Təbriklər‎ > ‎

Qızıl onluq

12 Ağu 2015 00:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 12 Ağu 2015 00:41 güncellendi ]
        
Çox hörmətli Murad müəllim! Sizin baş redaktoru və naşiri olduğunuz “ Şəki Bələdiyyəsi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 10 illiyi münasibəti ilə şəxsən sizi və bütün oxucularınızı bu sevincli yubiley günlərində təbrik etməkdən çox məmnunam!
        Müasir həyatımızı və keçmişimizi, ədəbiyyatımızı və tariximizi, istər şəhərimizdə, ölkəmizdə və istərsə də dünyada baş verən bütün mühüm hadisələri oxucularına doğru-düzgün çatdıra bilən, buna görə də hamının rəğbətini qazanan qəzetimizə uzun illər yenə də zirvədə olmağı arzulayıram!
        Şəxsən Sizə isə möhkəm can sağlığı, səbirli və təmkinli olub, bizləri “Şəki Bələdiyyəsi”nin yeni maraqlı nömrələri ilə sevindirməyi arzulayıram!

        Hörmətlə: Rəsul İlməddinoğlu, Şəki, 12.08.2015