Xəbərlər‎ > ‎

Şəkinin toxuculuq sənayesində məhsul istehsalı 885 min manat artıb

1 Şub 2015 01:29 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Şub 2015 01:29 güncellendi ]
Şəki, 1 fevral, AzərTAc




        “Sənaye ili” elan edilən 2014-cü ildə Şəkinin toxuculuq sənayesində 2 milyon 854 min manatlıq toxuculuq məhsulları istehsal olunub. Əvvəlki illə müqayisədə məhsul istehsalı 885 min manat artıb.

        Bu barədə AzərTAc-a Şəki Şəhər Statistika İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, 2014-cü ildə bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində (ASC) 208 min ədəd milli baş örtüyü olan kəlağayı istehsal olunub. Kəlağayı istehsalı əvvəlki ilə nisbətən 2 dəfəyə yaxın artıb. Bundan əlavə, il ərzində müəssisədə 2 min 613 ton pambıq iplik, 44 min 452 ədəd kip şal, 3 min 793 ədəd şərf istehsal olunub. Ötən il müəssisənin xalça sexində 166 kvadratmetr ipək və yun xalça toxunub.