Təbriklər‎ > ‎

10 illik yubileyiniz mübarək!

10 Ağu 2015 03:15 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Ağu 2015 03:15 güncellendi ]
        
Hörmətli Murad muəllim! 
        Bü günə qədər çapdan çıxan "Şəki bələdiyyəsi" qəzetinin hər bir nömrəsində elmin bütün sahələrini əhatə edən maraqlı faktları və rəngarəng məlumatları dərc etdiniz ki, bununla da oxucuların hörmət və rəğbətini qazanmağı bacardınız. Əminəm ki, bundan sonra da qəzetiniz öz oxucu sayını nəinki qoruyub saxlayacaq, hətta daha da çoxaldacaqdır. Arzum budur ki, qəzetiniz Sizin redaktorluğunuzla daha neçə onillikləri geridə qoysun və biz 100 yaşlı redaktor M.Nəbibəyovu təbrik etmək xoşbəxtliyinə nail olaq. Qəzetinizin 10 illik yubileyini təbrik edir, sizə bol-bol uğurlar və geniş oxucu auditoriyası arzulayıram.
        
Hörmətlə: Dilbazi Cəmilov, AMEA ŞREM-in elmi işçisi