Poeziya‎ > ‎

ŞEİRLƏR - Elşad Bayramoğlu

1 Ara 2014 10:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2015 01:35 güncellendi ]





Elə bir zamanda yashayiriq ki,
İgid bəlli deyil, mərd bəlli deyil,
Hər kəs oz dərdinə dərman axtarir,
Dərman bəlli deyil, dərd bəlli deyil .


SƏN HARA GEDİRSƏN... 

Sən mənim qəlbimin gizli kitabı,
Mən sənin gözündə pozulmuş yazı.
Bicə sualımın cavabını tap..,
Sən hara gedirsən ay zalım qızı?! 

Niyə parçalayır səni şübhələr,
Səni silkələyir hər an gümanlar.
Səni düşünürəm mən axşam, səhər,
Səninsə başında hələ duman var.

Bir hikmət sırğası var qulağımda,
Halal süfrələrə haram qatılmaz.
İnan nifrət etdim yaşamağada,
Bir ürək,birdə ki, mənlik satılmaz.

Boğulma ehtiyac burulğanında,
Şübhələr başına endirir qapaz.
Çağlasın səadət, sevgi qapında,
Təntimə, tələsmə ay zalım qızı. 

Yol gedib, yüyürüb, büdrəyib qalxıb,
Durmuşam əllinin aşırımında.
Baxma ki, mənidə ehtiyac sıxıb,
İti qılınc kimi durmuşam qında.

Tənə nızə kimi batıb üzümə,
Nadanlar söz ilə güllələyiblər.
Mən şəkər qatmışam bəzən sözümə,
Bunu da nadanlar söz eyləyiblər.

Bulaq təmizliyi qalıb sinəmdə,
Yolum qayalardan, daşlardan keçib.
Olub sevincim də, olub qəmim də.
Ruhum bu torpaqdan məhəbbət içib.

* * *

...GÜVƏNMƏK OLAR

Ana uşağıdır, adam oğludur,
Saçına vaxtından qabaq dən düşüb.
Yaşayir vicdanla ömür borcunu,
O, nə Koroğlunun qoç nəvəsidir,
Nədə ki, Nəbinin burnundan düşüb.

O da hamı kimi çiy süd əmibdir,
Olur büdrəməyi, səhf eləməyi.
Həcəri tələsik ortaya atma,
Onun da evində öz anası var,
Dərd olub oğlunun gec evlənməyi.

Nə qədər Qırata güvənmək olar,
Nə qədər Dürata güvənmək olar,
Şişirdilən söz də yalana təndir!
Səninki at deyil, atam balası,
Məmmədhəsən əmi mindiyindəndir.

Belə kor-koranə baxma arxaya,
boylansan pis olmaz sağ-soluna da.
Babəkin qoluna güvənmək yetər
Bir azca güc eylə öz qoluna da.

Hərənin öz adı, öz inamı var
Dururmu yolunda şöhrət tələsi...
Yıxmayaq evini Koroğlu deyib,
Yoxdursa arxada beş-üç dəlisi

                * * *

GEC
ƏLƏRİM

Ömürdə yaşayan gecələrim var,
Məndən ömürlüdür, ömür həyatı.
Elə gecəm olub, axşamım olub,
Əlimə almışam bu kainatı.

Axıb ürəyimə hisslər,duyğular,
Qırılıb gözümdə qranit sədlər,
Uçmuşam... ulduzlar çiyinlərimdə,
Ayağım altında qalıb sərhədlər.

Durnalar qatarla uçub ömrümə,
Qəlbimdə oxunub təzə bir avaz.
Yaşadığım gecə elə bilmişəm,
Dünyada heç zaman ölümdə olmaz.

Yaşadığım gecə, yandığım gecə,
Elə bilmişəm ki, hamıdan başam.
Dünyanı kiyninə alıb yaxşılar,
Pislərə hek yanda yer tapmamışam.

Başıma yığılıb yaxşı adamlar,
Könlüm rahatlanıb, gözün dingəlib.
Gecəmdə bir ellə qugaqlaşmışam,
Gecəmə xeyirli adamlar gəlib.

Əbədi yaşayan gecələrim var,
Nəğməyə, şerə dönüblər bir bir,
Görürəm hardasa mənim ömrümdə,
Həmin gecələrin ömrü qədərdir.

Elə gecəm olub,səngər olmuşam,
Döyüşlərə hazır əskər olmuşam.
Elə gecəm olub min ömrə sığmaz,
Təpədən dırnağa kədər olmuşam.

Sehirli bir yolla gedirəm elə,
Qalıram yenədə intizar kimi.
Qanımı,canımı bəxş eyləyirəm,
Hər sözə, kəlməyə donarlar kimi.

Nə həkim,nə dərman gərəyim olmur,
Nəsə düzəldirəm,özüm-özümdən,
Öldürüb gözümdə ipək yuxunu,
Gecələr ömrümü uzadıram mən!

                   * * *

QIZIM

(Aygün, Səmaxanım və Xalidə qızlarıma iltuhaf edir
əm

Dolu döyər, yağış yağar,
Sel qarışar selə, qızım.
Qaya qopar, daş oynayar,
Dağlar gələr dilə, qızım.

Geniş bir meydandır həyat,
Gündən-günə ucal, boy at.
Sən də çalış, sən də yarat.
Uyma aya, ilə qızım.

Qış görməsin çölün,düzün,
Ömür boyu gülsün üzün.
Çırağısan ömrümüzün
Gün kimi nur çilə, qızım.

