Poeziya‎ > ‎

Poema

25 Şub 2015 07:01 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2015 07:02 güncellendi ]


Maqsud MUSTAFAYEV, filoloq

 

Ustadlar

POEMA

Sevimli şairimiz S.Vurğun və əziz müəlimim,türk dünyasının böyük şairi B.Vahabzadəyə ithaf edirəm.

 

I fəsil

Tanışlıq

Qəzetdə gördüyü mənalı şeir,

Səmədin diqqətin çəkdi yamanca.

Şeir dünyasının mahir ustadı,

Oxudu şeiri sakit,astaca.

“Ana və şəkil”adlanırdı bu,

Şair bu şeirə heyran olmuşdu.

İlk addım olsa da mənada dolğun,

Yazanı tez görmək istədi Vurğun.

Sifariş göndərdi gəlsin yanıma,

Şeirini oxuyub vuruldum ona.

Bu xəbər çatanda o gənc oğlana,

Elə bil dünyanı verdilər ona.

Görüşdən sevinib oldular razı,

Sənət dünyasının iki ulduzu.

Öyrənib bir-birin çox şad oldular,

Onlar bu görüşdən qürur duydular.

Şeir dünyasında yoldaş oldular,

Həmfikir,doğma bir sirdaş oldular

Səməd Bəxtiyarı kəşf etdi belə,

Onun istedadın gətirdi dilə.

Şeirdə yeni bir dünya qurdular,

Vətənin dərdinə şərik oldular.

Onlar dost olaraq sənət yolunda,

Bir dünya qurdular türk torpağında.

Bu iki dühanın taleləri də,

Necə də bənzəyir bir-birinə

Səməd də anasız,Bəxtiyarım da,

Sevgiləri uğursuz oldu həyatda.

Tanrı bülbülləri oldular onlar.

Mələklər onlara ana oldular.

Onlar bir günəşin iki üzüydü,

Daim şəfəq saçan bir ulduzuydu.

Bu iki dühanı qısqanan çoxdur,

Onların bənzəri hələ ki,yoxdur.

Səməd bir dünyadı əsərlərilə,

Xalqın dostu oldu əməllərilə.

Bəxtiyar Vətənin qəmin,daşıdı,

Xalqa xidmət edib xoşbəxt yaşadı.

Onlar şeirimizdə bir era açdı,

Günəş tək parlayıb şəfəqlər saçdı.

 

II fəsil

Etiraf və arzular

Həyatda ilk dəfə addımlayarkən ,

O dahi insana rast gəldim mən.

Səməd coşqun bulaq kimi çağlardı,

Şeirinin mənası canlar alardı.

Gahdan vəsf edərdi aranı,dağı.

Ceyranlı çölləri,yaşıl yaylağı.

Gah da ki,Bakidan,Xəzərdən deyər,

Göygöldən ,Kəpəzdən o söhbət eylər.

Talıstan meşəsi dilində əzbər,

Gəzər.qarış-qarış vətəni gəzər.

O doğma Vətənə necə bağlıydı,

Səməd yurdumuzun Vurğun oğluydu.

Ana təbiətdən o zövq alardı,

Sakitcə dayanıb fikrə dalardı.

Vətən azadlığı arzusu idi,

Ancaq bu günləri görə bilmədi.

Tez-tez zəmanədən gileylənərdi,

Dərdini mənimlə yarı bölərdi.

Tərənnüm etsə də,ruhlansa da,

Bəzən coşa gəlib alovlansa da.

Qəlbində köç etmiş qəmi,kədəri,

Tökər sətirlərə ağır dərdləri.

Arazla ayrılmış bütöv ellərə,

O dözə bilmirdi bəd əməllərə.

Dövran fikirlərə bir kilid vurmuş,

Düşmən hər tərəfdə pusquda durmuş.

“Vaqif”də “Xanlar”da,”Muğan”da şair,

Dərdini söyləmiş ellərə dair.

Dərdləri niqaba bürünmüş yaman,

Qəlbinə dağ çəkmiş bu haqsız zaman.

Ilk sevgi oxu da dəymişdi daşa,

Məhəbbət dastanı çıxmışdı boşa.

Dərdləri qəlbində dağdan ağırdı,

Nurlu çöhrəsindən kədər yağardı.

