Şəki Bələdiyyəsinin lider namizədləri (17 dekabr 2014)

24 Ara 2014 02:13 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Şub 2015 07:51 güncellendi ]
Dünən ölkəmizdə bələdiyyə seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirdi ki, bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Onun sözlərinə görə, saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səs verib.

        Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçilib. Bələdiyyə üzvlüyünə isə 37 min 77 nəfər namizəd qeydə alınmışdı. Seçkilərdə 8 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak ediblər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər. Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib.
* * *
        Şəkidə də bələdiyyə seçkiləri uğurla başa çatmışdır. Səsvermə 3 seçki dairəsinin əhatə etdiyi 115 seçki məntəqəsində keçirilmişdir. Seçkilərdə 40 bələdiyyəyə 376 yer uğrunda 1128 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 1305 yerli müşahidəçi izləmişdir.
        Dairə seçki komissiyalarından verilən məlumata görə seçkilər azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Səsvermənin gedişində qanun pozuntusuna yol verilməmişdir. Seçicilər sərbəst və azad şəkildə öz seçimlərini etmiş, istədikləri namizədlərə səs vermişlər. Bütün seçki məntəqələrində müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün lazımi şərait yaradılmışdır.
        113 saylı Şəki şəhər seçki dairəsi üzrə 3 bələdiyyəyə 36 yer uğrunda 104 namizəd mübarizə aparmışdır. 27 seçki məntəqəsinin 15-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 333 yerli müşahidəçi izləmişdir.
        114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 18 bələdiyyəyə 170 yer uğrunda 511 namizəd mübarizə aparmışdır. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 490 yerli müşahidəçi izləmişdir
        115 saylı Şəki kənd ikinci seçki dairəsində 19 bələdiyyəyə 170 yer uğrunda 513 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 482 nəfər yerli müşahidəçi izləmişdir. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır.
                                                       * * *
Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilmiş 
Şəki şəhər bələdiyyəsinin lider namizədlərinin siyahısı:

* * *
Məlumat üçün: Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilmiş 
Şəki Seçki dairələrində məntəqələrin və seçicilərin sayı:

* * *
Şəki şəhər bələdiyyəsinin lider namizədləri