Xəbərlər

Bütün xəbər başlıqları ‎‎(əlifba sırası ilə)‎‎

Şəki Bələdiyyəsində 31 Mart - Azərbaycanlıların soyqırımı anıldı

31 Mar 2018 00:27 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 31 Mar 2018 00:28 güncellendi ]

Dünən – martın 30-da 
Şəki Bələdiyyəsində 
31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibəti ilə 
anım tədbiri keçirilmişdir. 

        Toplantı, 100 il əvvəl ermənilər tərəfindən doğma yurdumuzda vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin 
1 dəqiqəlik sükutla 
yad edilməsi ilə başlandı. 



        Tədbiri bələdiyyənin sədri Elşad İbadov açaraq diqqətə çatdırdı ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Natiq onu da vurğuladı ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

        Şəki Bələdiiyyəsi sədrinin birinci müavini İntiqam Əşirov çıxış edərək bildirdi ki, 100 il əvvəl nankor ermənilər tərəfindən həyata keçirilən azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. İ.Əşirov onu da vurğuladı ki, 1918-ci ilin mart qırğınında ermənilər minlərlə evə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

        Bələdiyyə sədrinin müavini Şirin Həbibullayev öz çıxışında söylədi ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Natiq onu da vurğuladı ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Yalnız Vətənimiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə yenidən 31 mart azərbaycanlıların soyqırımı günü qeyd edilməyə başladı. Məhz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra mart ayının 31-i Mart soyqırımının anım günü elan edildi.

Şəki Bələdiyyəsində Xocalı faciəsi yad edildi

25 Şub 2018 22:59 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 25 Şub 2018 23:05 güncellendi ]

        Bu gün - fevralın 26-da Şəki Bələdiyyəsində tariximizə qanlı hərflərlə yazılmış - XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı. 







    
    Tədbir Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
        Sonra Şəki Bələdiyyəsinin sədri Elşad İbadov çıxış edərək iclas iştirakçılarına xatırlatdı ki, 26 il əvvəl Xocalı şəhərində nankor qonşularımız olan ermənilər tərəfindən 83 uşaq, 106 qadın və 70-dən çox yaşlı insan - cəmi 613 nəfər soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. O, fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Sədr Xocalı faciəsinə qədər xalqımıza qarşı törədilən qətliamlar, onların səbəblərindən danışıb, soyqırımla bağlı tədbir iştirakçılarının diqqətinə hadisənin statistikasını çatdırdı.
Bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov da çıxış edərək Xocalı faciəsinin ağır nəticələri haqqında söhbət açdı, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. O, Xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi.
        Sonra bələdiyyə sədrinin müavini Şirin Həbibullayev çıxış edərək Xocalı faciəsini Azərbaycan tarixinin qanla yazılmış səhifəsi adlandırdı. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən Ş.Həbibullayev Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi. Bələdiyyənin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov öz çıxışında erməni millətçilərinin tarix boyu xalqımıza qarşı istər Şimali, istərsə də Cənubi Azərbaycanda həyata keçirdikləri soyqırımları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində hər birimizin fəal iştirakının vacibliyini vurğuladı.
        Tədbirdə Şəki Bələdiyyəsi sədrinin müavini Gülnaz Salamova, bələdiyyə üzvləri Cavad İsmayıllı, Ənvər Mikayılzadə və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söylədilər, Xocalıların amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

Şəki Bələdiyyəsi
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gənclər "Şəki Bələdiyyəsi" qəzetini mükafatlandırdı

3 Şub 2018 01:43 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Şub 2018 01:46 güncellendi ]

Şəki şəhər 
Gənclər və İdman İdarəsi ilə 
YAP Şəki Təşkilatı 
Gənclər Birliyinin 
birgə təşkilatçılığı ilə 
Şəkidə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.







         Tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Şəkidə yerləşən hərbi hissələrin əsgər və zabitləri, media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıb. Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edib, xoş və səmimi arzularını çatdırıb. O, Gənclər Gününün təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu gün şəkili gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdıraraq bu sahədə şəhər gənclər və idman idarəsinin xüsusi rolunun olduğunu vurğulayıb. YAP Şəki Təşkilatı Gənclər Birliyinin sədri, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Daşqın Mikayılov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıb. 
        Sonra müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırdı. 
        Mükafat alanlar arasında gənclərin fəaliyyətini rəhbərlik etdiyi "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov da var. Ona "Diplom" və qiymətli hədiyyə verilib.

Mənbə: Şəki şəhər Gənclər və İdman İdarəsi

Şəki Bələdiyyəsi Cümhuriyyət İlinin layiqincə keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək

3 Şub 2018 01:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Şub 2018 01:34 güncellendi ]

Şəki Bələdiyyəsində 
Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin 
2018-ci ilin “Azərbaycan 
Xalq Cümhuriyyəti İli” 
elan edilməsi ilə əlaqədar 
yanvarın 10-da imzaladığı 
Sərəncamla bağlı iclas keçirilb.




        Toplantını Şəki Bələdiyyəsinin sədri Elşad İbadov açaraq, dövlət başçısının Sərəncamının Azərbaycan xalqı üçün böyük önəm daşıdığını vurğuladı. O, bildirdi ki, ötən əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçiriləcəyi 1018-ci il Azərbaycan tarixində ən yaddaqalan dövr olacaqdır. Natiq onu da bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında böyük rolu olan tarixi şəxsiyyətlərdən birinin – Fətəli Xan Xoyskinin həmyerlimiz olmasından bu gün bütün şəkililər qürur duyur.
        Şəki Bələdiyyəsi sədrinin birinci müavini İntiqam Əşirov öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı sonuncu – 10 yanvar tarixli Sərəncamında o da qeyd olunub ki, Prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Odur ki, həmin Sərəncamda deyilənlər Şəki Bələdiyyəsi tərəfindən layiqincə həyata keçiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bütün imkanlardan istifadə olunacaqdır.

Şəki Bələdiyyəsi, 
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ABİHİ Şəki RK-nın sədri "Tərəqqi" medalı ilə təltif olundu

2 Şub 2018 23:37 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Şub 2018 23:39 güncellendi ]

Azərbaycan Prezidentininin 
müvafiq sərəncamıyla 
Azərbaycanda həmkarlar 
hərəkatının inkişafındakı 
xidmətlərinə görə 
təltif edilənlər arasında 
Əliyeva Səyyarə Vəli qızı da var.








        Səyyarə Əliyeva “Tərəqqi” medalı ilə təltif edilib.
        O, uzun illərdir ki, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin sədri vəzifəsində çalışır.

Mənbə: Belediyye.info

        Bu münasibətlə Şəki Bələdiyyəsinin kollektivi Səyyarə xanımı təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayır.

ELAN: DİN xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirir

30 Oca 2018 04:56 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 30 Oca 2018 04:57 güncellendi ]

AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS ORQANLARINDA 
VAKANT OLAN ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR 
MÜSABİQƏ ELAN EDİR





        Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

        Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları – Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabilliyyətini əhatə edən suallar üzrə Azərbaycan resublikasının Dövlət İmtahan Mərkəzi, müsahibə - test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.
        Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (pedaqoq) ixtisası üzrə təhsil almış, yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
        Hacıqabul (1), Xaçmaz (1), Xızı (1), Qubadlı (1), Qusar (1), Saatlı (1), Sabirabad (1), Yardımlı (1) və Şirvan (1) şəhər, rayon polis şöbələrində vakant yetkinlik yaşına çatmayanlara profilaktiki işin təşkili üzrə inspektor vəzifəsi üçün müsabiqədə yalnız göstərilmiş rayonlarda yaşayış yeri üzrə qeydiyyatda oan və azı 3 il pedaqoji staja malik şəxslər iştirak edə bilərlər.
        Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (Naxçıvan Muxtar Respublikası istisna olmaqla), qeydiyyatda olan yalnız subay namizədlər respblikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar.
        Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.
        Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinə göndərməlidirlər.
        Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis orqanlarına aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
        - şəxsiyyət vəsiqəsi;
        - ali təhsil haqqında diplom;
        - hərbi bilet (kişilər üçün);
        - əmək kitabçası (olanlar üçün).

        Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
        Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
        «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.

        Müsabiqədə iştirak etmək üçün sənədlər 2018-ci il yanvar ayının 22-dən fevral ayının 21-dək hər gün
(istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis orqanlarında qəbul olunur.

        Əlavə məlumat almaq üçün əlaqə telefonları:
        (012) 590-92-37; (012) 590-92-54; (012) 590-93-27;
        (012) 590-93-45; (012) 590-93-64; (012) 590-95-23. 
DİN-in Baş Kadrlar İdarəsi

Şəki Bələdiyyəsi sədrin yubileyini qeyd etdi

29 Oca 2018 23:23 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 29 Oca 2018 23:24 güncellendi ]

Bu gün 
Şəki Bələdiyyəsinin sədri 
Elşad İbadovun 
anadan olmasının 
50 illik yubileyidir.









        Elşad Sirac oğlu İbadov 1968-ci il yanvarın 30-da Şəki şəhərində anadan olub. Şəki şəhər 11 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. 1993-cü ildə Bakı şəhərində "Elevator dəyirmanmaş" zavodunda sex rəisi kimi əmək fəaliyyətinə başlayıb. 1997-2001-ci illərdə Bakı "Kvars" MMC-nin rəisi vəzifəsində işlədikdən sonra doğma Şəkiyə qayıdıb və 2015-ci ilədək Şəki "Diabuz" MMC-də direktor müavini, Şəki 15 saylı Yol İstismar İdarəsində yol ustası, M.F.Axundov adına mədəniyyət və istirahət parkının direktoru vəzifələrində çalışıb. 
        E.İbadov Azərbaycan Respublikasında 2014-cü il dekabrın 17-də keçirilən bələdiyyə seçkilərində Şəki bələdiyəsinə üzv seçilib və 2015-ci ilin yanvarında bələdiyyə üzvlərinin ümumi yığıncağında Şəki Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

        Şəki Bələdiyyəsinin kollektivi Elşad müəllimi yarım əsrlik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və gələcək işlərində daim uğurlar arzulayır.

Şəki Bələdiyyəsi, 
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


İslam dini birlik və bərabərlik dinidir

12 Ara 2017 00:06 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 12 Ara 2017 00:08 güncellendi ]

    
    28 noyabr 2017-ci il tarixdə Şəki şəhərində fəaliyyət göstərən “Məram” Gənclik Mərkəzində “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dinlər, mədəniyyətlər və sivilizasiyalararası münasibətlərin inkişafında İslam həmrəyliyi ideyalarının təbliği” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə şagirdlərin iştirakı ilə tədbir keçirilmi..Tədbirdə “Kreativ Düşüncə” İctimai Birliyinin rəhbəri Gündüz Paşayev, Şəki İslam Kollecinin müəllimi Xəlilov, Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.


        “Kreativ Düşüncə” İctimai Birliyinin rəhbəri Gündüz Paşayev geniş çıxış edərək bildirdi ki, İslam aləminin inkişafına və rifahına nail olmaq üçün İslam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyiİ İli” elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Şəki İslam Kollecinin müəllimi Müşfiq Xəlilov öz çıxışında İslam dinin təlqin etdiyi prinsiplər, Qurani-Kərimdə birliyə, həmrəyliyə, dözümlülüyə dəvət edən ayələrdən nümunə gətirib.

   

“Bələdiyyə müasir Azərbaycanda özünüidarəetmə forması kimi”

1 Kas 2017 04:07 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 1 Kas 2017 04:09 güncellendi ]

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun 
Lektorlar qrupunun üzvü 
Fuad İsmayılov 
bu gün Şəki bələdiyyəsində 
görüş keçirdi. 










