Şəki haqqında məlumat

İçerikler

  1. 1 Şəki rayonu haqqında ümumi məlumat
    1. 1.1 Coğrafi şəraiti
    2. 1.2 Şəki şəhəri haqqında ümumi məlumat
    3. 1.3 Etimologiyası
    4. 1.4 Coğrafiyası
    5. 1.5 Tarixi
    6. 1.6 Şəkinin tarixi-memarlıq abidələri
      1. 1.6.1 Şəki Şəhər Dövlət Tarix-memarlıq qoruğu
      2. 1.6.2 Nuxa qalası
      3. 1.6.3 Şəki Xan sarayı    
      4. 1.6.4 Yuxarı Karvansara
      5. 1.6.5 Aşağı Karvansara   
      6. 1.6.6 Giləhli məscidi   
      7. 1.6.7 Xan məscidi        
      8. 1.6.8 Ömər əfəndi məscidi    
      9. 1.6.9 Cümə məscidi   
      10. 1.6.10 Kiş alban məbədi
      11. 1.6.11 “Gələrsən-görərsən” qalası
    7. 1.7 Şəkidə səhiyyə müəssisələri
    8. 1.8 Şəkidə təhsil müəssisələri
    9. 1.9 Şəkidə fəaliyyət göstərən turizm obyektləri
  2. 2 Şəki və onun turizm imkanları haqqında qısa məlumat
    1. 2.1 Təbiət resursları
      1. 2.1.1 Regiondakı meşələr
      2. 2.1.2 Çaylar, göllər, şəlalələr və digər su hövzələri
      3. 2.1.3 Dağlıq ərazilər və mənzərəli guşələr
      4. 2.1.4 Relikt  (çox yaşlı) və endemik  ağaclar
      5. 2.1.5 Flora (bitki) və fauna (heyvan) xüsusiyyətləri
      6. 2.1.6 Əhəmiyyətli bulaq, qeyzer və termal sular
  3. 3 Regiona məxsus atributlar və dəyərlər
    1. 3.1  Regionun özünəməxsus adətləri və mədəniyyəti
      1. 3.1.1 Toy adətləri
      2. 3.1.2 Novruz bayramı
      3. 3.1.3 Yas adətləri
    2. 3.2 Müxtəlif adətlər
      1. 3.2.1 Diş hədiyi
      2. 3.2.2 Səməni
      3. 3.2.3 Siran gəzmək adəti
    3. 3.3 Mətbəxi (regiona xas yemək və şirniyyat növləri)
      1. 3.3.1                                                 Salatlar
      2. 3.3.2                            Duru xörəklər və şorbalar
      3. 3.3.3            Süd və qatıq məhsullarından hazırlanan xörəklər
      4. 3.3.4                       Yumurta xörəkləri
      5. 3.3.5 Toyuq- cücə və çöl quşları xörəkləri 
      6. 3.3.6                   Ət   xörəkləri
      7. 3.3.7                                            Balıq xörəkləri
      8. 3.3.8                                                  Kabablar
      9. 3.3.9                                      Tərəvəz  xörəkləri
      10. 3.3.10                                     Plovlar  (aşlar)
      11. 3.3.11                                        Xəmir xörəkləri
      12. 3.3.12                                                  Şirin xörəklər
      13. 3.3.13                                            Şərbətlər sərinləşdirici içkilər
      14. 3.3.14 Şəki şirniyyatı
  4. 4 Turizm əhəmiyyətli obyektlər
    1. 4.1 Restoranlar, kafe və digər iaşə obyektləri
    2. 4.2  Idman kompleksləri və digər idman məkanları
    3. 4.3 Kino-teatrlar
    4. 4.4    Saray və mərkəzlər
    5. 4.5 Nəqliyyat infrastrukturu (hava limanı, avtovağzal, liman və s.)
    6. 4.6 Digər turizm əhəmiyyətli obyektlərin siyahısı
      1. 4.6.1 Mehmanxana və mehmanxana tipli obyektləri
      2. 4.6.2 Tarix və mədəniyyət abidələri
  5. 5 Maraqlı tərəflər
    1. 5.1 Tanınmış şəxslər
      1. 5.1.1 Regionun tarixi ilə bağlı olan, orada doğulmuş və ya hər hansı fəaliyyətinə görə maraq doğura biləcək şəxsiyyətlərin (tarixi şəxsiyyət, qəhrəman, yazıçı, şair və s.) siyahısı
    2. 5.2 Parklar
      1. 5.2.1 Mədəniyyət və istirahət parkları, zooparklar, bağlar, xiyaban və digər tipli parkların tam siyahısı
      2. 5.2.2 Milli park, qoruq və yasaqlıqlar
    3. 5.3 Əl işi və sənətkarlıq ustaları
      1. 5.3.1 Regionun sənətkarlıq, incəsənət, əl işləri ustalarının siyahısı, məşğuliyyət sahələri və perspektivlər haqqında dolğun məlumat
  6. 6 Şəki xalq sənətkarları
    1. 6.1 Şəbəkə sənəti üzrə
    2. 6.2 Təkəlduz sənəti üzrə
    3. 6.3 Sandıqçılıq sənəti üzrə
    4. 6.4 Ağac üzərində oyma sənəti üzrə
    5. 6.5 Xovlu xalça sənəti üzrə
    6. 6.6 Kələğayı sənəti üzrə
    7. 6.7 Papaqçılıq sənəti üzrə
    8. 6.8 Silahsaz sənəti üzrə
    9. 6.9 Metaltökən sənəti üzrə
    10. 6.10 Sərraclıq sənəti üzrə
    11. 6.11 Xalçaçılıq sənəti üzrə
    12. 6.12 Dabbaqçılıq sənəti üzrə
    13. 6.13 Misgərlik sənəti üzrə
    14. 6.14 Xalq bədii dekorasiya sənəti üzrə
    15. 6.15 Milli musiqi alətləri istehsalı üzrə
    16. 6.16 Duluzçuluq sənəti üzrə
    17. 6.17   Bələdçilər
      1. 6.17.1 Regionda fəaliyyət göstərən bələdçilərin siyahısı və əlaqə məlumatları
  7. 7 Əlavə xidmətlər
    1. 7.1 Regionda turistlərin istifadə edə biləcəyi banklar, mübadilə məntəqələri, poçt mərkəzi, ticarət mərkəzləri, tibbi xidmət məntəqələri, ictimai ayaqyolları və bu tipli başqa əlavə xidmət obyektlərinin tam siyahısı
      1. 7.1.1 Regiondakı banklar və bank olmayan kredit təşkilatları 
    2. 7.2 Poçt xidməti
    3. 7.3 Ticarət mərkəzləri
    4. 7.4 Tibb xidməti məntəqələri
    5. 7.5 İctimai ayaqyolları
  8. 8  Regiondakı istehsal sənayesi
    1. 8.1 Əsas istehsal növləri
    2. 8.2 Əsas istehsal müəssisələri

Şəki rayonu haqqında ümumi məlumat

    Şəki Azərbaycanın şimal-qərb coğrafi zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir

    Ərazisi - 2.43 min kv.km.
    Əhalisi - 179.4 min nəfər. O cümlədən, kənd əhalisi -109.2 min nəfər, şəhər əhalisi- 70,2 min nəfər. Əhalinin sıxlığı 1 kv.km-də 73 nəfər. Əhalinin ümumi sayından 88,98 min nəfərini və ya 49,6 faizini kişilər, 90,42 min nəfərini və ya 50,4 faizini qadınlar təşkil edir. Əhalinin 39,1 faizi şəhərdə, 60,9 faizi isə kənddə yaşayır.
    Rayonda 278 Qarabağ Müharibəsi Veteranı, 29 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 11 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 610 nəfər Prezident Təqaüdçüsüdir.
Şəki rayonunda 1268 qaçqın və 4933 məcburi köçkün məskunlaşmışdır.

    İnzibati ərazi vahidlərinin sayı - 1 şəhər, 2 qəsəbə, 68 kənd.

    Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur.
    Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə “Şəki-İpək” ASC-dir. 
    Hazırda rayon üzrə məşğul əhalinin sayı 88 min nəfərdir ki, bunların da 43,6 min nəfəri kənd təsərrüfatında, 2,9 min nəfəri sənayedə, 8,84 min nəfəri tikintidə, 7,9 min nəfəri təhsildə, 2,4 min nəfəri səhiyyədə, 22,3 min nəfəri digər sahələrdə fəaliyyət göstərir.

    İqlimi - alçaq dağlıq zonalarda mülayim və isti, orta və yüksək dağlıq zonalarda isə soyuq iqlim tipi xarakterikdir. Orta illik temperatur dağ ətəyi ərazilərdə 10 dərəcə, yüksək ərazilərdə isə 0 dərəcədən aşağıdır.
    Əsas çayları - Kiş, Şin, Daşağıl və Dəyirmanarxı ilə Qurcana çaylarıdır.
    Əsas sənaye sahələri - ipəkçilik , yeyinti, toxuculuq, tikinti materialları.
    Əsas kənd təsərrüfatı sahələri - taxılşələq, üzümçülük, tütünçülük, heyvandarlıq, meyvə və giləmeyvə.
    Nəqliyyat – Şəkini Azərbyaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi - dəmir yolu və avtomobil yolları birləşdirir.
    Azərbaycanın paytaxtı Bakıdan Şəkiyədək olan məsafə 305 km-dir.

    İqtisadiyyat: Hazırda rayon üzrə məşğul əhalinin sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Məşğul əhalinin 15363 nəfəri dövlət mülkiyyəti, o cümlədən 13573 nəfəri büdcə təşkilatlarının payına düşür.
    2013-cü ildə müqayisəli qiymətlərlə məhsul istehsalının həcmi artaraq 332004,0 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalarin həcmi 91184,0 min manat olmuşdur Pərakəndə əmtəə dövriyyəsi 246459,0 min manat təşkil etmişdir, orta aylıq əmək haqqı 2.4 faiz artaraq 238.3 manat, sənayede çalışan işçilərin əmək haqqı 317.2 manat olmuşdur. 2013-cü il ərzində 1656 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir.




