Video‎ > ‎

Şəkidə asfalt problemi olan yollar

13 Kas 2014 10:14 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 13 Kas 2014 10:16 güncellendi ]
        Qarşıda bizi yağıntılı hava şəraiti gözləyir. Belə havalarda asfaltlanmamış yollar bir daha gündəmə gəlir. Daşlı-palçıqlı, çələ-çötür yollarda hərəkət çətinləşir. Bu küçələrin sakinləri isə qış gəlməmiş yollarının asfaltlanacağına ümid edirlər. Şəki şəhərində asfaltlanacaq yollar çoxdur. Bunlara Aydın Məmmədov və İzzət Həmidov küçələrini birləşdirən yol, Dadaş Bünyadzadə, Salman Mümtaz, Ziya Bünyadov küçələrindəki dalanları göstərmək olar. Xüsusilə, yağıntılar başladıqa bu yollardan istifadə həm piyadalar, həm də avtomobillər üçün mümkünsüz olur.Şəki şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərdə asfaltlama işləri plan əsasında aparılır. Qeyd edək ki, bu il ərzində Şəkidə 18 küçədə asfaltlama işləri aparılıb. Ümumilikdə bu işlər 75 min kvadrat metrdən çox ərazini əhatə edir. Digər yolların asvaltlanması məsələsinə gəldikdə isə hansı küçələrin abadlaşdırılacağı 2015-ci ilin əvvəllərində təsdiqlənmiş planda öz əksini tapacaq.

Mənbə: Kanals.az, 12.11.2014