Təbriklər‎ > ‎

Ömür budağından tökülən yarpaqlar...

27 Ağu 2015 21:43 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Ağu 2015 21:44 güncellendi ]
        Ömür hər kəsə allah tərəfindən verilir. Ancaq bu ömürdən necə istifadə etmək insanın özündən asılıdır. İnsan var öz ömrünü bada verir, heç bir faydalı işlə məşğul olmur. İnsan var ömrünü şeytana qulluq etməklə başa vurur, mənəviyyatı həmişə maddiyyatdan üstün tutur. İnsan var ömrünü yalnız şəxsi həyatına həsr edir. İnsan var ki, öz ömrünü xalqına həsr etməklə, övladlarını vətənpərvər böyütməklə özünü xöşbəxt hesab edir, mənəviyyatı həmişə maddiyyatdan üstün tutur. Və onlar da sonralar xalq tərəfindən qiymətləndirilir, yaddaşlardan silinmir. Belə bir insan "Şəki Bələdiyəsi" qazetinin baş redaktoru Murad Nəbibəyovdur desək, yanılmarıq. Bu insan həmişə maddiyyatı düşünmədən əlindən gələni xalq üçün edib və etməkdə davam edir. Bu yaxınlarda Murad müəllimin ömür budağından 60 yarpaq düşdü. O, bu 60 yarpağın onunu "Şəki Bələdiyyəsi" qazetinin buraxılmasına sərf edib. Hər yarpaq 12 ay deməkdir. Bu 12 ayın hər birində təkbaşına bir nüxsə 24, 32 səhivəlik qəzet ərsəyə gətirmək çox da asan iş deyil. Təkrar edim ki, həm də köməksiz, istirahət günlərini də işləmək şərti ilə hər kəsin işi deyil. Bəli, Murad Nəbibəyov kimilər ömrü bada vermir, ondan səmərəli istifadə edərək özündən sonra gələnlərə tarix bağışlayır.
        Murad müəllim haqda çox söz yazmaq olar. Lakin mənim onun gördüyü işləri sadalamaq fikrim yoxdur. Mən onu ömrünün 10 ilini sərf etdiyi "Şəki Bələdiyyəsi"qazetinin yubleyi münasibəti ilə təbrik edirəm. Qoy onun ömür budağına daha 60 yarpaq əlavə olunsun və bu yarpaqlar mənasız tökülməsin. Hər yarpaq bir qəzetə çevrilib oxucuları sevindirsin.
Hörmətlə: Sadıq FƏTƏLİYEV,
"Turan" İA-nın müxbiri