Təbriklər

Düz söz üzə deyilən yalançı tərifdən daha şirindir, daha qiymətlidir!

25 Haz 2016 12:14 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Haz 2016 12:14 güncellendi ]

Hidayət Elvüsal sərt adamdır, sözü adamın üzünə deyir. Belə bir adamla çoxları yola getməz, onunla işləməz. Çünki üzə deyilən düz sözü eşitmək istəyən redaktor çox deyil. 






Məzahir SÜLEYMANZADƏ

        
Mənim üçün isə, istər arxanca deyilsin, istər üzünə deyilsin, fərqi yoxdur, düz söz, elə düz sözdür. Düz söz üzə deyilən yalançı tərifdən daha şirindir, daha qiymətlidir. "Səhər"in oxucuları Hidayətin düz sözünü qəbul eləmişdilər, onların bu düz sözə ehtiyaçı var idi. Hətta sözün nə demək olduğunu hamıdan yaxşı bilən, özü düz sözlə ucalan böyük Bəxtiyar VahabzadəninHidayət Elvüsalın düz sözünə ehtiyacı var idi. Hər gün (hər gün!) mənə zəng vurardı: "Ay Məzahir, mən "Səhər"in ölüsüyəm, o Hidayət Elvüsal kimdi belə, qırdı - çatdı bizi..." Hidayətin yadında olar, onları 1992-ci ildə mən tanış elədim. Özü də harada? "Gülüstan" sarayında! Bəxtiyar Vahabzadənin ilk sözü bu oldu: "A kişi, sən müasir dövrümüzün Mirzə Cəlilisən!". Unudulmaz görüş idi...
        Bir dəfə yanıma unudulmaz Yaşar Nuri gəldi, dedi ki, səndən bir xahişim var, Hidayətə de, məxsusi mənim üçün bir monolaq yazsın. Qırılıb - batırıq, səhnədə oynamağa bir əsər yoxdur. Dedim, Yaşar, sənin özünün Hidayətlə çox səmimi münasibətin var, niyə özün demirsən? Dedi ki, vallah, yüz dəfə demişəm, hələ üstəlik Afaq Bəşirqızı, Arif Quliyev də xahiş edib, xeyri yoxdur. Dedim ki, Hidayət sifarişlə əsər yazmır, amma cəhd göstərərəm. Hidayətlə bu barədə çox ciddi söhbətimiz oldu, mövzuları müzakirə etdik, bir - neçə səhnə əsəri yazacağına söz verdi, amma yazmadı... Mən qətiyyətlə deyirəm, Hidayət Elvüsal bircə əsər yazsaydı belə, həmin tamaşa teatrlarımızın repertuarında əbədi qalacaqdı...
        
Hidayət yaxşı dost, qədirbilən adamdı. Rəhmətlik Osman Mirzəyevlə də səmimi münasibəti var idi. Onun adını həmişə hörmətlə çəkərdi, gənclərə nümunə göstərərdi. Hətta dostunun xatirəsini əbədiləşdirmək üçün Osman Mirzəyev adına beynəlxalq mükafat da təsis eləmişdi. Sizə təqdim elədiyim bu şəkil 1994-cü ildə, Hidayətin təşəbbüsü ilə keçirilmiş Osman Mirzəyevin növbəti anım günündə çəkilib. Azərbaycan mətbuatının görkəmli nümayəndələri Tofiq RüstəmovHacı Hacıyev də buradadırlar, Hidayət də, mən də buradayam və təbii ki, Osman Mirzəyevin ruhu da başımız üstündə dolaşır...
        ...Evim olmasa da, kitab rəfim var. Bu rəfə əsərlərini sevə-sevə oxuduğum klassiklərimizin, müasir yazıçı dostlarımın kitabları düzülüb. Bu kitablar arasında Hidayət Elvüsalın kitabı yoxdur. Sadəcə, ona görə ki, bu kitab hələ nəşr olunmayıb...
        Bu gün Ali Media mükafatı laureatı Hidayət Elvüsalın doğum günüdür. Dostumuzu, müasir dövrümüzün Mirzə Cəlilini təbrik edir, çan sağlığı, yaradıcılıq uğurları arzulayırıq!

Təbrik edirəm!

6 Eyl 2015 02:11 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Eyl 2015 02:16 güncellendi ]


        Hörmətli Murad müəllim!


