Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi

  • ŞƏKİ BƏLƏDİYYƏSİ nin Mətbuat xidmeti və ictimaiyyətlə əlaqələr şöbəsi (Ş.B.M.v.İ.Ə.Ş.) 2005-ci ilin fevral ayindan fəaliyyət göstərir. 
  • Şöbənin yaradılmasında əsas məqsəd, Şəki Bələdiyyəsinin fəaliyyətində şəffaflığın təmin edilməsi, bələdiyyənin görduyu işlərin, həyata keçirdiyi tədbirlərin operativ surətdə ictimaiyyət nümayəndələrinə çatdırılması və vətəndaşlarla bələdiyyə arasında olan ünsiyyətin daha da yaxınlaşdırılması olub.
  • Öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmək məqsədi ilə Şəki Bələdiyyəsinin Mətbuat xidmeti və ictimaiyyətlə əlaqələr şöbəsinin mudirinin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2005-ci ilin avqust ayindan etibarən 16 və 24 səhifəlik rəngli tərtibatla "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti buraxılır. Qəzetdə mütəmadi olaraq Şəki Bələdiyyəsinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, eyni zamanda, rayonumuzda, respublikamızda, eləcə də planetimizdə baş verən hadisələr haqqinda məlumatlar dərc edilir. 
  • Bu gün "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti oxucular arasında böyük rəğbət qazanmış, Şəkinin ən oxunaqlı qəzetlərindən biri olmushdur.