        Şəki Bələdiyyəsinin sədri Elşad İbadovun və bələdiyyə qulluqçularının iştirak etdiyi tədbirdə F.İsmayılov “Bələdiyyə müasir Azərbaycanda özünüidarəetmə forması kimi” mövzusunda məruzə etdi.
        O, öz məruzəsində bildirdi ki, bir çox yeniliklərin əsasını qoyduğu kimi, müstəqil ölkəmizdə bələdiyyələrin yaranmasına da məhz ulu öndər Heydər Əliyev xeyir-dua vermişdir. Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
        Bu gün bələdiyyələrin inkişaf mərhələsində olduğunu və bununla yanaşı onların respublikamızım çiçəklənməsində, şəhər, qəsəbə və kəndlərimizin abadlaşmasında, xüsusən də yerli problemlərin həllində xüsusi rolu olduğunu vurğulayan F.İsmayılov onu da qeyd etdi ki, prezidentimiz İlham Əliyevin düzgün, uzaqgörən siyasəti nəticəsində doğma Vətənimizin adı inkişaf etmiş ölkələrin adı ilə bir sırada çəkilir. Elə bu səbəbdəndir ki, bu gün raespublikamızda fəaliyyət göstərən bələdiyyələr təşkilatlanma prosesi keçərək daha böyük uğurlara nail olurlar.
        Lektor hər il Demokratiya həftəsinin keçirilməsinə də toxunaraq, bu tədbirin bələdiyyələrin fəaliyyətində aşkarlıq və demokratiya prinsiplərinin gücləndirilməsinə, bələdiyyə ilə əhalinin sıx təmasda olmasına səbəb olur.
        Yarım saatdan çox davam edən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və müzakirələrlə başa çatdı. 
Şəki Bələdiyyəsi, 
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Şəki Bələdiyyəsi “Yerli Demоkratiya Həftəsi”nə hazırlaşır

25 Eki 2017 06:16 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 25 Eki 2017 06:17 güncellendi ]

Azərbaycan Şəhər, Qəsəbə və 
Kənd Bələdiyyələrinin 
Milli Assosiasiyasının 
təşəbbüsü ilə 
bu il 
oktyabr ayının 30-dan 
noyabr ayının 05-dək 
Azərbaycanda 
"Avropa Yerli Demokratiya Həftəsi" keçirilməsi nəzərdə tutulur. 





        Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin 
Milli Assosiasiyasının
 əlaqələndiri-cisi Tоfiq Həsənоvun belediyye.infо-ya verdiyi məlumata görə, Yerli və Regional Hakimiy-yətlər Konqresinin Bürosu bu il keçiriləcək "Həftənin" mövzusu kimi "Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri" mövzusunu seçmişdir. 
        Bu il həmçinin Avropanın bu təşəbbüsü-nün 10 illik yubileyi də qeyd ediləcəkdir. Avropa bələdiyyələrinə bu mövzuda öz prioritetlərinə uyğun tədbir və proqramların işlənib təqdim olunması təklif olunur. 
        Şəki Bələdiyyəsində də “Avrоpa Yerli Demоkratiya Həftəsi”nə hazırlıq işləri aparılır. Bu məqsədlə bələdiyyədə iclas keçilib, “Həftə” ilə bağlı təkliflər və tədbirlər müzakirə edilib. Həmçinin, bələdiyyənin inzibati binasının qarşısında qоyulmaq üçün plakatlar hazırlanıb, binanın birinci mərtəbəsində sakinlərin müraciətləri üçün хüsusi qutu qоyulub ki, vətəndaşlar öz şikayətlərini, rəy və təkliflərini həmin qutu vasitəsi ilə də bələdiyyəyə ünvanlaya bilsinlər.
        Eyni zamanda, şəhər əhalisinin bələdiyyəyə müraciət etməsi üçün Qaynar хətt kimi 244-00-51 nömrəli telefоnun istifadəsi də nəzərdə tutulub.
Şəki Bələdiyyəsi, 
Mətbuat və ictimaiyyətlə əlaqələr şəbəsi

   
   

1-10 of 292