        Sizi və Şəki bələdiyyəsinin bütün kollektivini “Şəki bələdiyyəsi” qəzetinin 10 illik yubileyi münasibətilə öz və Şəki rayon prokurorluğu adından ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür, ağır və məsuliyyətli işinizdə uğur və müvəffəqiyyətlər arzulayıram.
        Azərbaycan Respublikasında söz və mətbuat azadlığı tam və yüksək səviyyədə təmin olunaraq çoxlu sayda kütləvi informasiya vasitələrinin və mətbu orqanlarınnın fəaliyyətinə zəmin yaratmışdır.
        Digər bölgələrdə olduğu kimi Şəki rayonunda da tam sərbəst şəkildə mətbu orqanları fəaliyyət göstərir.
        Rəhbərliyinizlə buraxılan “Şəki bələdiyyəsi” qəzeti yerli xəbərlərdən başqa Respublikamızda və dünyada baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmaqla, Azərbaycan Respublikası mətbuatının ənənələrinə uyğun olaraq düzgün və aydın şəkildə oxuculara təqdim edilməsi, stilistika və tərtibatla xüsusi diqqətimi cəlb etmiş və Sizin yüksək peşəkarlığınızdan xəbər vermişdir.
        Qəzetinizdə xəbərlərlə yanaşı Şəkinin ziyalıları, zəngin tarixi, folkloru, memarlığı haqqında olan məqalələr isə buraxılışları daha maraqlı və daimi oxunaqlı edir.
        Əminəm ki, dövlətçiliyin qorunması və təbliq olunması, Respublikada və rayonumuzda quruculuq, inkişaf, sosial iqtisadi proseslərinin oxuculara düzgün çatdırılması, qanunçuluğun izah edilməsi və digər sahələrdə “Şəki bələdiyyəsi” qəzeti öz töhvəsini verməkdə yüksək səviyyədə davam edəcəkdir.
Hörmətlə:
Elmar CAMALOV,
Şəki rayon prokuroru 

Təbrik edirik!

6 Eyl 2015 01:50 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Eyl 2015 01:51 güncellendi ]

        "Şəki Bələdiyyəsi" qəzetinin 10 il ərzində, çətin şərtlər altında fəaliyyət göstərməsi müasir mətbuat tariximizin diqqət çəkən hadisələrindən biridir. Çünki bu müddət ərzində həmin qəzetin ayaq üstə qalması yalnız bir şəxsin - Murad Nəbibəyovun qeyri-adi fədakarlığı, cəfakeşliyi sayəsində mümkün olub.
        Vaxtı ilə Ömər Faiq Nemanzadə mətbuatın xalqın tərəqqisi üçün müstəsna əhəmiyyətə malik olmasından bəhs edərək yazıb: "Dünyaya, ətrafa baxınız: hansı millətin mətbuatı çoxsa o millətin sərvət, qüdrət və rahəti çoxdur. Əks halda mətbuatı, yəni mənəvi dili olmayan millətin digər millətlər arasında nəinki etibar və nüfuzu, bəlkə adı, sanı da yoxdur. Çünki hər millət öz sağlıq və varlığını ancaq mətbuatı ilə mühafizə edir." Bu mənada "Şəki Bələdiyyəsi" qəzeti də öz imkanları daxilində millətimizin mənəvi sağlamlığının və rifahının təmin edilməsi üçün bir mətbuat orqanı olaraq öz töhfəsini verməkdədir.
        Biz "Şəki Bələdiyyəsi" qəzetinin yorulmaz redaktoru Murad Nəbibəyovu, Şəki Bələdiyyəsinin kollektivini, qəzetlə əməkdaşlıq edən müəllifləri, qəzetin oxucularını bu mətbuat orqanının 10 illik yubileyi münasibətilə təbrik edir və onun öz fəaliyyətini davam etdirməsi üçün çalışan hər kəsə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə: 
Zəkəriyyə ƏLİZADƏ, 
geologiya-mineralogiya elmləri doktoru
Həbibulla MANAFLI, 
AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi,
AMİ-nin Şəki filialının müəllimi, tarixçi

Təbrik edirəm

29 Ağu 2015 11:20 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Ağu 2015 11:21 güncellendi ]


        Qəzet o zaman böyük nüfuza sahib olur ki, o ətrafına istedadlı,tanınmış ziyalıları toplaya bilir və geniş oxucu kütləsinin qəlbinə yol tapır. Bu baxımdan on yaşı tamam olan "Şəki bələdiyəsi" qəzeti əvəzsizdir. Qəzet nəinki Şəkidə, eləcə də, Respublikamızın paytaxtı Bakıda və digər şəhərlərində yaşayan qabaqcıl ziyalılarla əlaqə yaradaraq özünün yayılma və oxunma coğrafiyasını genişləndirir. 
        Bu sahədə yorulmaq bilmədən mübarizə aparan qəzetin təsisçisi və baş redaktoru Murad Nəbibəyova nailiyyətlər diləyir, qəzetin on yaşı bitməsi münasibətilə onu təbrik edir, ona cansağlığı və uğurlar arzulayıram.

