Təbriklər‎ > ‎

Təbrik edirəm!

20 Ağu 2015 11:25 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Ağu 2015 11:26 güncellendi ]
        Çox hörmətli Murad müəllim,
        Sizin qəzetinizin 10 illik yubileyini elə görkəmli şəxslər elə qiymətli sözlərlə təbrik etmişdir ki, bundan sonra deməyə söz tapmıram. Sözün həqiqi mənasında gecə-gündüz çalışaraq ərsəyə gətirdiyiniz “Şəki Bələdiyyəsi” qəzetini mən yalnız “Əkinçi” qəzeti ilə müqayisə edə bilərəm. Həmin qəzetin mövzuları təkcə əkinçiliklə məhdudlaşmayaraq xalqın maariflənməsinə, dünya görüşünün artmasına və s. bu kimi müsbət məqamların inkişafına xidmət etdiyi kimi, Sizin qəzetiniz də bələdiyyəyə aid məqalələrlə məhdud deyil, həm də elmi, publisistik və ədəbi yazılarla oxucuların mənəvi tələbatını ödəməyə xidmət edir. Fürsətdən istifadə edib Şəki Bələdiyyəsinə də belə bir qiymətli qəzeti təsis etdiyinə görə təşəkkürümü bildirir, qəzetin Baş redaktoru kimi isə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və daha böyük uğurlar arzulayıram.
Hörmətlə: Məmməd Məmmədov,
AXA MBASK