Coğrafi şəraiti

    Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 700 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir.
Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
    Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.

Şəki şəhəri haqqında ümumi məlumat

    Şəki — Azərbaycan Respublikası ərazisində şəhər. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 15 fevral 1968-ci ilə qədər "Nuxa" adlanırdı. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Və hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısısının səlahiyyətləri həm də Şəki rayonuna şamil edilir. Prezident səviyyəsində imzalanmış bir rəsmi sənədə əsasən Şəki rayonunun ərazisi inzibati cəhətdən Şəki şəhərinin tərkibinə daxildir.
    Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 305 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşanda iki yarğanın əmələ gətirdiyi iki böyük uçurum - Çatqal və Ottal uçurumları qarşıya çıxır. Şəki şəhərinin mürəkkəb və maraqlı quruluşu vardır. Şərqdən Qərbə axan Qurcana çayı şəhəri iki hissəyə - daha yüksəkdə yerləşən Cənub və vadidə yerləşən Şimal hissələrinə bölür. 2007-ci il məlumatlarına əsasən Şəki şəhərində 66,9 min nəfər əhali qeydə alınmışdır ki, bu da Şəki rayonu ilə birlikdə bütün əhalinin 38,43 %-inə bərabərdir. 2007-ci il məlumatlarına əsasən Şəki şəhər əhalisinin 48,3%-ni kişilər, 51,7%-ni isə qadınlar təşkil edib.

Etimologiyası

    Orta əsrlərə aid mənbələrdə Şəkinin adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxınlığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra köhnə Şəki şəhəri tarix səhnəsindən silinib getdi.
    Qədim müəlliflərdən Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. Abbasqulu Ağa Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerləşdiyi ərazinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A.Y.Krimski də Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Laki XIX əsrin başlanğıcında həmin mülahizənin əlehdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. Mülahizələr var ki, "Şəki" adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da kiçik Asiyaya hərəkət edən Sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.

Coğrafiyası

    Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef müxtəlifliyi şəhərin tikiliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. Əsasən XVIII əsrdə qurulmuş şəhər XIX əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olmaqla, burada insanlar tərəfindən yaradılmış memarlıq inciləri ilə bəzədilmiş bir diyardır. Şəkinin gözəlliyi yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə şəhərdə hər bir ev öz bağı və möhtəşəm hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir-birindən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdır. Şəhərdə keçmişdən qalma məhəllə və küçə adları indiyə qədər qorunub saxlanmaqdadır. Şəkinin planlaşdırılmasına qismən mənfi təsir göstərən əsas amil isə yerləşdiyi ərazinin qeyri-sabit relyefə malik olması idi. Belə ki, küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilməklə qurulub. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq salınıb. Şəhərin mərkəzi hissəsində isə əsas əsas küçələrin formalaşdırılmasında Qurcana və Dəyirmanarxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bunu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətləri 1862-ci ildə həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çatqal dərəsi, Giləhli, Yuxarıbaş, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşiyi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkərlar, Dabaqxana və s.
    Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli su ilə Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəkinin bir neçə ayrı-ayrı hissələrə bölünməsi nəticə etibarı ilə burada gözəl bir təbii mənzərənin yaranmasına səbəb olmuşdur. Şəkidə elə bir mövqe tapmaq mümkün deyil ki, oradan şəhərin tam görünüşünü seyr etmək olsun. hər hansı bir tərəfdən Şəkiyə baxdıqda, onun yalnız ən çoxu üçdə bir hissəsini görmək olar. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da gözəgəlimli edir.

Tarixi

    Tarixi mənbələrin veriyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1747-ci ildə yaranmış Şəki Xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqavıləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
    Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra - 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.
    1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi və respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi və 1968-ci ildən etibarən rayonun və şəhərin adı Şəki adlandırıldı.

Şəkinin tarixi-memarlıq abidələri

Şəki Şəhər Dövlət Tarix-memarlıq qoruğu

    Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər soveti 24 noyabr 1967-cı il tarixli qərarla şəhərin “Yuxarıbaş” hissəsini Tarix–memarlıq Qoruğu elan etmişdir. Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
    Ulu babalarımızın bizə yadigar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindən hesab olunur. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa məhəllə məscidləri də qoruq ərazisində yerləşir. Buradakı 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir.
    O dövrdə Qoruq ərazisində tikilmiş beş karvansaradan ikisi indiyə qədər qorunub saxlanılmışdır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansara indi də turistlərin zövqünü oxşayan yerlərdən biridir.
    “Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
    Orta əsr memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar da bu ərazidə yerləşir.
    Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna almışdır.
    Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və 1941-1945-ci il ikinci Dünya Müharibəsi illərində həlak olan şəklilərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.

Nuxa qalası

   
  Şəki rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərinin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkeşli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir. Belə tikililərdən biri də  Nuxa qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 metr, şimaldan 750 metr, dəniz səviyyəsindən yüksəklikdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Şəki xanı Hacı Çələbini xanın nəvəsi Məhəmmədhwseyn xanın dövründə (1760-1780)? 1765-ci ildə tikilmişdir.
    Qala divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Divarın qalınlığının 2,2 metr olması onun möhtəşəmliyini və davamlılığını bir daha artırır. Qalanın cənubdan və şimaldan 2 tağlı darvazası, bürcləri və 1000-dən artıq mazğaları vardır.
    Şəki xanlarının iqamətgahı olan “Xan sarayı” da qalanın daxilində şimal-şərq hissəsində yerləşir.

Şəki Xan sarayı    

    Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xanın dövründə,  1789/90-cı –cı ildə tikilmişdir.
    Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.
    Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkələrdən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, xırda ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir.
    Saray divarının ornamentliliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, dağlamalar, müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh edir.
    Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, sujetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, raflər, güzgülü buxarılar əsl sənət nümunəsidir.
Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyalara baxdıqca ata-babalarımız qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqca sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.

Şəkixanovların evi

    
    Şəki tarixi-memarlıq incilərindən biri Şəkixanovların evidir. Bu ev xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır.
    İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki halda olduğu kimi, küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin iş, yaşayış və qonaq hissələrinə bölündüyü aydın göstərilir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilmişdir. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulmuşdur.
    Bina kəllə divarın biri ilə qonşu binaya söykənir, o biri divara isə çardağa qalxan pilləkən birləşir. Şəkiyə xas olan binanın yerləşdiyi sahə bir az irəli çıxır, arxa və yan tərəflərdən çaydaşı və kərpiclə hörülmüşdür, fasadın həyət tərəfindəki meydança çox səliqə ilə yonulmuş daşla və kərpiclə örtülmüşdür.
    Şəkixanovlar evinin fasadının aşağı hissəsinin sadə tikilişi aşağı mərtəbədəki yaşayış evlərinin bəzəyinə çox uyğun gəlir, burada ornament və naxış demək olar ki, yoxdur, hətta kaminbuxarı belə bəzənməmişdir.
    İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənmişdir. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilmişdir. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənmiş və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülmüşdür. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşmişdir. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerlə-şir. Bu taxçalar vazalarda kül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənmişdir.

Yuxarı Karvansara

   
    Ərazisində böyük İpək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir. Orta Əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
    Güman olunur ki Yuxarı karvansaranın Şəki xanı Cəfərqulu xan (1806-1814) tərəfindən tikdirilmiş və daha əvvəl "Xan Karvansarası" adlanmışdır. 
    Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaiyada məşhur olan Yuxarı Karvansara dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. 
    
Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kolorit verir.
    Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
    Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı künbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı künbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
    Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.
    Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan  
Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irə malik bir şəhər olmaının bariz nümunəsidir.

Aşağı Karvansara   

    Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir.
    Şəkidəki Aşağı Karvansara isə XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilmişdir.
    Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.
     Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.
    Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir.
    8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası vardır. Bu karvansara da həmçinin şəkili sənətkarlarin özünəməxsus memarlıq üslubu özündə əks etdirir.
     Cənub-şərq hissədə üç, həyət tərəfdə isə iki mərtəbəli olan karvansaranın baş fasadı çaya baxır. Bu isə binaya sakitlik və fəravət bəxş edir.
     Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayırır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.
     Tağlı eyvan aşırmaları ilə dövrəyə alınmış heyətin mərkəzində hovuz yerləşir.
     Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.

Giləhli məscidi   

    Şəkinin qədim tarixi memarlı abidələrindən biri də Giləhli məscididir. XVIII əsrə məxsus olan bu məccid Şəkinin şimal-şər ucqarında, şəhərin içərisindən axan Qurcana çayının sahilində, onun səthindən təxminən 20-25 metr yüksəklikdə tikilmişdir.
      Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir.  1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır. XX əsrin 30-cu illərində evləri qəzalı vəziyyətə düşmüş bir ailə məscidin binasında məskunlaşdırılmışdır. Məscidin minarəsi zamanəmizədək gəlib çıxıb. Vaxtilə, məscidin yaxınlığında qəbiristanlıq da olmuşdur. Lakin Qurcana çayı həmin qəbiristanlığı tamamilə yuyub yox etmişdir. Həmin qəbiristanlıqda mövcud olmuş bəzi baş daşıları hal-hazırda muzeylərdə saxlanılmaqdadır. O cümlədən, məscidi 1805-ci ildə bərpa etdirmiş Hacı Şəmsəddin bəyin baş daşısı da Şəki Tarix-Diyarşünaslıq muzeyində saxlanılır. Hacı Şəmsəddin bəy 1815-ci ildə vəfat etmiş və Gilək məscidinin yanındakı qəbristanlıqda dəfn edilmişdir.
     Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq ülubunda tikilmiş mşscid binasının daxili gşrkəmi Şəki xan sarayını xatırladır. Divardakı naqqaşlığa, rəsmlərə, stalaktitlərə nəzər yetirdikdə belə təsəvvür yarnır ki, sarayla məscidin daxili divarı eyni sənətkarın əlindən çıxmışdır.
     Giləhli məscidi uzun müddət baxımsız qaldığından və qəza vəziyyətinə düşdüyündən onu bərpa etmək əvəzinə, ateizmin çevrilmiş, analoqu olmayan bu məscid yerlə yeksan edilmişdir.
Xoşbəxtlikdən Giləhli məscidinin minarəsi bu günə kimi gəlib çatmışdır. Qülləyə qədər 13,5 metr olan minarə yüksəklikdə yerləşdiyindən ərazi buradan çox gözəl görünür. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyinə və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülmüşdür. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarını üzərində iyidmidən artıq daş pilləkən hörülmüş, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulmuş. Üstü örtülmşdür. Buraya işıq düşmək üçün kiçik pəncərələr də qoyulmuşdur. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı vardır.

