Poeziya‎ > ‎

Allah səbir verməsin!

13 Nis 2016 09:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 13 Nis 2016 09:34 güncellendi ]
Şəhidlərimizə və çox səbirli xalqıma ithaf edirəm. 












Elşən ABDULH
ƏMİDOV,
Şəki rayonu, Öryət kənd məktəbinin müəllimi


Coş, ey xalqim! Daş, ey xalqim!
Fırtına ol! Sən qoyma gəl
                    daş üstündə daş ey xalqim!
Yiğma daha ürəyinə qəzəbini !
Püskür bütün nifrətini şərəfsizin üzərinə,
Kəs, uf demə...
Qoyma, qoyma erməninin,
                            erməniyə bənzərlərin
                        çiyni üstə baş ey xalqim!
Bilirsən ki,
bu gün dünya güclülərin yanındadır. 
Bilirsən ki, acizlərin qənimidir. 
Bilirsən ki, yazıqlarin arxasına
Bıçaq kimi sancılmağa daim hazır, 
Büdrəyənə balta vurur,
Ayağının altın qazır.
Sənə quyu qazanları izsiz itir,
                              qırılsınlar topa topa 
Ölməsinlər birbəbir heç. 
Yer-yurdları bilinməsin,
Üzərində ağlamağa
Allah qəbir verməsin heç. 
Dur ayağa! Yetmədimi?
Allah səbir verməsin heç!
Qoy dəsmalı, silah götür, ya öl, ya qal!
Sənə məxsus olanları qanınla al, canınla al!
Qara daş bas ürəyinə
Boğ kədəri
Qoy dolmasın gözlərinə yaş ey xalqım! 
Dik dur bir az!
Daha bəsdi
                        səfil kimi töküldüyün!
Daha bəsdir öz içindən
                         ilmə ilmə söküldüyün. 
Bəsdir səni aldatdılar, 
Bəsdir daha ot ələf-tək
            dostun , yadin əllərində biçildiyin!
Dur ayağa, tufan yarat!
Ya bu tufan düşmənləri məhv eləsin,
Məğlubiyyət utancını, ləkəsini
                                             sifətindən,
Alçaldılmaq qorxusunu
                                    ürəyindən
Dəf eləsin. 
Ya bu tufan bütövlükdə 
                            silsin səni yer üzündən
Bəlkə onda
                    qəbirində tərs çevrilən əcdadlarin,
Qisas deyə haray çəkən, Şəhidlərin ruhu sənin
                                        günahını əfv eləsin!
Türklüyünü yada salsan, 
Sənə divan tutanlara
Divan qursan, 
Şimaldaki, cənubdaki
Dünyanin dörd yanindakı
Gücə tapan qoca qurdlar –
Senatorlar, tülkü lordlar, 
Xocalıya səssiz qalan,
                            “məzlum” hayı sığallayan
Sarı ivan
Sənin qisas tonqalında əriyəcək
                                dünya sənə baş əyəcək. 
Deməyəcək
Varmı, yoxmu
Gözün üstə qaş ey xalqim!
Mən də bütöv Azərbaycan, mən də bütöv Vətən görüm. 
Gözümüzdən, könlümüzdən ağrıları itən görüm. 
Qarabağda çapan atlar, bülbülləri ötən görüm. 
Bizdən küsən çəmənlərdə xarıbülbül bitən görüm!
Min olaydı,  
Möhkəm möhkəm bənd ataydı
                                        sənin kökün torpağına
Və mənim də arzularım çin olaydı,
Kaş ey xalqim, kaş ey xalqim...