Dünya əcəb bir tamaşa,
Seyr et onu başdan-başa.
Yaşa, vurul... vurul, yaşa,
Bu Vətənə, elə, qızım. 

* * *

İNNƏN BELƏ


Niyə tale qapısına,
Boylanırıq oğrun-oğrun?
Gözlərimiz yoıda qalıb,
Baxışımız düşüb yorğun...
Söylə, dövlət quşuydumu
Əlimizdən uçurduğun?
Bundan sonra ürək-dirək
Kimə lazım, nəyə gərək?!

Ömrümüzdən illər ötdü,
İlk eşqimiz bay olmadı.
Gəncliyimiz sona yetdi,
Məndən sənə tay olmadı.
Bu məhəbbət, vadisində
Qoşa axan çay olmadıq...
Bu gecikmiş ürək-dirək
İndən belə nəyə gərək?!

Ölçək-biçək: bu dünyaya
Nə gətirdi gəlişimiz?
Hansı qəlbə işıq saldı
Bir sözümüz, bir işimiz?
Səhər oldu,axşam düşdü....
Belə keçdi gərdişimiz.
İnnən belə söylə görək
Nəyə lazım ürək-dirək?!

* * *

DEDİM 

İllər bizi yaman çəkdi sınağa,
Güzgü tutub bəxtimizə bax dedim.
Quşlar kimi köçəriyik hardasa,
Bilə-bilə qara günə ağ dedim.

Yada salıb ötüb-keçən çağları,
Fələk bir də ağladarmış ağları.
Alışdırdı o gördüyüm çağları,
Sinəmizə bu çəkilən dağ dedim.

Bir gül idim açammadım dünyada,
Bir quş idim uçanmadım dünyada.
Yuvasına bir də çətin qayıda,
Uçub gedib daha məndən baxt, dedim.

* * *

ÖMRÜN AĞIL YELKƏNİ


Ürəyim bu dünyanın
ən kövrək sarı simi, -
Hiss edər hər dərdini
Ana ürəyi kimi.
Göyə bulud gəlməmiş
Könlüm alar dumanı.
Hələ hek meh əsməmiş
Sinəmdə başlar tufan,
Qəlbimə sevinc damar
Nur qönçələr açmamış,
Xəyalım pərvazlanar
Körpə quşlar uçmamış.
Bir gözümdə təbəssüm,
Bir gözümdə qüssə-qəm.
Bu dünyanın üstündə
Əsim-əsim əsərəm.
Bu dünyanın sevinci,
Qəmi mənlə başlanır.
Xeyirlə şər karvanı
Ürəyimdən daşlanır.
Dünyanın başı üstə
Gəzər qara dumanlar.
Dünyanın ürəyini
Üzər ahlar-amanlar.
Dünyanın bir taxtında
"Ağ ev " qara hikkəli.
Dağ-daş gərilmiş kaman,
Səhərlər səksəkəli.
Dünyaya tələ qurar
Ütülü fitnə,yalan
Gündüzündən şübhəli,
Gecəsindən nicaran.
Ürəyim bu dünyanın ildırımötürəni,
Hər dərdini çəkəni,
Yükünü götürəni.
Ömrüm bu gen dünyada
Bir qayğı qatarıdır.
Dövranla zamanla bir
Çarpan ürəyim vardır.
Siz qayğısız görsəniz
Həyatda bir gün məni,
Bilin,dəyib daşlara
Ömrün ağıl yelkəni.
Bu dünyada yaşayan
Mən deyiləm,bədəndir.
Dünyada kor atını
Sürüb, izsiz gedəndir...

* * *

YOLLAR.

Bu yollar yada salır
Eh, nələri indi gör?!
Quş kimi pərvazlanıb
Bu yollarda bir ömür...

Bu yol aparıb məni
Yaxın-uzaq ellərə.
Qovuşdurub nə qədər
Xoş aylara,illərə.

İndi burda bu həsrət,
Bu kədər,bu qəm nədir?
Hardan gəlib bu nisgil
Məni belə göynədir?

Bir vaxt bu yerlər olub
Başımın tacı mənim.
Bu yerlərçin göynəyib
Burnumun ucu mənim.
Quruca bir daş olub
Düşüb burda qalardım
Olsa əlacım mənim.

Bəs niyə fərəhlənib
Könlüm burda açılmır?
Çöl-çəmən çöhrəsindən
Üstümə nur saçılmır?

Bu yerlərçin olmaya
Mən yad olub getmişəm?
El qəlbində nə vaxtsa
Düşüb dürr tək itmişəm?
Bələ isə iqbalım,
Aqibətim dünyada,
Deməli, öz əlimlə
Vermişəm ömrü bada...

* * *

Haqq dilədim, haqq istədim,
Bunu mənə çox gordulər.
Hayqırıb, söyüb, döydülər,
Bu dövran xəstədir, qardaş.

Olkəmizə gələn gəlir,
Qara asfalt üçün deyil.
Millət gəzir veyil-veyil,
Bu dovran xəsrədir, qardaş.

Lazim ona cərrah əli,
Ərsə cixib yagim, ətim.
O, cərrah sənsən millətim,
Bu dovran xəstədir qardaş.

Sayi artıb yaltaqların,
Müftəxoru, qorxaqların.
Doğulacaq qoçaqların,
Dövran sağalacaq qardaş!

* * *

Sözü söyl
ə incə-incə,
Dəyərli söz dil naxşıdır.
Sözü deyib xar olunca,
De
məsən ondan yaxşidir.