Xan məscidi        

Bu məscid  1768-ci ildə Məhəmmədhüseyn xan tərəfindən tikilmişdi. Məscidin mehrabı içində isə Məhəmmədhüseyn xanın özü dəfn edilibdir. 
     Məscidin tikintisində yerli inşaat materiallarından –çay daşından, bişmiş kərpicdən, əhəngdən, kirəmitdən, palıd, fıstıq, qovaq ağacından istifadə edilmişdir. Məscidin xarici tağlı qalareyası vardır. Ümumi tutuma daxil edilmiş minarə məscidin memardan simasını daha da gözəlləşdirir. Binanın iç məkanı sadə həll olunduğundan, rəngli şəbəkəli pəncərə-pannolar interyerə, məscidin həyətindəki çinar ağacları və hovuz isə binaya xüsusi rövnəq verir.
Məscidin yanında üstündə yüksək ustalıqla işlənmiş, oyma naxışlarla bəzədilmiş qübirüstü daşlar olan qəbirstanlıq vardır. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən “Xan qəbirstanlığı” adlanır.    
    Məscid, minarə və qəbirstanlıqda olan günbəzlər, incə və sənətkarlıqla yazılmış, oyma xətkarlıq kitabələri tarixi abidə kimi dövlət tərəfindən mühafizə edilir.

Ömər əfəndi məscidi    

XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörcü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır.
Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətini özündə əks etdirir.
     Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilmişdir.
İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənmişdir. Dindarlıq məscidin heyətindəki hovuzun suyu ilə dəstəmaz alır, geniş və işıqlı salonda ibadət edirlər.

Cümə məscidi   

    1905-ci iləd tikilmiş Cümə məscidinin inşasında yerli inşaat materiallarından istifadə edilmişdir. Plan qurluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.
    Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörcülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.
     Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. “n” şəklində olan məscid kompleksi iki mərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənmişdir.

Kiş alban məbədi

    Bu abidə Kiş kəndinin Maaflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maaflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir.     
    Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla- şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qülləyə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür maqik xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.
    Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan vəya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün otutmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfəindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.
    
Aparılan kəşfiyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.
Tarixi mənbələrdə olduğu kimi, izahatlarda da dolaşıqlıq olmasına baxmayaraq həqiqəti gizlətmək mümkün deyildir. Qafqaz Albaniyasında xristianlığın yayılma tarixindən bəhs edən VII əsr Alban tarixçisi Moisey Kalankatuklu “Albaniya tarixi” əsərində miladın 50-70-ci illərində baş verən hadisələri təhlilə ehtiyacı olan faktlarla təsvir edir. İsa peyğəmbərin sevimli şagirdlərindən olan Fatdey şərqə xristian təlimini yaymağa göndərilir. Artazda erməni çarının əli ilə öldürülür. Fatdeyin şagirdi müqəddəs Yelisey müəlliminin müşayət etdiyi üçün bu qanlı cinayətin şahidi olur.    Qüdsə qayıdıb baş verən hadisələri hamıya söyləyir. İsa peyğəmbərin qardaşı müqəddəs Yakovun(Yaqub) təvsiyyəsi ilə Yelisey müqəddəs ruh naminə şərə şəhid müəllimi Fatdeyin missiyasını davam etdirməyə göndərilir. Müqəddəs Yelisey ermənilərin gğzündən qaçaraq Samur çayının cənubunda yerləşən Maskuta, oradan da Dərbəndə gəlir. Sonra müqəddəs Yelisey Ağdaşın yaxınlığında yerləşən kiçik Surxarın qalasına, buradan da gəlib Kişə çıxır. Albaniya tarixini tədqiq edənlər onun Şəkinin şimalında yerləşən Kiş kəndi olduğunu təsdiq edirlər.
Vurğulamaq yerinə düşər ki, müqəddəs Yelisey Miladın 74-cü ilində şəhid olmuşdur.

“Gələrsən-görərsən” qalası

    
Kişlilər ona Qız, gah da Qızlar qalası deyirlər. Qız alınmalıq və məğlubedilməzlik anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” və Hacı Seyid Əbdülhəmid Əfəndinin “Şəki xanları və onların nəsilləri” əsərində bəhs olunmuşdur. Həmin mənbələrdə bu qala “Qız(lar)” adı ilə deyil, “Gələrsən-görərsən” adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə “Gələrsən-görərsən” adının Qız(lar) qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ilindəki məlum hücumundan qorunmaq üçün Şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qız(lar) qalasında müdafiə olunduqlarını hər iki mənbə açıq və aydın şəkildə təsdiq etməkdədir.
    Qız(lar) qalası Kiş kəndinin şimal-şərqində Böyük çayın qollarından biri olan Damarçın çayına bitişik, yüksək bir təpə üzərində qurulmuşdur. Arxadan, öndən və çay tərəfdən ona hücum etmək mümkün deyildir. Qız(lar) qalaı ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Kiş kəndinin şimal-şərq qurtaracağı ilə Qala düzünü ayıran Doğrunca çayı elə orada da Böyük çaya qovuşur.
    Mənbələr göstərir ki, Şəki Xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Gələsən-Görəsən  qalasında müdafiə olunmuş və Kiş qalasının alındığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Onun kəsilmiş başını Şah Təhmasibin ayaqları altına atmışlar. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Gələsən-Görəsən qlasının adını çəkir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmişdi və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı məliyi və onun adamlarını qətlə yetirib Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə üzləşməli oldu. Nadir şahın qoşunları Qız(lar) qalasını fəsilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkili kişilər üçün çətin olsa da nəticə etibarı ilə Xorasanda şah öldürüblər və Hacı Çələbi Şəkini müstəqil xanlığa çevirə bilibdir.
    Gələrsən-görərsən adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: “O necə qaladır ki, onu almaq olmur?” ona cavab verirlər: “Gələrsən-görərsən”. Elə o vaxtdan etibarən qala iki adla çağrılmağa başlasada, tarixi ədəbiyyatda bir adla - “Gələrsən-görərsən” adı ilə təqdim edilir. Yerli əhali ona Qız(lar) qalası deyir.

Şəkidə səhiyyə müəssisələri


    Şəki Rayon Mərkəzi Xəstaxanası
    Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzi
    Rayonlararası psixiatriya xəstəxanası
    Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
    Rayonlararası Ağciyər Xəstəlikləri Dispanseri
    Göz xəstəlikləri şöbəsi
    Dəri-Zöhrəvi xəstəlikləri şöbəsi
    R.Endokrinoloji Dispanser
    Narkoloji şöbə
    Birləşmiş Uşaq Xəstəxanası
    Regional Perinatal Mərkəz


Şəkidə təhsil müəssisələri


1-12, 14, 16-21 saylı tam orta məktəblər
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
Şəki Dövlət Texniki Kolleci
Şəki Musiqi kolleci
Şəki Pedaqoji Kolleci
Şəki Tibb Kolleci
Şəki Şəhər liseyi
Şəki Türk liseyi
Şəki Şəhər internat məktəbi 
Şəki texniki-peşə məktəbi
Şəki uşaq incəsənət məktəbi
2, 3 və 4 sayli uşaq musiqi məktəblərii

Şəkidə fəaliyyət göstərən turizm obyektləri

1. Şəki Olimpiya İdman Kompleksi 
Şəki, S.Mümtaz 1.Tel: (024) 245 17 63; (050) 203 77 37; (050) 575 25 25

2. "Şəki-Saray" Otel 
M.Ə.Rəsulzadə pr. 187.Tel: (024) 244 81 81; 4 75 71; 4 70 99

3. "Şəki" Otel 
M.F.Axundov pr. 7. Tel: (024) 244 24 88;(050) 318 31 25

4. "Sahil" Otel 
Şəki, S.Mümtaz.Tel: (024) 244 54 91

5. "Panorama" Otel 
Şəki, Dağüstü park Tel (050) 622 90 27

6. "Şəki-Karvansaray" mehmanxana kompleksi 
M.F.Axundov pr.183. Tel:(024) 244 48 14;4 31 72;(055) 359 00 44

7. "Şəki-Palace" Otel 
M.F.Axundov pr. Gəncəli məhəlləsi.

8. "Məkan" motel 
Şəki Dodu məhəlləsi. Tel: (024) 246 03 72; (050) 356 74 54

9. "Marxal" istirahət mərkəzi 
Şəki Kiş kəndi ərazisi. Tel: 6 12 65; (050) 514 44 20

10. "Narınqala" istirahət mərkəzi 
Şəki Kiş kəndi ərazisi. Ofis: (024) 244 53 00

11. "Gələrsən-Görərsən" istirahət mərkəzi 
Şəki Kiş kəndi ərazisi.Tel: (050) 335 79 33

12. "Cənnət bağı" istirahət mərkəzi 
Şəki Kiş kəndi ərazisi.

13. "Ümid" istirahət mərkəzi 
Şəki Kiş kəndi ərazisi.

14. "Cənnət bağı" istirahət mərkəzi 
Şəki, S.Mümtaz 8. Tel: (024) 244 01 00; 050 755 01 00

15. "Şam bağı" istirahət mərkəzi 
Şəki Kiş kəndi ərazisi. Tel: (050) 781 33 26

16. Şəki "Soyuq-bulaq" Turist Bazası
Turist Bazası Şəki "Soyuq-bulaq" turist ekskursiya birliyinin ərzində yerləşir. 

17. "Səadət" istirahət zonası
"Səadət" istirahət zonası şəhərin "Yuxarıbaş" hissəsində, Güləhli küçəsi 1. 