Parçalanmış Vətən,talanmış Vətən,

Çox ağır talelər yaşamısan sən.

Şairin qəlbini yandırır köz tək,

Bizi birləşdirir həqiqi məslək.

Taleyimiz bənzəyir bir-birinə,

Bizim birliyimiz düşdü yerinə.

Ustaddan dərs alıb qoşuldum ona,

Çəkdik qəm yükünü hardan hayana.

Düşünüb,daşınıb Vətən dərdini,

Birlikdə çəkirdik onun yükünü.

Mən ona təsəlli o mənə dayaq,

Yükləri çəkirik dəvələr sayaq.

Səhrasa sonsuzdur sonu görünmür,

Dan ulduzu batıb izi bilinmir.

Gedirik ikimiz bilməm haraya,

Ürəkdə qövr etmiş ağır yaraya.

Məlhəm axtarırıq tapa bilmirik,

Gecələr sübhəcən  yata bilmirik.

Bu qəm karvanını çəkirdik birgə,

Şimal üstümüzə salmışdı kölgə.

Şeir dünyasının nəhəng ustadı,

Ürəyində vardı böyük muradı.

Deyirdi:”Bəxtiyar,istəyirəm ki,

Yurdumuz birləşib olsun bizimki.

Araz ayırmasın iki qardaşı,

Axı Vətənimin uludur yaşı.

Cənubu Urmiya,Dərbənd baş qala,

Qərbdə İrəvandır şərqdə Neftçala.

Türklər qucaqlaşıb Kür,Araz kimi

Lərzəyə gətirsin bütün aləmi.

Dostluq qalasını möhkəm quraq biz,

Tanınsın Dünyada Turan nəslimiz.

 

III fəsil

Məni tək qoydun.

Tanrım göydə idi ustadım yerdə,

Səməd əzəmətdi sözdə,şeirdə.

Şair kükrəyəndə bulaqlar kimi,

Sanki dəyişirdi o sərt iqlimi.

Vətən sıxılırdı dəmir qəfəsdə,

Əsəblər gərilir vicdanlı kəsdə.

Sərvəti talanıb gedəndə əldən,

Özünə gəlmirdin saatlarla sən.

Qəlbində dərdlərin ağır olsa da,

Xalqını hər yerdə düşmən sıxsa da,

Gələcək günlərə sən inanırdın

Vətənin dərdinə daim yanırdın.

“Vaqif”i,”Xanlar”ı hikmət dünyası,

Tükənməz sərvətdir poeziyası.

Insana ruh verər İlham verərdi,

Bəxtiyar,möhkəm ol,mərd ol deyərdi.

O mənə həm dayaq,həm arxa idi.

O mənə təsəlli dözüm verərdi.

“Bəxtiyar,uludur Vətənin yaşı,

Gələcək günlərçün qoru bu başı.

Bir yerdə tutulur planlarımız,

Birlikdə boy atır arzularımız.

Gələcək günlərə qoşa gedirdik,

Vətənçün xoş günlər arzu edirdik.

Daim dərdləşirdik bir-birimizlə,

O azad günləri gözlərdik belə.

Əsir yaşa dolur zaman ötürdü,

Əzrayıl tələsib yaman iş gördü.

O uzaq ellərdə bir səfərdəydi,

Əcaib  xəstəlik qəddini əydi.

Yurdumuz büründü qəmə,kədərə,

İnsan inanmırdı bu bəd xəbərə.

Neyləyə bilərdik bu gerçək imiş,

Xalqımın içinə düşmüşdü təşviş.

Çarəsiz bir dərdə tutuldu Səməd,

Ulu şairimiz tapdı yaman dərd.

Göründü gözlərdə ağır bir kədər,

Loğmanın səyləri vermədi bəhər.

Əlimdən bir kömək gəlmir ey ustad,

Bilməm necə edim mən ona imdad.

Tanrı özü sənə qoy kömək olsun,

Sənə şəfa verib bizi ovutsun

Çarə tapılmadı şairə nədən,

Yenə qəm,kədərə büründü Vətən.

O bahar fəslində gəldi dünyaya,

Bahar fəslində də getdi dünyadan.

O mənə arxaydı məsləkdaş idi,

O mənə ruh verən bir sirdaş idi.

