Təbriklər‎ > ‎

Təbrik edirəm!

6 Eyl 2015 02:11 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Eyl 2015 02:16 güncellendi ]

        Hörmətli Murad müəllim!


        Sizi və Şəki bələdiyyəsinin bütün kollektivini “Şəki bələdiyyəsi” qəzetinin 10 illik yubileyi münasibətilə öz və Şəki rayon prokurorluğu adından ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür, ağır və məsuliyyətli işinizdə uğur və müvəffəqiyyətlər arzulayıram.
        Azərbaycan Respublikasında söz və mətbuat azadlığı tam və yüksək səviyyədə təmin olunaraq çoxlu sayda kütləvi informasiya vasitələrinin və mətbu orqanlarınnın fəaliyyətinə zəmin yaratmışdır.
        Digər bölgələrdə olduğu kimi Şəki rayonunda da tam sərbəst şəkildə mətbu orqanları fəaliyyət göstərir.
        Rəhbərliyinizlə buraxılan “Şəki bələdiyyəsi” qəzeti yerli xəbərlərdən başqa Respublikamızda və dünyada baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmaqla, Azərbaycan Respublikası mətbuatının ənənələrinə uyğun olaraq düzgün və aydın şəkildə oxuculara təqdim edilməsi, stilistika və tərtibatla xüsusi diqqətimi cəlb etmiş və Sizin yüksək peşəkarlığınızdan xəbər vermişdir.
        Qəzetinizdə xəbərlərlə yanaşı Şəkinin ziyalıları, zəngin tarixi, folkloru, memarlığı haqqında olan məqalələr isə buraxılışları daha maraqlı və daimi oxunaqlı edir.
        Əminəm ki, dövlətçiliyin qorunması və təbliq olunması, Respublikada və rayonumuzda quruculuq, inkişaf, sosial iqtisadi proseslərinin oxuculara düzgün çatdırılması, qanunçuluğun izah edilməsi və digər sahələrdə “Şəki bələdiyyəsi” qəzeti öz töhvəsini verməkdə yüksək səviyyədə davam edəcəkdir.
Hörmətlə:
Elmar CAMALOV,
Şəki rayon prokuroru