Şəki və onun turizm imkanları haqqında qısa məlumat

 

         Şəki şəhəri və rayonu açıq səma altında nadir memarlıq incilərindən ibarət bir muzeyi xatırladır. Şəki ta qədimdən sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir.  Belə bir fərziyə vardır ki, şəhərin adı eramızdan əvvəl Azərbaycan ərazisinə gəlib, burada əsrlər boyu yaşamış sakların adı ilə bağlıdır. Zəngin mədəniyyət, füsunkar təbiət, qonaqpərvərlik və ləziz mətbəxə sahib olan Şəki həm də qədimdən turizm mərkəzlərindən biri olmuşdur. Şəkidə olan  qədim dövrlərə aid karvansaraylar və yaşayış mülkləri bunun bariz nümunəsidir. Hazırda şəhər sakinlərinə  və şəhərimizə gələn qonaqlara müxtəlif mehmanxanalar, otellər, motellər, restoranlar, pansionatlar, safari, istirahət və turizm kompleksləri xidmət edir.

         Şəhərimizə gələn qonaqların zövqünə uyğun qədim tarixə malik yaşayış məntəqələrində istirahət etmələri nəzərə alınaraq, Şəkidə hazırda onlarla fərdi istirahət evləri qonaqlara xüsusi xidmət göstərir. “Ailə istirahəti” turizm assosiasiyası turistlərə ən sərfəli qiymətlərlə Şəkidə qalıb, yerli əhali ilə ünsiyyətdə olmaq imkanı yaradır.

         Şəki şəhərindən 20 km cənubda, Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi qonaqların istirahət və əyləncəsi üçün gözəl bir məkandır. Burada, xüsusi yetişdirilmiş cins atlara minmək, at çapmağı öyrənmək və at belində meşələrə, dağlara, mağaralara baş çəkmək turistlərə unudulmaz anlar yaşadacaqdır.

         Bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında ipəkçilik mühüm yer tutmuşdur. Ipəkçiliyin ən qədim və mühüm təsərrüfat sahəsi olduğunu bu ərazidə aparılan arxeoloji qazıntılar bir daha sübut edir. Orta əsrlərdə Şəki ipəyi dünya ticarətində ən gəlirli xammal sayılırdı. Ipək almaq üçün Şəkiyə gələn əcnəbi tacirlər əsasən Rusiya, Fransa, İtaliya, İran, Türkiyə, Çin, Hindistan, Suriya, Yunanıstan və başqa ölkələrdən idi. Ipəkçiliyin inkişafı, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın bu qədim və gözəl şəhərini böyük karvan yolları ilə birləşdirmiş, yeni-yeni karvansarayların tikilməsinə, yolların və körpülərin salınmasına, bir sözlə şəhər həyatının canlanmasına, ticarətin və sənətkarlığın inkişafına əsaslı şəkildə təsir göstərmişdir.

         Şəkiyə gələn turist və qonaqların asudə vaxtlarının səmərəli və məzmunlu keçməsini təmin etmək məqsədi ilə müxtəlif xalq kollektivləri, folklor kollektivləri və instrumental ansambllar  fəaliyyət göstərir. Şəki həmçinin vaxtaşırı olaraq beynəlxalq miqyaslı tədbirlərə, o cümlədən “Böyük İpək Yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

 

Təbiət resursları

 

Regiondakı meşələr

 

         Şəki meşələrlə zəngin bir diyardır.

         Bölgənin əsas meşə massivləri aşağıdakılardır:

-      Şin meşəsi (Şin kəndi)

-      Zəyzid meşəsi (Baş Zəyzid kəndi)

-      Küngüt meşəsi (Baş Küngüt kəndi)

-      Aran meşəsi (Aran kəndi)

-      Salınçaq – Güyürlü meşəsi ( eyni adlı ərazi)

-      Fazıl meşəsi (Fazıl kəndi)

-      “Sarı daş” meşəsi (Kiş kəndi)

-      “Qaynar” meşəsi (Kiş kəndi)

-      “Ağbulaq” meşəsi (Baş Kəldək kəndi)

-      “Çeşnəzər” meşəsi (Baş Kəldək kəndi)

-      “Qoturlu” meşəsi (Baş Kəldək kəndi)

-      “Günəş otaran” meşəsi (Oxud kəndi)

-      “Su gözü” meşəsi (Baş Laysqı kəndi)

-      “Layış dərəsi” (Baş Laysqı kəndi)

-      “Daşaltı” meşəsi (Baş Göynük kəndi)

-      “Çaxır”  (Baş Göynük kəndi)

-      “Karxana” meşəsi (Baqqal kəndi)

-      “Qamışlı bulaq”  (Cunud kəndi)

 

Çaylar, göllər, şəlalələr və digər su hövzələri

 

-      Şin çayı

-      Kiş çayı

-      Qurcana çayı

-      Dəyirmanarx çayı

-      Əyriçay

-      Zəyzidçay

-      Küngütçay

-      Əlincə çayı

-      Qarasu çayı

-      Hacınöhur gölü (Böyük Dəhnə kəndi)

-      Dördgöz göl (İbrahimkənd, Çolaqlı, Cəfərabad kəndləri)

-      Gölməçələr  (Salınçaq  meşəsində)

-      Şəlalə (Kiş kəndi, “Qaynar” dərəsi)

-      “Əyri çay” su anbarı

 

Dağlıq ərazilər və mənzərəli guşələr

 

Şəki şəhərinin və əksər kənd yaşayış məntəqələrinin ərazisi dağ və meşə əraziləri ilə əhatə olunmuşdur. Bölgədəki dağ və meşə massivlərində kifayət qədər mənzərəli guşələr vardır. Həmin yerlərə atla və piyada səfərlər təşkil etmək olar. Turistlər üçün daha böyük maraq kəsb edə biləcək aşağıdakı marşrutlar təqdim olunur:

-      “Gələrsən-görərsən” qalasına gedən cığır (Kiş kəndi)

-      Orta Zəyzid – Baş Zəyzid – Quzu yolu – Xan yaylağı – Marxal cığırı

-      Oraban – Baş Kəldək – Çeşnəzər – Gavur qala cığırı

 

Relikt  (çox yaşlı) və endemik  ağaclar

 

         Şəkinin dağ və meşələrində ən çox yayılmış pelikt və endemik ağac növləri aşağıdakılardır:

-      Şabalıd

-      Qoz

-      Fındıq

-      Tut

-      Palıd

-      Gökə

-      Qovaq

-      Fısdıq

-      Vələs

-      Ardıc

-      Yasəmən

-      Şam

-      Küknar

-      Çinar

 

Flora (bitki) və fauna (heyvan) xüsusiyyətləri

 

         Bölgənin florası üçün xarakterik olan cəhətlər onun dağ və meşə örtüyünün əsasən şabalıd, fısdıq, palıd, qovaq, görüş, vələs kimi çoxillik ağaclarla, həmçinin alma, armud, zoğal, əzgil, yemişan, zəyəm, quşəppəyi, cingilim, böyürtkən, çiyələk və sairə kimi cır meyvə və giləmeyvələrlə zəngin olub, yaşıl ormanlar, talalar və müxtəlif növ  kol bitkilərinin çoxluğu ilə fərqlənir.

         Şəkinin dağ və meşələrində aşağıdakı fauna növlərinə rast gəlmək mümkündür:

-      Qonur ayı

-      Canavar

-      Tülkü

-      Çaqqal

-      Bəhşi qaban (çöl donuzu)

-      Vaşaq

-      Dağ kəli (tur)

-      Porsuq

-      Maral

-      Ceyran

-      Cüyür

-      Dovşan

-      Qırqovul

-      Kəklik

-      Bildirçin

-      Alabaxta

-      Yaşılbaş ördək

-      Çöl göyərçini

-      Sürünənlər (ilan, koramal, kərtənkələ və s.)

 

Əhəmiyyətli bulaq, qeyzer və termal sular

 

Şəkidəki dağ kəndlərinin ətəklərində kifayət qədər qaynama suları və çeşmələr vardır.  Bunlar əsasən yay aylarında çıxır. Onlardan aşağıda adları qeyd edilənlər  xalq arasında daha məhşurdur:

-      “İsitmə bulağı” (şəhərin “Yuxarıbaş” Tarix–Memarlıq Qoruğunun şimal sərhəddində)

-      “Qaranlıq dərə”  Baş Zəyzid kəndi ərazisində

-      “Taclıq suyu” (şəhərin şimali-şərqindəki dağ massivində)

-      “Nöyül bulağı” (şəhərin dağdibi hissəsində)

-      “Soyuqbulaq” (şəhərin şimal hissəsində)

-      “Kükürdlü bulaq” (Cunud kəndindəki dağ massivində)

 

Qeyd:  Şəki şəhəri və rayonu ərazisində qeyzerlər yoxdur

 

Regiona məxsus atributlar və dəyərlər

 

 Regionun özünəməxsus adətləri və mədəniyyəti

 

Toy adətləri

 

-      Qudalıq, qız verib qız almaq

-      Oğlan toyu

-      Qız toyu

-      Qız evində nigah kəsdirmək və gəlin atlanmaq haqqında

-      Gəlin görməsi və duvaq haqqında

-      Bəy başı

-      Xınayaxdı

 

Novruz bayramı

 

-      Novruz bayramının Şəkiyə xas olan özünəməxsusluğu var.

-      Səməni göyərdərək, səməni və səməni halvası hazırlayıb, qonşulara, qohumlara paylayırlar. Bayram günü isə, ço dadlı təamlar kimi süfrələrə qoyurlar.

-      Bildiyimiz kimi dörd çərşənbə var – su, hava, od və torpaq.

-      Şəkidə su, hava, od, torpaq çərşənbələri xüsusi keçirilir. Bu çərşənbələrin sonu bayram olduğundan insanlar bir-birinə qonaq gedirdilər. Ona görə də çərşənbələrdə bütün ailələr bayrama hazırlıq işləri həyata keçirilir:

-      Belə ki, su çərşənbəsində subay qızlar, səhər altıda yuxudan durub, su aran bulağa gedirlər. Ürəklərində tutduqları niyyətləri arar suya söylədikdən sonra böyürtkən kolundan bir budaq qoparıb gələn bayrama kimi saxlayırlar. Bu sınanılmış adətə əsasən, həmin müddət ərzində qızların ailəsində bin-bərəkət olur və onlar öz arzularına çatırlar.

