Təbriklər‎ > ‎

"Şəki bələdiyyəsi" qəzeti ilə fəxr edirəm

14 Ağu 2015 06:44 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 14 Ağu 2015 06:44 güncellendi ]
        Əzizimiz Murad müəllim! Əvvəla Sizin bu şərəfli fəaliyyətiniz - 10 il bir qəzeti 
tək redaktə edərək, bütün çətinliklərə tab gətirərək ildən ilə daha da inkişaf etdirdiyiniz üçün xüsusi olaraq təbrik edir və minnətdarlığımı bildirirəm. 
        Şəki bələdiyyəsi qəzetinin regionun eyni zamanda ölkənin sayılıb-seçilən bir nəşrə çevrildiyi bir çox insana məlumdur bu yolda daha da inkişaf etməyinizi və böyük-boyük nailiyyətlər əldə etməyinizi arzu edirəm. İnanıram ki, xüsusi istedadınız , peşəkarlığınız, uzun illər ədə etdiyiniz təcrübəniz sayəsində dilədiyimiz diləklərin hər biri gerçəkləşəcək və qəzetiniz günü-gündən inkişafa doğru irəliləycəkdir. Mən bir bələdiyyə üzvü kimi, bir vətəndaş kimi fəxr edirəm ki, Şəkimizin bugun belə keyfiyyətli nəşr məhsulu var. Daim inkişaf edən, gündəmdə olan, dövrümüzün nəbzini sayənizdə tutmağı bacaran qəzetinizə uzun-uzun illər, gözəl, sağlam və səlist inkişaf yolu arzu edirəm. Sizə xüsusi olaraq can sağlığı uzun ömür arzu edir və başlatdığınız bu gözəl yolda daim qələminizin izinin qalmasını diləyirəm.
        Hörmətlə: Elnur Abdullayev, Şəki Bələdiyyəsinin üzvü