Şahid MƏMMƏDKƏRİMOV,
şair

“Şəki Bələdiyyəsi” qəzetinə: On yaşın mübarək! - deyirəm

29 Ağu 2015 03:35 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Ağu 2015 03:36 güncellendi ]


        Qəzet dövlətin və millətin həyatına, düşüncəsinə, mühakiməsinə, arzu və istəklərinə tutulan güzgüdür. Bu güzgünün millətə və dövlətə hörmət və ehtiramla, sevgi və qayğı ilə tutulması vacib məsələdir.
        Ərsəyə gəlməsindən keçən bu on il ərzində o vacib məsələni daim gündəmdə saxlayan “Şəki Bələdiyyəsi” qəzetinə: On yaşın mübarək! – deyirəm. Təsisçi kimi Şəki Bələdiyyəsini, baş redaktor kimi, hətta özü buna etiraz etsə də, peşəkar jurnalist Murad Nəbibəyovu təbrik edirəm.

Vaqif ASLAN,
AYB Şəki bölməsinin sədri, 
AMİ Şəki filialının baş müəllimi

Siz artıq adınızı tarixə yazmısınız

29 Ağu 2015 00:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Ağu 2015 00:35 güncellendi ]


        Hörmətli Murad Nəbibəyov!!! 
        Sizi və coxsaylı kollektivinizin bütün üzvlərini qəzetinizin yubileyi münasibetilə ürəkdən təbrik edirəm! Sizin əziyyətləriniz, bu yolda keçirdiyiniz cəfalar, əsəblərinizin tarıma çəkilməsi və qəzetin hər nömrəsi çap olunarkən uşaq kimi necə sevindiyinizi də yaxşı xatırlayıram. Həm də sözünü istənilən formada deməyi bacaran, Vətənini, elini dəlicəsinə sevən bir ziyalı kimi sizə hörmətim sonsuzdur. Siz artıq adınızı tarixə yazmısınız. Şəkinin şərəfli tarixinə. Sizin dostlarınızın arasında olduğum üçün hədsiz qürur duyuram. Həmişə bax beləcə gənc və cavan, sağlam və gümrah olmağınızı arzulayıram. Gün o gün olsun bu qəzet sizinlə birgə daha böyük rəqəmli yubileylərini qeyd eləsin. 
        BİZ SİZINLƏ FƏXR EDİRİK, MURAD MÜƏLLİM!

Qalib ƏSƏDOV,
həkim nevropatoloq-psixoterapevt

Ömür budağından tökülən yarpaqlar...

27 Ağu 2015 21:43 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Ağu 2015 21:44 güncellendi ]

        Ömür hər kəsə allah tərəfindən verilir. Ancaq bu ömürdən necə istifadə etmək insanın özündən asılıdır. İnsan var öz ömrünü bada verir, heç bir faydalı işlə məşğul olmur. İnsan var ömrünü şeytana qulluq etməklə başa vurur, mənəviyyatı həmişə maddiyyatdan üstün tutur. İnsan var ömrünü yalnız şəxsi həyatına həsr edir. İnsan var ki, öz ömrünü xalqına həsr etməklə, övladlarını vətənpərvər böyütməklə özünü xöşbəxt hesab edir, mənəviyyatı həmişə maddiyyatdan üstün tutur. Və onlar da sonralar xalq tərəfindən qiymətləndirilir, yaddaşlardan silinmir. Belə bir insan "Şəki Bələdiyəsi" qazetinin baş redaktoru Murad Nəbibəyovdur desək, yanılmarıq. Bu insan həmişə maddiyyatı düşünmədən əlindən gələni xalq üçün edib və etməkdə davam edir. Bu yaxınlarda Murad müəllimin ömür budağından 60 yarpaq düşdü. O, bu 60 yarpağın onunu "Şəki Bələdiyyəsi" qazetinin buraxılmasına sərf edib. Hər yarpaq 12 ay deməkdir. Bu 12 ayın hər birində təkbaşına bir nüxsə 24, 32 səhivəlik qəzet ərsəyə gətirmək çox da asan iş deyil. Təkrar edim ki, həm də köməksiz, istirahət günlərini də işləmək şərti ilə hər kəsin işi deyil. Bəli, Murad Nəbibəyov kimilər ömrü bada vermir, ondan səmərəli istifadə edərək özündən sonra gələnlərə tarix bağışlayır.
        Murad müəllim haqda çox söz yazmaq olar. Lakin mənim onun gördüyü işləri sadalamaq fikrim yoxdur. Mən onu ömrünün 10 ilini sərf etdiyi "Şəki Bələdiyyəsi"qazetinin yubleyi münasibəti ilə təbrik edirəm. Qoy onun ömür budağına daha 60 yarpaq əlavə olunsun və bu yarpaqlar mənasız tökülməsin. Hər yarpaq bir qəzetə çevrilib oxucuları sevindirsin.
Hörmətlə: Sadıq FƏTƏLİYEV,
"Turan" İA-nın müxbiri