-      Hava çərşənbəsində qızlar, gəlinlər şəkicə desək, “ev tökürlər”. Yəni evlər tamamilə, dib-təhnədən təmizlənir. İnsanlar öz həyətlərində kiçik tonqallar qalayırlar və bütün ailə üzvlərinin hər biri, “ağırlığım, uğurluğum getsin” deyərək üç dəfə həmin tonqalın üzərindən tullanırlar.

-      Od çərşənbəsində, havanın istiləşməsində istifadə edən qız-gəlinlər, yorğan döşəklərin təmizlənmə işinə baxırlar. Yəni yorğan-döşəklərin üzü, mitili və yunu yuyulur, təmiz yorğan-döşəklər salınır.

-      Torpaq çərşənbəsində evin kişiləri həyət bacada təmizlik işləri aparılır, ağacların dibini yumşaldır və torpağı belləyirlər.

-      Bayramın rəmzləri bildiyimiz kimi, mehribanlıq, gözəllik, sülh və bolluqdur. Bu bayramda bütün küsülülər barışmalıdır.

-      Şəkidə bayram süfrəsi üçün, xüsusi hazırlıqlar görülür. Bayram süfrəsində yerli adətə görə 7 löyün olmalıdır. Belə ki, şirniyyat üçün oma, külçə, şör qoqal, şəkərbura bişirilir, yumurta boyanır, qorğa, fındıq və qoz ləpəsi qovrularaq bir-birinə qarışdırılır. Yeməklərdən südlü aş, çığırtmalı aş, qıymalı aş bişirilir.  Dovğa və buğlama hazırlanır. Içki üçün isə Şəkiyə xas olan ovşara, isgəncəbi, südlü və nanəli şəlbətlər hazırlayırlar.

 

Yas adətləri

 

-      Şəkidə ta qədimdən insanlar dünyasını dəyişəndə onun ailəsinə elliklə kömək edirlər. Yaxın qonşuları hüzr yerinə yemək bişirib aparardı. Yas mərasimi başa çatana qədər hamı ev sahibinə hər bir mənada kömək edir.

 

Müxtəlif adətlər

Diş hədiyi

 

-      Uşağın ilk dişi çıxanda diş hədiyi bişirirlər. Diş hədiyini buğda, noxud, qarğıdalı, lobya, fındıq ləpəsi, qoz ləpəsi, kişmiş, şabalıd və s. hazırlayırlar. Diş hədiyi qohumlara və qonşulara göndərilir. Diş hədiyi gətirilən qaba pul, yumurta, uşaq üçün pal-paltar qoyulur. Deyilənlərə görə diş hədiyi bişirilən uşağın dişləri rahat çıxır.

 

Səməni

 

-      Bəzi adamlar arzu və niyyətlərinə çatmaq üçün səməni bişirirlər. Səməni üçün hazırlanmış buğda novruz axşamı tərəzidə çəkilərək niyyət olunan adamın yastığının altına qoyulur. Ertəsi gün həmin buğda təkrar çəkilir. Əgər buğda artıq gələrsə, deməli, həmin adama səməni düşmür, o, səməni bişirə bilməz, əgər bişirsə nəticəsi pis olar. Yox, əgər buğda çəkisini eynilə saxlayıbsa həmin adama səməni düşür və o səməni qoya bilər.

 

Siran gəzmək adəti

 

-      Keçmişdə Şəkidə siran gəzmək adəti geniş yayılmışdır. Əsasən gəlinlər qohum, əqraba, bəzən də ailəyə yaxın olan qohum-qonşunun gəlinləri yığılaraq vaxtaşırı “siran gəzir”, yəni, növbə ilə gah bu, gah da digər gəlinin evində toplaşardılar. Gəlinlər “siran”a gedəndə ciddi hazırlaşar, ən yaxşı geyimlərini geyər, bəzək əşyaları ilə bəzənərdilər. Qonaqlığı xatırladan “siran”lar geniş ünsiyyət yeri, həmdə bir birinin ailə-məişət şəraiti ilə tanış olmaq üçün yaxşı vasitə idi. Siran yerində ünsiyyət əsnasında ağız ədəbiyyatı da təbliğ olunur, yeni folklor nümunələri yaranırdı. 

 

 

Mətbəxi (regiona xas yemək və şirniyyat növləri)

Azərbaycan Milli Mətbəx Mədəniyyətinin formalaşmasında Şəkinin xüsusi yeri vardır. Milli çalarları ilə seçilən ənənəvi Şəki yeməkləri Azərbaycanın mətbəx mədəniyyətini xeyli zənginləşdirmişdi.

Ölkəmizin aşçılıq və qənnadıçılıq sənətinin mərkəzlərindən biri olan Şəki təkcə özünün əla,ləziz və ətirli xörəkləri ilə deyil,həmdə zəngin keşidli,xüsusi zövqlə seçilən şirniyyat məhsulları ilə də tanınır.

 

                                                Salatlar

1.    Azərbaycan salatı

2.   Şəki salatı

3.   Təzə  pomidor,xiyar(çoban)salatı

4.   Göy lobyadan salat

5.   Bahar salatı

6.   Təzə meyvə salatı

7.   Qozlu çuğundur salatı

8.   Qozlu lobya salatı

9.   Nar salatı

10.       Soyutma toyuqla duzlu xiyar salatı

11.       Balqabaq bişmişi

12.       Ağ pendirlə göyərti salatı

13.       Şüyüdlü süzmə salatı

 

                           Duru xörəklər və şorbalar

1.           Noxudlu dovğa

2.           Mərci şorbası

3.           Düşbərə

4.           Girs

5.           Əriştə

6.           Lobyalı əriştə

7.           Sürfüllü

8.           Xırda kütləli şorba

9.           Kələm

10.       Küftə-bozbaş

11.       Xam bozbaş

12.       Parça-bozbaş

13.       Şəki pitisi

14.       Zoğallı sıyıq

15.       Soğan bozbaşı

16.       Qozlu sıyıq

17.       Mal dədiyi xaşlaması

18.       Balva

19.       İri lobya şorbası

20.       Kəndli şorbasi

21.       Quru meyvələrdən şorba

22.       Zəfəranlı ət suyu

 

           Süd və qatıq məhsullarından hazırlanan xörəklər

 

1.   Zəfəranlı düyü yayması

2.   Südlü firni

3.   Südlü əriştə

4.   İrmik (mahnı) sıyığı

5.   Doğramac

6.   Ovduq

7.   Ətli doğramac

8.   Kəsmik hazırlanması

9.   Xamalı kəsmik

10.             Ballı kəsmik

11.             Qozlu kəsmik

                      Yumurta xörəkləri

1.   Gözlük yumurta

2.   Ətli yumurta

3.   Kəndli qayğanağı

4.   Qatıqlı qayğanaq

5.   Ballı qayğanaq

6.   Göyərtili qayğanaq

7.   Kortoflu qayğanaq

8.   Şəki sayağı pomidor çığırtması

9.   Göy lobyalı qayğanaq

10.        Mürəbbəli qayğanaq

11.        Kükü

 

Toyuq- cücə və çöl quşları xörəkləri 

 

1.           Cücə bişməsi

2.           Cücə ərişdəsi (şəki sayağı)

3.           Cücə ilə badımcan qızartması

4.           Qızardılmış  toyuq  pomidorla

5.           Hind quşu şabalıdla

6.           İçi doldurulmuş qırqovul

7.           Bildirçin kababı

 

                  Ət   xörəkləri

1.              Qoyun əti qovurması

2.              Qoyun ətindən kartoflu qovurma

3.              Qoyun cızbızı

4.              Qoyun ətindən nar qovurma

5.              Qoyun ətindən səbzi qovurma

6.              Qoyun ətindən tənək dolması

7.              Qoyun ətindən kələm dolması

8.              Qoyun ətindən badımcan dolması

9.              Qoyun ətindən əzmə

10.          Qoyun ətindən bütöv təndir kababı

11.          Qara ciyər və quyruqdan əzmə

12.          Qoyun ətindən buğlama

13.          Tavada sirkə şirəli lülə kabab

 

                                           Balıq xörəkləri

1.           Qızardılmış kur qızıl balığı

2.           Qızardılmış xəşəm balığı

3.           Qızardılmış suf  balığı

4.           Qızardılmış farel (şəmayı) balığı

5.           Balıq küküsü

6.           Təndirdə bişmiş çəki balığı

 

                                                 Kabablar

1.     Tikə kabab

2.     Tas kabab

3.     Lülə kabab

4.     Qazan kababı

5.     Tava kabab

6.     Ciyər kababı

7.     Toyuq kababı

8.     Tərəvəzlərdən kabab

9.     Nərə, uzunburun balıq kabab

                                     Tərəvəz  xörəkləri

1.    Pencər qovurması

2.    Kartof qızartması pendirlə

3.    Balqabaqla lobya bişməsi

4.    Kartof kotleti

5.    Göy lobya çığırtması

6.    Quru lobya şırtılı

7.    Balqabaq qıyması ilə

                                    Plovlar  (aşlar)

1.    Qiymə plov

2.    Turşu qovurma plov

3.    Lobyalı balqabaqla aş

4.    Südlü aş

5.    Axta çilov

6.    Çoban aşı

7.    Qatıqlı aş

8.    Buğda aş

9.    Şəki çığırtma plovu

10. Səbzi-qovurma plov

11. Şüyüd plov

12. Paxlalı-şüyüdlü plov

13. Kük plov

14. İçi doldurulmuş cücə plov

15. Çiy döşəmə plov

16. Albalılı plov

17. Şəki südlü aşı

18. Quru meyvəli şirin plov

19. Gül-qənd plov

20. Əvəlikli aş

                                       Xəmir xörəkləri

1.           Süzmə xingəl ət ilə

2.           Süzmə xingəl toyuqla

3.           Süzmə xingəl göyərti küküsü ilə

4.           Süzmə xingəl soğança qayğanaqla

5.           Ət qutabı

6.           Göyərti qutabı (afar)

7.           Umac

8.           Xəşil

                                                 Şirin xörəklər

1.    Quymaq

2.    Nişasta halvası

3.    Falda

4.    İmam halvası

5.    Süd çörəyi

6.    Qozlu halva

7.    Fəsəli

8.    Fətir

                                           Şərbətlər sərinləşdirici içkilər

1.    İsgəncəvi

2.    Limonlu şərbət (qızılgül)

3.    Gül şərbəti

4.    Oşara

5.    Nanə şərbəti

6.    Sumaq şərbəti

7.    İtburnu (dərgül) şərbəti

8.    Böyürtkən şərbəti

9.    Moruq şərbəti

10. Üzüm şərbəti (şirəsi)

