Poeziya‎ > ‎

Haydı, mən də sizinləyəm!!!

2 Nis 2016 08:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Nis 2016 08:34 güncellendi ]












Məzahir SÜLEYMANZADƏ

"SƏHƏR" qəzetinin baş redaktoru,
publisist-şair-jurnalist


Cəbhədən xoş xəbər gəldi,
Dərdim, sərim yoxa çıxdı...
Haydı, əskər, hünər göstər,
Qarşındakı yol açıqdı...

Torpaq sənin torpağındı,
Gücün ikiqat olacaq!
Qeyrətini, hünərini,
Düşmən görüb mat qalacaq!

Mən bir qələm adamıyam,
Silahım da doğru sözdü,
Millətimiz çox gözlədi,
Hər əzaba, dərdə dözdü...

Hərəsi bir yumruq vurub,
Sınıb danışıq masası...
İllər ötüb, daşıb, dolub,
Xalqımın səbir kasası...

Haydı, mən də sizinləyəm,
Altımış yaşda əskərəm!..
Baxmayın ki, qocalmışam,
Mən bir igid, mən bir ərəm!

Qarabağ da çox darıxıb,
Bizi sevir, əzizləyir...
Hər gün üzü bəri baxıb,
Bizdən qələbə gözləyir!..