Təbriklər‎ > ‎

Zaman-zaman qəzetlərin yubileylərin qeyd eləmək çox vacibdi

26 Ağu 2015 04:48 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Ağu 2015 05:09 güncellendi ]
        On il əslində qəzet üçün nə böyük, nə də kiçik müddət sayıla bilməz . Zaman və məkan kontekstindən baxmaq lazımdı həmişəki kimi. Məsələn deyək ki, 2012 -ci ildə İzvestiya qəzeti 95 illiyin qeyd edəndə maraqlı faktlar öyrəndim - mənim də bilmədiyim. Qəzeti qəzet edən çox amillər var, biri də onun müəllifləridi. Rus müəllifləri bilirdim, amma 1935-ci ildə Ekzüperinin orda çap olunduğunu o zaman oxudum. Və qəzetin 90-cı illərdə çətinliklə dərc olunduğun öyrəndim. Onda fikirləşdim ki, ay aman bu hələ İzvestiya qəzetidi, gör biz hansı mərhələlərdən keçmişik öz qəzetlərimizi oxucuya çatdırana qədər. Zaman-zaman qəzetlərin yubileylərin qeyd eləmək çox vacibdi deyə düşünürəm - ən azından nə qədər tarixi faktlar gün üzünə çıxacaq. Qəzet həm də faktların məcmuudu.
        İndi Murad Nabibayov abimiz tək caniynan bölgədə qəzet çixarıb on il. Və indi dostlar, tanışlar təbrik edirlər. Nə gözəl!.. Deyə bilmərəm ki, hər zaman izləyirəm, hər şeydən xəbərim var. Hərdən yazılarımı təkrar çap edir, sag olsun. Onda qəzeti oxuya bilirəm. Amma əyalətdə, azacıq maddi dəstəklə qəzet çixarmağın əziyyətlərindən xəbərim var. Buna görə də abinin qəzetə belə həssas münasibətin anlayıram. İnşallah neçə yubileylər qeyd edər qəzetiylə bərabər. Şablondan qaçmaq olmayacaq əlbəttə... Təbriklər!!!

Hörmətlə: İradə TUNCAY,
"Ədalət" qəzetinin baş redaktoru