11. Heyva   şərbəti

12. Sağlamlıq şərbəti

13. Çay tikanı şərbəti

 

Şəki şirniyyatı

-      Şəki paxlavası

-      Qırmabadam

-      Peşvəng

-      Fındıq mindalı

-      Qoz mindalı

-      Tel halvası

-      Bamiyə

-      Baramaşirni

-      Taxta şirni

-      Ləpiy şirni

-      Nanəli şirni

-      Kakaolu şirni

 

Turizm əhəmiyyətli obyektlər

 

Restoranlar, kafe və digər iaşə obyektləri

 

Mehmanxana və mehmanxana tipli turist obyektlərinin hamısında restoran, kafe, bəzilərində isə bar mövcuddur.  Bunlarla yanaşı, şəhərdə geniş restoran və kafelər vardır. Onlardan  “Çələbixan”, “Soyuqbulaq”, “Qurcana”, “Qaqarin”, “Xan bağı”, “Karvan”, “Məkan”, “Arzu”, “Ləziz”, “Qırxbulaq”, “Sahil”, “İdeal”, “Min bir gecə”, “Sərin ada” və s. restoran və kafeləri, habelə Şəki şirniyyatı və zəngin çeşiddə mürəbbələr təklif olunan çoxlu sayda “Çay evləri” vardır.

 

 

 

 Idman kompleksləri və digər idman məkanları

 

-      Şəki Olimpiya idman kompleksi

-      İdman Sağlamlıq Mərkəzi

-      Şəhər stadionu

-      Uşaq-Gənclər İdman Məktəbi (2 ədəd)

-      Şəki Şahmat məktəbi

-      “İSSAN” Sağlamlıq İstirahət Mərkəzi

-      “Delfin” üzgüçülük hövuzu

-      “Cəngavər” idman klubu

-      Budakan idman klubu

 

Kino-teatrlar

 

-      M.F.Axundov adına kino-teatr

-      Yay kinoteatrı

 

         Qeyd:  M.F.Axundzadə adına kino-teatr təmirə dayandırılmışdır

 

   Saray və mərkəzlər

 

-      Heydər Əliyev mərkəzi

-      İdman- Sağlamlıq mərkəzi

 

Qeyd:  Saray yoxdur.

 

Nəqliyyat infrastrukturu (hava limanı, avtovağzal, liman və s.)

 

-      Şəki avtovağzalı

-      Bakı – Balakən dəmir yolu marşrutunda yerləşən “Şəki” dəmir yol vağzalı

      

         Qeyd: Hava limanı 30 ilə yaxındır ki, fəaliyyət göstərmir.

 

 

Digər turizm əhəmiyyətli obyektlərin siyahısı

 

 

Mehmanxana və mehmanxana tipli obyektləri

 

Obyektin adı

Obyektin növü

Dərəcə kateqoriyası /

Şəhadətnamənin nömrəsi, verilmə tarixi və qüvvədə olma tarixi

Yerləşdiyi ünvan /

Əlaqə vasitələri /

VÖEN

1.             

Şəki Olimpiya İdman Kompleksi

Mehmanxana xidməti

5 ulduz

N:134

03.12.2012

03.12.2015

Şəki şəhəri, S.Mümtaz küç. 1

VÖEN: 3000217161

2.             

“Şəki-Saray”

Otel

4 ulduz

N: 89

06.12.2010

06.12.2013

Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi. 187

+99424248181

VÖEN: 3000004121

3.             

“Şəki” Palace

Mehmanxana

4 ulduz

Şəki şəhəri, M.F.Axundzadə pros.,

050 514 22 24

4.             

“Karvansaray” mehmanxana kompleksi

Mehmanxana

tipli

-

Şəki şəhəri, M.F.Axundzadə pros. 183

0242444814

VÖEN: 30000071951

5.             

“Sahil”MMC

Mehmanxana

tipli

2

Şəki şəhəri, S.Mümtaz küç.

0242445491

VÖEN: 3000126571

6.             

“Cənnət bağı” MMC

Mehmanxana

tipli

-

Şəki rayonu, Kiş kəndi

050 339 22 00

VÖEN: 3000563432

7.             

“Narınqala” MMC

Mehmanxana

tipli

-

Şəki rayonu, Kiş kəndi

055 663 83 49

VÖEN: 30001624111

8.             

“Cənnət bağı” MMC

Mehmanxana

-

Şəki şəhəri, B.Vahabzadə küç., 8

070 300 55 85

VÖEN: 3000291761

9.             

“FM” MMC

Mehmanxana

-

Şəki şəhəri, S.Mümtaz küç.

0242451655

VÖEN: 3000013141

10.          

“Ümid” ailəvi istirahət mərkəzi

Mehmanxana

tipli

-

Şəki rayonu, Kiş kəndi

0242447212

VÖEN: 3000284452

11.          

“Kiş adası” ailəvi istirahət mərkəzi

Mehmanxana tipli

-

Şəki rayonu, Kiş kəndi

055 499 70 00

VÖEN: 3000543122

12.          

“Məkan”

Motel

-

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti

02424 60372;  050 356 74 54

13.          

“Panorama”

Mehmanxana tipli qonaq evi

-

Şəki şəhəri, M.F.Axundzadə pros.,

döngə 14, ev 5a

14.          

“Qrin Hill in” hoteli

Mehmanxana

-

Şəki şəhəri, M.F.Axundzadə pros.,

050 313 70 47

 

 

 

Tarix və mədəniyyət abidələri

 

s/s

Abidənin adı

Tarixi

Yerləşdiyi ərazi

1

“Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki “Xan sarayı”

XVIII-XIX əsrlər

Şəki şəhəri

2

Kiş yaşayış yeri.

Kiş məbədi

Antik dövr

Orta əsrlər

Şəki rayonu, Kiş kəndi

3

“Gələrsən-Görərsən” qalası

XV əsr

Şəki rayonu, Kiş kəndi

4

“Qızlar qalası”

 

Şəki rayonu, Kiş kəndi

5

Məbəd

IV-V əsrlər

Şəki rayonu, Kiş kəndi

6

Məbəd

XII əsr

Bideyiz kəndi

7

Gavur qalası

VI əsr

Baş Kəldək kəndi

8

Xan bağı  

XVIII əsr

Şəki şəhəri

9

Dairəvi məbəd

XIX  əsr

Şəki, qoruq ərazisi

10

Gilahli məscidinin minarəsi

XVIII əsr

Şəki, qoruq ərazisi

11

Məscid və qəbir

XVIII əsr

Şəki, qoruq ərazisi

12

Narınqala divarları

XVIII əsr

Şəki, qoruq ərazisi

13

Şəkixanovların evi

XVIII əsr

Şəki, qoruq ərazisi

14

Yuxarı Karvansaray

XVIII-XIX  əsrlər

Şəki, qoruq ərazisi

15

Aşağı Karvansaray

XVIII-XIX  əsrlər

Şəki, qoruq ərazisi

16

Ağvanlar hamamı

XIX əsr

Şəki, qoruq ərazisi

17

Körpü

XVIII-XIX  əsrlər

Şəki şəhəri

18

Qala

V-XII əsrlər

Baş Küngüt kəndi

19

Gödək Gavur qalası

VIII-XIVəsrlər

 

20

Nekropol

e.ə. II əsr – e. II əsri

Oxud kəndi, Güneydağın ətəyində

21

 Nekropol

e.ə. II əsr – e. II əsri

Oxud kəndi

22

Qəbristanlıq

VIII-X əsrlər

Oxud kəndindən 2 km şimal-şərqdə

23

Nekropol  

Son tunc – ilk dəmir dövrü

Baş Layısqı kəndi

24

Qoturtəpə yaşayış yeri

İlk orta əsrlər

Küdürlü kəndinin yaxınlığında

25

Küdürlü nekropolu

Orta tunc dövrü

Küdürlü kəndi

26

Doxun   nekropolu

Antik dövr

Kiş kəndinin cənub tərəfində

27

Cüyürlü   nekropolu

Tunc dövrü

Cüyürlü meşəsi ərazisində

28

 Yoncalı   nekropolu

Antik dövr

Fazıl kəndinin qərb tərəfində

29

Söyüdlər  nekropolu

Antik dövr

Fazıl kəndinin şimal tərəfində

30

Təpəbaşı  nekropolu və yaşayış yeri

Antik dövr

Fazıl kəndinin cənub tərəfində

31

Qaraço  nekropolu və yaşayış yeri

Antik dövr

Orta Zəyzid  kəndinin yaxınlığında

32

Daşüz kurqanları

Tunc dövrü

Daşüz kəndinin şimal tərəfində

33

Daşüz  nekropolu

Antik dövr

Daşüz kəndindən qərbdə

34

Cumaykənd  nekropolu və yaşayış yeri

Tunc dövrü

Cumaykənd kəndi

35

Salmandərə yaşayış yeri

Tunc dövrü

Salmandərənin qərbində

36

Dəhnə qalasi və yaşayış yeri

Antik dövr

Dəhnə kəndinin yaxınlığında

37

Şinaz qala

İlk orta əsrlər

Şin kəndinin yaxınlığında

38

Köhnə su kəməri

XVIII əsr

Şəki şəhəri

39

2 nömrəli fabrikin binası

XIX əsr

Şəki, M.Rəsulzadə küç. 112

40

Mehmanxana binası

XIX əsr

Şəki, M.Rəsulzadə küç. 210

41

2 nömrəli fabrikin binası

XIX əsr

Şəki, Zaqatala küç. 63

42

2 nömrəli fabrikin filialı

XIX əsr

Şəki, F.Xoyski küç. 25

43

Əlicanbəyovların yaşayış evi

XIX əsr

Şəki, Haqverdiyev küç. 6

44

Fərhadbəyovların yaşayış evi

XIX əsr

Şəki, Haqverdiyev küç. 10

45

Z.Əfəndiyevin yaşayış evi

XIX əsr

Şəki, Haqverdiyev küç. 13

46

Qışlaq hamamı

XIX əsr

Şəki, M.Rəsulzadə küç. 65

47

Məscid

 

Şəki, M.Rəsulzadə küç. 66

48

Qışlaq məscidi

XIX əsr

Şəki, M.Rəsulzadə küç. 70

49

Abdulxalıq hamamı

XIX əsr

Şəki, M.Rəsulzadə küç. 274

50

Yeraltı hamam

XIX əsr

Şəki,  20 Yanvar küç. 35

51

Kilsə

XIX əsr

Şəki, Calğalıbulaq küç. 38

52

 Qışlaq məscidi

XIX əsr

Şəki, D.Bünyadzadə küç.

