən spirtli içki içməyi özlərinə rəva bilmirlər... Bunu edən azərbaycanlı (üstəlik biri də tanınmış yazar xanım(!)) gənclər sabah Azərbaycanın müqəddəs dəyərlərindən necə danışacaq, üzərində müsəlmançılıq rəmzini daşıyan üçrəngli bayrağımızı başının üzərinə necə qaldıracaq? Bu, ikiüzlülük olmazmı?.. XIX əsrdə Mirzə Fətəlini, Seyid Əzimi dinimizlə üz-üzə qoymağa nail olanlar bu gün də həmin missiyanı daha sivil şəkildə davam etdirən gənclər yetişdirə bilblər. Çox qorxulu bir proses gedir; düşmənlərimiz bir yanda özləri də bilmədən İslama zərbə vuran ifrat, radikal (vəhabi, xəvaric və s.) “müsəlman” gənclər, digər bir yanda isə Allahı tanımayan, haram-halal bilməyən ateist gənclər yetişdirir. Və maraqlısı bir də odur ki, belələri – erməni kilsəsində şam yandıranlar, Krişnaya, Şivaya sitayiş edənlər sürətlə məhşurlaşdırılaraq “ideal, müasir Qərb, Avropa gəncliyinin etalonu” kimi zorla cəmiyyətə sırınır... Allah özü hidayət etsin!..

        Bunlara baxanda Axundov doğrudan da dinsiz deyilmiş...

        “...Onlara istədiyi qədər şərab içmək hüququ ilə bərabər azadlıq da verilib. Biz özümüzünkülərin bu yola düşməsinə imkan verə bilmərik. Qoy xalqlarının (sionist yəhudilər Tanrının guya onlara qul olmaq üçün yaratdığı digər millətləri belə adlandırırlar- S.L.) başı spirtli içkilərdən dumanlanmışdır... Onların gəncliyi isə klassisizmdən və erkən zinadan başını itirmişdir. Bu yola onları bizim agentlər salıblar...” (Sion Müdriklərinin Protokolları, 1)...

Mənbə: modern.az