Həkimlər çalışdı olmadı imdad,

Məni tənha qoyub getdi o ustad .

Sənin xidmətini ellər unutmaz,

Şeir çələnglərin heç zaman solmaz.

Səmədin yoxluğu sarsıtdı bizi,

Qalacaq tarixdə hər zaman izi.

 

IV fəsil

Olmuşlara səyahət

Ustadın dünyadan yaman tez getdi,

O Ulu Tanrı da sənə zülm etdi.

Yazdın neçə-neçə böyük əsərlər,

Xalqın qəm yükünü çəkən şeirlər.

Yükü çox ağırdır misralarının,

Orda dərdləri var böyük  bir xalqın.

Dağ da tab gətirməz bu ağır dərdə,

Namərdlik çatdırdı bizi bu həddə.

Niyə taleyimiz döndü dağıldı,

Dərdimiz dağlardan daha ağırdı.

Yaman parçalandı Vətən torpağı,

Şimaldan Cənubdan oldular yağı

Bütöv bir ürəyi yarı böldülər,

Haqqı.ədaləti yerə gömdülər.

Gülüstan sülhülə doğma Vətəni,

Qəlbinə sancdılar iti qəməni.

Tarix də götürdü bu haqsızlığı,

Hərraca qoyuldu Vətən torpağı.

Köksünə vurulan amansız dağı,

Mən necə unudum bu barbarlığı.

Daim qan-qan deyən çətin zamanda,

Keçən haqsızlığı salaraq yada,

“Gülüstan”adında poema yazdın,

Düşmənin qəlbinə vəlvələ saldın.

O qara qüvvələr hər bir tərəfdən.

Sənin üzərinə yürüş etdilər,

Şairin ölümünə fitva verdilər.

O sarı iblisin hədə-qorxusu,

Nahaq qanlar tökən vəhşi ordusu.

Səni qorxutmadı düşmənin məkri,

Qəlbinə hakimdir azadlıq fikri.

Şairi sıxdılar hər bir tərəfdən,

Ona dayaq gəldi böyük fələkdən.

Şair təşviş içrə çırpınan zaman,

Gizli bir əl onu qurtardı dardan.

Dahi Heydərimiz çox riskə getdi,

Şair Bəxtiyarı o xilas etdi.

Ağır dərd yüklənmiş polad misralar,

Qəlbləri sızladıb eylədi qubar.

Vaxt  gələr kökündən uçub dağılar,

Məşhər ayağımda yanar ağalar.

Səməd görməsə də bu xoş günləri,

Ruhu dolaşacaq bu sərhədləri.

 

Şairin monoloqu

Vətənin dərdləri böyükdür dostlar,

Bizə zülm eyləmiş daima yadlar.

Deyin bir ürəyi bölmək olarmı?

Belə haqsızlığa dözmək olarmı?

Tarixə ləkədir”Gülüstan” sülhü,

Hərraca qoyuldu bu vətən mülkü.

Türkmənçay sülhü də ikinci qapaz,

Vətənim yamanca olmuşdu tarac.

Mən necə dözəydim bu ağır dərdə,

Hər yerdən təqiblər hər yerdən hədə.

Baxmadım ölümə nə də cəzaya,

Lap düçar olsam da ağır bəlaya.

Yazdım “Gülüstan”i ürək qanımla,

Nifrətlər yağdırdım bu tək canımla.

Mali-mülkümüzü hərraca qoydu,

Xalqın sərvətini vəhşi tək soydu.

Bizi məhv etmək üçün yollar aradı,

Onlar bizə gələn qara yaradır.

Vətəni olmayan,yurdu olmayan,

Dünyaya terrorist,gözü doymayan,

Zatı bilməyən,xisləti murdar,

Hər işdə hiyləgər,şərə havadar,

Qatil ermənini gedib tapdılar.

Bizi bu çıxılmaz dərdə saldılar.

İrəvan elində dövlət qurdular,

Azəri türkünü ordan qovdular.

Onların dalında Rusiya durdu.

Bizim qəlbimizə yaralar vurdu.

Ey böyük millətim ayıl başa düş

Düşmənin üstünə sən eylə yürüş

Onların məkrindən çəkmə gözünü,

O qarı düşməndən qoru özünü.