53

Cümə məscidi

XIX əsr

Şəki,  20 Yanvar küç. 39

54

Ömər Əfəndi məscidi

XIX əsr

Şəki, M.F.Axundzadə küç.

55

Məscid və minarə

XIX əsr

Şəki, Sarıtorpaq küç. 18

56

Dərə hamamı

XIX əsr

Şəki, B.Qasımov küç. 5

57

Minarə

1880-ciil

Şəki, Haqverdiyev küç.62

58

Zəyzid türbəsi

 

Orta Zəyzid kəndi

59

Türbə

XI-XII əsrlər

Babaratma kəndi qəbristanlığında

60

Məscid

XVIII-XIX  əsrlər

Kiş kəndi

61

Məscid

XIX əsr

II Biləcik kəndi

62

Məscid

XIX əsr

Bideyiz kəndi

63

Məscid

XIX əsr

Aşağı Göynük kəndi

64

Məscid

XIX əsr

Baş Göynük kəndi

65

Məscid

XIX əsr

Oxud kəndi

66

Məscid

XIX əsr

Daşbulaq kəndi

67

Minarə

XIX əsr

Böyük Dəhnə kəndi

68

Məscid  

XVIII-XIX  əsrlər

Babaratma kəndi qəbristanlığında

69

Yaşayış yeri

XIX əsr

Çayqaraqoyunlu kəndi

70

Ağvanlar hamamı

XIX əsr

Şəki şəhəri

71

Kəldək Gavur qalası

Orta əsrlər

Kəldək kəndinin yaxınlığında

72

Küngüt qalası

Orta əsrlər

Baş Küngüt kəndi

73

Qız qalası

Orta əsrlər

Çayqaraqoyunlu kəndi

74

Qalatəpə yaşayış yeri

Orta əsrlər

Qayabaşı kəndindən 3 km cənub-qərbdə

75

Sığnaq  yaşayış yeri

Orta əsrlər

Kiş çayının yuxarısında

76

Həzrət Əli qalası

Orta əsrlər

Damarçın çayının yuxarı axarında

77

Salıncaq yaşayış yeri

Orta əsrlər

Salıncaq ərazisində

78

Ağcaqala qülləsi

Orta əsrlər

Aydınbulaq kəndinin yaxınlığında

79

Qudula qala yeri

Orta əsrlər

Qudula kəndinin cənub tərəfində

80

Babaratma türbəsi

Orta əsrlər

Babaratma kəndinin yaxınlığında

81

Xan bağı

XVIII əsr

Şəki şəhəri

82

M.F.Axundzadənin ev-muzeyi

 

Şəki, M.F.Axundzadə küç.43

83

R.Əfəndiyevin ev-muzeyi

 

Şəki şəhəri

84

Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi  

 

Şəki şəhəri

 

 

 

Maraqlı tərəflər

İstər regiondaxili, istər regiondan kənarda bölgədə turizmin inkişaf və təşviqatında maraqları olan mövcud və potensial maraqlı tərəflərin (dövlət və özəl sektor, yerli və xarici investorlar, sahibkarlar, yerli icma, qeyri-hökumət təşkilatları və s.) siyahısı və əlaqə məlumatları.

 

-      Şəki Turizim İnformasiya Mərkəzi İmaməliyev Nəsif Mustafa oğlu (050 369-77-51; 070 741-74-66; 055 378-48-44)

-      Şəki “Ailə və Turizm Assosiasiyası” Əzizov Fərhad Şirin oğlu (050 612-65-64; 024-24-423-49)

 

Tanınmış şəxslər

 

Regionun tarixi ilə bağlı olan, orada doğulmuş və ya hər hansı fəaliyyətinə görə maraq doğura biləcək şəxsiyyətlərin (tarixi şəxsiyyət, qəhrəman, yazıçı, şair və s.) siyahısı

 

-      Hacı Çələbi Xan – İlk Şəki xanı, Azərbaycanda müstəqil xanlığın banisi.

-      Fətəli Xan Xoyski - Azərbaycan Demokratik Cumhuriyyətinin ilk hökümət başçısı

-      Hüseyn Xan Müştaq  - Şəki Xanı, xan sarayını inşa etdirən

-      M.F.Axundzadə - realist Azərbaycan dramaturgiyasının banisi

-      R.Əfəndiyev – Azərbaycanın görkəmli maarifçisi

-      S.Rəhman – Dramaturq, komedioqraf

-      Bəxtiyar Vahabzadə - Azərbaycanın xalq şairi

-      Abid Şərifov – Baş Nazirin müavini

-      Fikrət Məmmədov – Ədliyyə naziri

-      Bəxtiyar Məmmədov – keçmiş neft çıxarma sənayesi naziri

-      Nadir Əhmədov – sabiq rabitə naziri

-      Yaqub Mahmudov – Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik, millət vəkili

-      Əhmədiyyə Cəbrayılov – Fransa Milli Müqavimət Hərəkatının Qəhrəmanı

-      Məmmədşərif Həmidov – General

-      Səlahəddin Kazımov – General

-      Ziya Yusifzadə - General

-      Bağır Fətullayev – General

-      Tofiq Ağahüseynov – General

-      Əsgər Xəlilov – General

-      Hikmət Ziya – Təmsilçi

-      Salman Mümtaz – Ədəbiyyat təqdiqatçısı

-      Şəfiqə Axundova – Bəstəkar, xalq artisti. Şərqdə ilk dəfə opera yazan qadın bəstəkar.

-      Gövdət Hacıyev – Bəstəkar

-      Emin Sabitoğlu – Bəstəkar

-      Cavanşir Quliyev – Bəstəkar

-      Lütvəli Abdullayev – Aktyor, xalq artisti

-      Əlövsət Sadıqov – Opera müğənnisi, xalq artisti

-      Ələsgər Abdullayev – Böyük Azərbaycan xanəndəsi

-      Ələfsər Şəkili – Görkəmli zurna ifaçısı

-      Fuad Əbdülrəhmanov – məhşur heykəltaraş

 

Parklar

 

Mədəniyyət və istirahət parkları, zooparklar, bağlar, xiyaban və digər tipli parkların tam siyahısı

 

-      H.Əliyev adına mədəniyyət və istirahət parkı

-      M.F.Axundzadə adına mədəniyyət və istirahət parkı

-      M.Füzuli adına mədəniyyət və istirahət parkı

-      Xan bağı

-      Bəxtiyar bağı

-      Füzüli xiyabanı

-      “Otaq eşiyi” xiyabanı

-      “Şəhidlər” xiyabanı

 

Milli park, qoruq və yasaqlıqlar

 

       Şəki Dövlət yasaqlığı Cəfərabad, Çolaqlı, İbrahimkənd, Fazıl, Aşağı Küngüt, Baş Küngüt, Baş Zəyzid, Orta Zəyzid kəndlərinin Qaraso hissəsi və bütövlükdə Şəki ərazisi ilə əhatələnir.

       Yasaqlıqda ilboyu gəzinti təşkil etmək  imkanları vardır. Buradakı heyvanların ovu isə mövsümü xarakter daşıyır. Ov üçün müəyyən edilmiş qiymətlər sabit deyildir və vaxtaşırı dəyişir.

 

Əl işi və sənətkarlıq ustaları

 

Regionun sənətkarlıq, incəsənət, əl işləri ustalarının siyahısı, məşğuliyyət sahələri və perspektivlər haqqında dolğun məlumat

 

         Şəkidə xalq tətbiqi sənətinin çox qədim və zəngin ənənələri vardır. Qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki nisbətən ucqar bir guşədə yerləşməsinə baxmayaraq, onun iqtisadi əlaqələr baxımından əlverişli coğrafi mövqeyi sənətkarların sayına görə bu diyarı Azərbaycan şəhərlərinin ön cərgəsinə çıxarmışdır. 1861-ci ildə Şəki sənətkarlarının sayı 1735  nəfərə çatmışdı.  O vaxt Rusiyanın tabeliyinə keçmiş Azərbaycan şəhərlərinin heç  birində bu qədər sənətkar yox idi. Bu fakt Şəkinin iqtisadi qüdrətini, buradakı sənətkarlıq fəaliyyətinin mənzərəsini aydın əks etdirir.

         Şəkinin şəhər həyatı ilə eyni zamanda yaranan xalq tətbiqi sənət sahələrinin demək olar ki, hamısı bu günədək yaşadılmaqdadır. Şəbəkə, dəmirçilik, silahsazlıq, nalbəndlik, misgərlik, qalayçılıq, zərgərlik, gümüşbəndlik, duluzçuluq, dabbaqlıq, papaqçılıq, kürkçülük, başmaqçılıq, dərzilik, sərraclıq, şalbaflıq, dülgərlik, xarratlıq, təkəlduzçuluq, kəlağayıçılıq, səhəngçilik və onlarla başqa qədim istehsal sahəsi Şəki sənətkarlıq məktəbinin başlıca  sütunlatını təşkil edir.