Zaman-zaman qəzetlərin yubileylərin qeyd eləmək çox vacibdi

26 Ağu 2015 04:48 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Ağu 2015 05:09 güncellendi ]

        On il əslində qəzet üçün nə böyük, nə də kiçik müddət sayıla bilməz . Zaman və məkan kontekstindən baxmaq lazımdı həmişəki kimi. Məsələn deyək ki, 2012 -ci ildə İzvestiya qəzeti 95 illiyin qeyd edəndə maraqlı faktlar öyrəndim - mənim də bilmədiyim. Qəzeti qəzet edən çox amillər var, biri də onun müəllifləridi. Rus müəllifləri bilirdim, amma 1935-ci ildə Ekzüperinin orda çap olunduğunu o zaman oxudum. Və qəzetin 90-cı illərdə çətinliklə dərc olunduğun öyrəndim. Onda fikirləşdim ki, ay aman bu hələ İzvestiya qəzetidi, gör biz hansı mərhələlərdən keçmişik öz qəzetlərimizi oxucuya çatdırana qədər. Zaman-zaman qəzetlərin yubileylərin qeyd eləmək çox vacibdi deyə düşünürəm - ən azından nə qədər tarixi faktlar gün üzünə çıxacaq. Qəzet həm də faktların məcmuudu.
        İndi Murad Nabibayov abimiz tək caniynan bölgədə qəzet çixarıb on il. Və indi dostlar, tanışlar təbrik edirlər. Nə gözəl!.. Deyə bilmərəm ki, hər zaman izləyirəm, hər şeydən xəbərim var. Hərdən yazılarımı təkrar çap edir, sag olsun. Onda qəzeti oxuya bilirəm. Amma əyalətdə, azacıq maddi dəstəklə qəzet çixarmağın əziyyətlərindən xəbərim var. Buna görə də abinin qəzetə belə həssas münasibətin anlayıram. İnşallah neçə yubileylər qeyd edər qəzetiylə bərabər. Şablondan qaçmaq olmayacaq əlbəttə... Təbriklər!!!

Hörmətlə: İradə TUNCAY,
"Ədalət" qəzetinin baş redaktoru

Поздравляю Вас с прекрасным юбилеем.

20 Ağu 2015 21:39 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Ağu 2015 21:40 güncellendi ]

        Глубокоуважаемый Мурад Набибеков !

        Поздравляю Вас с прекрасным юбилеем .

        Своим ежедневным трудом главного редактора , автора многих идей, правдивой истории родного края, Вы творите и пишете историю нашего края, побуждаете к работе мысль, наполняете оптимизмом и энергией души земляков.
        Ваш талант журналиста и большой опыт организатора, профессиональное чутье и неиссякаемая энергия позволили вам создать популярную газету, заслужившую симпатии огромной читательской аудитории и по праву считающейся одной из лучших и единственной газетой нашего родного края Шеки. Мы читатели вашей газеты, очень внимательно читаем и узнаем через вашу газеты, о современной жизни нашего города за пределами Азербайджана.
        Желаю Вам в дальнейшем творческого горения, вдохновения, твердости национального Шекинского духа в реализации Ваших прекрасных замыслов.
        Пусть Ваша жизнь будет светлой и радостной, как Ваш славный праздник, а дружественные приветствия прибавят жизненного воодушевления Вашей души.
Крепкого Вам здоровья! 
С уважением из Украины Ваш постоянный читатель Видади Исрафилов.

Təbrik edirəm!

20 Ağu 2015 11:25 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Ağu 2015 11:26 güncellendi ]

        Çox hörmətli Murad müəllim,
        Sizin qəzetinizin 10 illik yubileyini elə görkəmli şəxslər elə qiymətli sözlərlə təbrik etmişdir ki, bundan sonra deməyə söz tapmıram. Sözün həqiqi mənasında gecə-gündüz çalışaraq ərsəyə gətirdiyiniz “Şəki Bələdiyyəsi” qəzetini mən yalnız “Əkinçi” qəzeti ilə müqayisə edə bilərəm. Həmin qəzetin mövzuları təkcə əkinçiliklə məhdudlaşmayaraq xalqın maariflənməsinə, dünya görüşünün artmasına və s. bu kimi müsbət məqamların inkişafına xidmət etdiyi kimi, Sizin qəzetiniz də bələdiyyəyə aid məqalələrlə məhdud deyil, həm də elmi, publisistik və ədəbi yazılarla oxucuların mənəvi tələbatını ödəməyə xidmət edir. Fürsətdən istifadə edib Şəki Bələdiyyəsinə də belə bir qiymətli qəzeti təsis etdiyinə görə təşəkkürümü bildirir, qəzetin Baş redaktoru kimi isə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və daha böyük uğurlar arzulayıram.
Hörmətlə: Məmməd Məmmədov,
AXA MBASK

1-10 of 18