Poeziya‎ > ‎

SƏN BU EVDƏN GEDƏNDƏN - Şahid MƏMMƏDKƏRİMOV (poemadan parça)

23 Oca 2015 05:10 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Şub 2015 03:34 güncellendi ]
24 yanvar 2015 ci il - həyat yoldaşımın vəfatının bir ili tamam olur. Ona həsr etdiyim “Sən bu evdən gedəndən”adlı poemadan bir parçanı yayımlayıram.

Şahid MƏMMƏDKƏRİMOV


Hələ tamamlanmamış ömrümüzün nağılı
Əcəlin sərt küləyi əsdi bizə qəfildən.
Sən kamala çatdırıb bir qızı, üç oğulu
Taleimin bəxtinə əlvida dedin nədən. 
                        ***
Sənsizliyin soyuğuna bələndim
Təzə doğub, sanki , anam daş məni.
Hamarlayır, yuyur, hər gün kiçaldır
Həsrət məni, kədər məni, yaş mən.

Bu dərd ildırımtək andaan çaxır.
Varlıq da, mənlik də, ruh da alışır
Qəmin çeşmə kimi qaynayıb axır
Ömür yolumuza hər an şırhaşır.

Gecənin sükutu qərib həmdəmim.
Ömrümə, günümə naxışlar vurur.
Göylərdən tökülüb başıma qəmım
Həmən naxışlardan bir matəm qurur.

Yadına düşürmü müdrük el sözü
Bəlkə, xatırlayım,söyləyim bir-bir
“Hər dərdin əlacı, sonu var,” düzü
Bu dərdin əlacı, sonu Qəbirdir.

Buludtək dolaraq ağlamaq peşəm
Xəyalən yaşımı silirsən hərdən
Könlümü qəbrinin üstə əkmişəm
Cücərsin, yanına gələcəyəm mən

                    ***
Qara günün qəm nəğməsi
Dilləndi. Nə səsdi, gülüm?
Dünyanın çovğun küləyi
Mən tərəfə əsdi, gülüm.

Dərd üstünə dərd calandı
Bağrım başı parçalandı.
Ürəyimdən söz talandı
Bir quru qəfəsdi, gülüm.

Demə daha yaşa, yarat
Mənə boşdur indi həyat
Qırılanda axı qanad
Uçmaq çox əbəsdi, gülüm

Çönüb heç mənə baxdımı?
Tale çevirib taxtımı
Mənim bu qara baxtımı
Sənə qurban kəsdi, gülüm.

Zülmət oldu al gündüzüm
Gör necə qaraldı gözüm
Qalıbsa da bir az dözüm
O da mənə qəsdi, gülüm.

Sağalmazdı mənim yaram
Danışıram aram-aram
Heç bilmirəm, yoxam, varam?
Daha son nəfəsdi,gülüm.

Qarışaraq al qanına
Can verəm candan canına
Şahidi apar yanına
Mənə təklik bəsdi gülüm.

                ***
Sən bu evdən gedəndən
sevinc qaçır uzağa
qəm paltarı biçilir
mənə başdan ayağa

Ömrümün hər anında
Təngiyir nəfəs yenə.
havasızlıq yaradır
Gülüm, sənsizlik mənə.
Həyətdə gül- çiçəyin
Rəngi həmən rəng deyil
Quşların nəğməsində
Ahəng-o ahəng deyil
Evdəkilər doğmadır
Heç birisi yad olmur
Amma bişən xörəyin
(Məndən inciməsinlər)
Dadı həmin dad olmur.

Sən bu evdən gedəndən
Günəşin istisindən
Soyuqluq duyuram mən.
Yağış yağsa damcısı
İşləyir iliyimdəm.
Külək əsir, mülayim
Qasırğa sanıram mən
Şırım-şırım iz salır
Hamısı urəyimdən.
Geydiyim təzə deyil
Gördüyün kastiyumdu
Sənsiz sıxır canımı
Görən, bu nə duyumdu?

Hər şey, hər şey dəyişib
Sanki nə var əyişib
Xəyalımda keyişib
Qəlbim oyum-oyumdu.

Bilirəm ki, gülüm, sən
Geri dönən deyilsən
Gözıəyirəm yenə mən
Görən bu nə oyundu?!

Gün keçir acı-acı
Yox bu dərdin əlacı
Fələyin kədər tacı.
Mənim başıma qondu.

Deyirlər ki, sən sağ ol
Bu qismətdi, qədərdi.
Mən çəkirəm bu dərdi
Ömrü qəbrə qədərdi.