Elmlə,təhsillə yüklənməliyik,

Düşmənə yerini göstərməliyik.

Biz bir yumruq kimi birləşsək əgər,

Düşmənin qəddini bu qüvvə əyər.

İyirminci əsirdə bizi qırdılar,

Cənnət yurdumuzu zəlil qoydular.

Şəhid qəbirləri saysız-hesabsız,

Onlar bizə qarşı olmuş amansız.

Düşmən hiyləsinə inanma qardaş,

Hər yerdə ayıq ol başına vur daş.

Çalışaq,vuruşaq həmrəylik edək,

Böyük gələcəyə zəfərlə gedək.

Düşmənin zülmünə qoy son qoyulsun,

Doğma torpaqlardan çıxsın qovulsun.

Mən bizim gəncliyə çox inanıram,

Onları millətə arxa sanıram.

Müstəqil dövlətim,gücüm,qüdrətim,

Şimalda,cənubda böyük millətim.

Tarixin səhvini düzəltməliyik,

Cavanşir elini yüksəltməliyik.

Bu işdə tanrımız bizə yar olsun,

Vətən xilas olsun,xalqım var olsun.

 

Vfəsil

Qurtuluş

Bu dünya fırlanıb sular duruldu,

Zülmətin zənciri qopub qırıldı.

Vətən azadlığın nuruyla doldu,

Düşmənin yellənən bayrağı soldu.

Tarixə yazıldı doxsan birinci il,

Zillətdən qurtarıb olduq müstəqil.

Azadlıq günündə ey böyük ustad,

Xalqa dayaq olub eylədin imdad.

Qələmi dəyişib sən qılınc aldın,

Xalqa üz tutaraq ona inandın.

Düşmən bizə yenə xəyanət etdi,

Qədim Bakımıza qoşun yeritdi.

Yenə xalqımızın qanını tökdü,

Günahsız ellərə qəm,kədər çökdü.

Kqçələr boyandı şəhid qanına.

İnsanlar yığışdı Vətən hayına.

Qızıl qərənfilə boyandı Bakı,

Elə bil yatmışdı oyandı Bakı.

O zaman millətin önündə durdun,

Düşməni xəncər tək sözünlə vurdun.

Başın nələr çəkmiş ey ulu vətən,

Izdiham önündə gedirdin sən həm.

Tabutlar önündə ağı deyirdin,

Rədd olsun ,məhv olsun yağı deyirdin

Xalqa arxa oldun igidlər kimi.

Zəmanə dəyişdi köhnə iqlimi.

İndi gəlib oldun xalqın gözündə,

Sərkərdə Bəxtiyar,şair Bəxtiyar.

Sənə Ulu Tanrı daim olsun yar,

Xalqımız birləşsə düşmən olar xar.

Vətən azadlığı böyük nemətdir.

Bu Tanrımızdan bizə qismətdir.

Bu bəxtəvər günü gördün ey ustad,

Ruhun təzələndi könlün oldu şad.

 

Şairin arzusu

Əsir təzələndi zaman dəyişdi,

Xeyir qalib gəldi şərsə sürüşdü.

Nə qədər töküldü şəhidlər qanı,

Mən müstəqil gördüm Azərbaycanı.

Ustadlar birlikdə fikirləşirdik,

Vətən azad olan günü görərdik.

O günü birlikdə görə bilmədik,

Ruhunla Vətəni birbəbir gəzdik.

Mənə ustad kimi vəsiyyət etdin,

Mən də göstərdiyin o yolla getdim,

Deyiləsi hələ çoxlu sözüm var,

Ruhun bu Vətəni yenə dolaşar.

Müstəqillik özü böyük nemətdir

O həm namusumuz .həm də qeyrətdir

“Çeşməli cənabla təsbehli ağa,

Yarıya böldülər Azərbaycanı.”

Bu sözü deməyə hünər gərəkdir.

Cəsarət gərəkdir,təpər gərəkdir.

Polad misralarla düşməni vurdum,

Hünər kərpicindən bir qala qurdum.

Heç kəsdən qorxmadan sözümü dedim,

Bəxtiyar şair tək bu günü  gördüm.

Vətən azadlığı mənə yar oldu,

Düşmənin başına dünya dar oldu

Gecəli-gündüzlü yazdım çalışdım,

O azad günlərə şükür qovuşdum.