         Şəki sənətkarlarının sayı haqqında ilk doğru-dürüst məlumata XIX əsrin başlanğıcında çar məmurlarının tərtib etdikləri statistik məlumatlarda rast gəlirik. 1848-ci ilə aid sənədlərdən məlum olur ki, o zaman əhalinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı,178 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışmışdır. Onlar təkcə Şəki əhalisinin deyil, habelə qonşu əyalətlərdən gəlmiş müştərilərin də tələbatını ödəyirdilər.

         Şəkinin xalq sənətkarları öz ata-babalarından miras qalmış qədim sənət növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur.  Onların bir çoxu artıq nəinki ölkə, hətta beynəlxalq səviyyədə belə tanınan və qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi, yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının əsərləri I, II və III dərəcəli diplomlara, qızıl medala layiq görülmüşlər.  Azərbaycan  Respublikası Əməkdar mədəniyyət işçiləri təkəlduz ustası Möhtərəm Ağahüseynzadə, şəbəkə ustası Əşrəf Rəsulov, məhşur dulusçu Şöyüb Məmmədov və başqaları nəinki respublikamızda, eləcə də yaxın və uzaq xaricdə tanınırlar.

         Bu gün yuxarıda adı çəkilən sənətkarların və  vaxtilə digər sənət növləri ilə məşğul olmuş xalq sənətkarlarının ənənələrini uğurla davam etdirən gənc nəsil yetişmişdir. Onların bir çoxu artıq özlərini əsl sənətkar kimi təsdiq etmişlər.

Şəki xalq sənətkarları

Şəbəkə sənəti üzrə

Rəsulov Tofiq Əşrəf oğlu

Hacımustafazadə Hüseyn Tofiq oğlu

İsmayılov Soltan Umar oğlu

Rəsulzadə Vüqar Tofiq oğlu

Zeynalov Adil Hikmət oğlu

 

Təkəlduz sənəti üzrə

Əkbərova Səxavət Oqtay qızı

Alxasova Güləndam Ələkbər qızı

Mustafayeva Vəfa Natiq qızı

Səlimli Səyalı İskəndər qızı

Salamova Yeganə Şahid qızı

Sədiyeva Sevinc Ələddin qızı

Ağayeva Gülnar Şamil qızı

Məmmədova Ülviyyə Adışirin qızı

Səmədzadə Ədalət

Abdurahmanova Nərgiz Vaqif qızı

Əsədova Samirə

Məmmədova Ayşən

Sandıqçılıq sənəti üzrə

Kərimov Vaqif Məmmədəli oğlu

Xasıyev Sadəddin Nüseyn oğlu

Kərimov Akif Məmmədəli oğlu

Camalov Bədrəddin

Camalov Tural Bədrəddin oğlu

 

Ağac üzərində oyma sənəti üzrə

Kərimov Kamal

Nəbiyev Yaşar Ələfsər oğlu

Qiyasov Şahin Adışirin oğlu

 

Xovlu xalça sənəti üzrə

Yunusov Rəhman Kamil oğlu

 

Kələğayı sənəti üzrə

Şamilov Əmiraslan Şövkətziya oğlu

 

Papaqçılıq sənəti üzrə

Kərimov Aqil Qurbanəli oğlu

 

Silahsaz sənəti üzrə

Qasımov Şirin Həsən oğlu

 

Metaltökən sənəti üzrə

Məmmədov Məmməd Baxşəli oğlu

 

Sərraclıq sənəti üzrə

Məmmədov Nəriman Umar oğlu

Xalçaçılıq sənəti üzrə

Nağıyev Çingiz

 

Dabbaqçılıq sənəti üzrə

Səmədov Əlihüseyn Əhməd oğlu

 

Misgərlik sənəti üzrə

Mustafayev Kamal Bağır oğlu

 

Xalq bədii dekorasiya sənəti üzrə

Əzizli Mənsur

Həmidli Tahir Əhmədiyə oğlu

 

Milli musiqi alətləri istehsalı üzrə

Məcidov Ayaz Abdulrəşid oğlu

Vələdov Mahir Bədəl oğlu

 

Duluzçuluq sənəti üzrə

Əhəd Şöyüb oğlu

 

  Bələdçilər

 

Regionda fəaliyyət göstərən bələdçilərin siyahısı və əlaqə məlumatları

-      İmaməliyev Nəsib Mustafa oğlu – 050 369-77-51 (rus,alman, ingilis)

-      Məhyəddinov İlkin Aydın oğlu – 070 741-74-66 (ingilis)

-      Əhmədova Qərənfil Rasim qızı – 055 378-48.44 (ingilis)

-      Məmmədli Elşən Kamil oğlu – 055 834-30-82 (rus,ingilis)

-      Abdullayeva Təranə Əli qızı- 050 373-40-40 (rus, ingilis)

-      Aslanov Nicat Qənimət oğlu – 055 410-14-05 (ingilis)

-      Kərimov Kamal Məmməd oğlu – 02424 4-02-18 (rus,ingilis)

-      Hüseynova İlhamə Qənirə qızı – 050 631-02-46 (rus, ingilis)

Əlavə xidmətlər

Regionda turistlərin istifadə edə biləcəyi banklar, mübadilə məntəqələri, poçt mərkəzi, ticarət mərkəzləri, tibbi xidmət məntəqələri, ictimai ayaqyolları və bu tipli başqa əlavə xidmət obyektlərinin tam siyahısı

 

Regiondakı banklar və bank olmayan kredit təşkilatları
 

-      Beynəlxalq Bankın Şəki filialı

-      “Kapitalbank”ın Şəki filialı

-      “Bank Respublika”nın Şəki filialı

-      “Rabitəbank”ın Şəki filialı

-      Access Bankın Şəki filialı

-      “UNİBank”ın Şəki filialı

-      “Bank-of Baku”nun Şəki filialı

-      “Xalq Bank”ın Şəki filialı

-      “NBC Bank”ın Şəki filialı

-      “Dəmir Bank”ın Şəki filialı

-      “Nicat” Kredit İttifaqı

-      “Finka Azərbaycan” Kredit İttifaqı

-      “Nofəl” Kredit İttifaqı

-      “Göyçə” Kredit İttifaqı

-      “Küngüt” Kredit İttifaqı

Bütün bankların nəzdində valyuta mübadiləsi imkanları vardır. Bunlara əlavə olaraq, şəhərin M.Rəsulzadə prospektində, M.F.Axundzadə prospektində, H.Əliyev prospektində, S.Rəhman küçəsində valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir. Şəkinin demək olar ki, bütün mərkəzi və əsas küçə və prospektlərində beynəlxalq bankın Şəki filialının bankomatları vardır ki, turistlər həmçinin, həmin bankomatlar vasitəsilə müvafiq nəqd pul əməliyyatları apara bilərlər.

 

Poçt xidməti

 

Şəki şəhəri və rayonu ərazisində 38 poçt şöbəsi fəaliyyət göstərir. Şəhərdə mərkəzi poçtamt və onun 7 şöbəsi vardır. Onlar əsasən şəhərin M.Ə.Rəsulzadə, H.Əliyev, M.F.Axundzadə prospektlərində və S.Rəhman küçəsində yerləşir. Poçt xidməti istənilən vergi, rüsum və digər maliyyə əməliyyatlarını yerinə yetirməkdə, həmçinin digər xidmətlərin reallaşdırılmasında hər bir kəsə yardımçı ola bilər.

 

Ticarət mərkəzləri

 

Şəkinin prospekt və küçələrində müxtəlif ticarət obyektləri-univermaqlar, super marketlər, marketlər, ayrı-ayrı firma və şirkətləri təmsil edən çoxlu sayda alış-veriş məntəqələri vardır. Ticarət mərkəzlərində və alış-veriş məntəqələrində istənilən növdə və çeşiddə sənaye və ərzaq malları, elektrotexnika avadanlıqları, məişətdə istifadə olunan məhsullar, inşaat materialları və s.əldə etmək olar.

 

Tibb xidməti məntəqələri

 

Şəkidə çoxlu sayda səhiyyə müəssisələri fəaliyyət göstərir.

Bunlar aşağıdakılardan ibarətdir:

-      100 çarpayılıq mərkəzi xəstəxana

-      Birləşmiş uşaq xəstəxanası

-      Dağum evi kompleksi

-      Rayonlararası psixonevroloji xəstəxana

-      Şəki narkoloji şöbəsi

-      Dəri  zöhrəvi dispanser

-      Ağ ciyər xəstəlikləri dispanseri

-      Təcili yardım stansiyası

-      Təcili təxirə salınmaz yardım stansiyası

-      Mərkəzi poliklinika

-      1 saylı uşaq poliklinikası

-      2 saylı uşaq poliklinikası

-      Konsutativ uşaq poliklinikası

-      Rayonlararası qan köçürmə stansiyası

Yuxarıdakılarla yanaşı kənd yayayış məntəqələrində də tibb məntəqələri fəaliyyət göstərir.

 

İctimai ayaqyolları

      

       Şəkinin bütün mədəniyyət və istirahət parklarında, bazarlarda, xiyabanlarda, o cümlədən iri ictimai iaşə obyektlərində və onların yaxınlığında ictimai ayaqyolları vardır.

 

 Regiondakı istehsal sənayesi

 

Əsas istehsal növləri

 

-      İpəkçilik

-      Baramaçılıq

-      İpək xalça

-      Qənnadı məmulatı

-      Xalq sənəti növləri (şəbəkə, təkəlduz, duluzçuluq, kəlağayı, qobolen, bədii tikmə, xarratlıq, papaqçılıq, sandıqçılıq və s.)

-      Heyvandarlıq məhsulları

-      Tütünçülük

-      Taxılçılıq

-      Üzümçülük

-      Quşçuluq

 

Əsas istehsal müəssisələri

 

-      “Şəki İpək” ASC

-      “Şəki kərpic” MMC

-      “Şəki AQROİNDASTRİS” MMC

-      Şəki Aqroservis MMC

-      Azəraqrartikinti ASC-nin Şəki yerli tikinti materialları filialları

 


Ċ
Admin Sheki.city,
23 Ağu 2015 07:27