Tale üzümüzə yamanca güldü,

Xoşbəxtlik günləri əbədi gəldi.

Gərək azadlığı qoruyaq,dostlar,

Qoy ayaq açmasın vətənə yadlar.

Ulu Öndərimiz belə söylədi:

“Müstəqilliyimiz əbədidir,dönməzdir”

Bu azad günlərə qovuşduq nə qəm,

Bizdən fədakarlıq istəyir Vətən.

Qəlbimdə dolanan çoxlu sözüm var,

Gərək o sözləri eyləyim aşkar.

Bu günlər ömrümün xəzan çağıdır,

Yurdumuz dünyanın cənnət bağıdır.

Ayrıla-ayrıla itirmişik biz,

Təklənib,qırılıb nəsillərimiz.

Müstəqil ölkəni saxlamaq üçün,

Çalışmaq,vuruşmaq lazımdır hər gün.

Biz bir yumruq kimi birləşməliyik,

Düşmənə yerini göstərməliyik.

Millətin birliyi onun gücüdür,

Vətənin dayağı millət özüdür.

Düşmənlər hiyləgər,çox məkrlidir,

Onlar yaman qəddar,həm də kinlidir.

Daxildə dostluğa qovuşaq gərək,

Parçalanmaq ölüm,bunu biz bilək.

Sərvəti bol olan bir ölkəyik biz,

Şan-şöhrət qazanır hər gün ölkəmiz.

Daxili sabitlik böyük nemətdir,

Bu hava su kimi bizə gərəkdir.

Biz bir-birimizlə qardaş olmalı,

Düşmən qarşısında dağ tək durmalı.

Düşməni bir yolluq məhv etmək üçün.

Gərək işimizdə biz olaq düzgün.

Ataq bir tərəfə umu-küsünü

Onda məhv edərik yağı düşməni.

Düşmən torpağımda azad gəzirsə

Yadlar əsirləri döyüb əzirsə,

Qeyrətdən,namusdan danışmaq nədir,

Vətənin işğalı bizə ləkədir.

Bizim olmalıdır güclü ordumuz,

Ayağa qalxmalı bütün xalqımız.

Qovaq torpaqlardan qarı düşməni,

Mən də qoca vaxtı görüm o günü.

Şuşada,Laçında bayraqlarımız,

Dalğalansın bir az rahat olaq biz.

Parçalanmış vətən qoy bütöv olsun,

Vətən bütövləşsin düşmən qovulsun.

 

Şairin son sözü

Allahın verdiyi ömür payında,

Həmişə xalqımın oldum yanında.

Düşməndən qorxmadım,sözümü dedim,

Xalqıma şair tək borcumu verdim.

Şairin qələmi hər an,hər zaman,

Naqis düşmənlərə verməsin aman.

Əsirlər ötüşüb zaman dəyişib,

Düşmən bizə qarşı yaman birləşib.

Düşmən arxalıdır,düşmən qəddardır,

Onlara hər yerdə bir dəstək vardır.

Bu gün türk dünyası birləşməlidir,

Orta bir nöqtəyə tez gəlməlidir.

Yoxsa düşmən bizi zəlil eyləyər,

Təkləyib asanca həzm edib yeyər.

Ucalaq elimin zirvələrinə.

Türklər təşəbbüsü alsın əlinə.

Elimlə, hikmətlə ucalar insan.

Bunu təsdiq etmiş hər ötən zaman.

Türkün bu dünyada düşməni çoxdur,

Onun çörəyinin heç duzu yoxdur.

Ayılın, birləşin türk oymaqları,

Onda məhv edərsiz bütün yadları.

Daim dalğalansın türkün bayrağı,

Qoy biz azad görək ana torpağı.

O zaman demişdi dahi Nizami:

“Qüvvət elimdədir başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz”.

Söykən türk oğlunun bu kəlamına,

Yönəlt millətini elmin yoluna.

Yüksəliş ordadır, həyat ordadır.

Qələbə elimli olanlardadır.

Çalış elimli ol vətən övladı,

Onda məhv edərsən yağını,yadı.

Qoy bu yolda sizə Tanrı yar olsun,

Allah millətimə havadar olsun.