Xəbərlər‎ > ‎

“ TƏMİZ HAVA AYLIĞI ” (video)

1 Ağu 2016 08:49 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Ağu 2016 08:50 güncellendi ]
Nəqliyyat vasitələrinin istismarı zamanı mühərrikdən xaric olan zəhərli tullantılardan atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə 2016-cı il avqust ayının 1-dən, 31-dək Respublikamızda “Təmiz Hava” aylığı keçiriləcəkdir. 




        “Təmiz Hava” aylığı ərəfəsində Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçiriləcəkdir.

        Şəki ŞRPŞ DYP-nin Təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevin verdiyi məlumata görə, “Təmiz Hava” aylığı böyük əhəmiyyət kəsb edən bir tədbir olmaqla ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, insanların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bu tədbirin səmərəli keçməsində aidiyyatı təşkilatlar da yaxından iştirak etməlidirlər.
        Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən bu istiqamətdə müəyyən işlər həyata keçiriləcəkdir. Hərəkət iştirakçıları ilə əhali arasında bu tədbirin məqsədi və əhəmiyyəti barədə söhbətlər və izahat işləri aparılır. Eyni zamanda küçə və yollarda mütəmadi olaraq Reydlər keçiriləcəkdir. Qaz analizatorlardan istifadə edilərək ixrac qazların zəhərlilik dərəcəsi yoxlanılacaqdır. Zəhərliliyin miqdarı ( CO=2,5 - 3% ) normadan çox olan nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq, sürücülər haqqında müvafiq tədbirlər görüləcəkdir.
        “Təmiz Hava” aylığı ərəfəsində sürücüləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərə riayət edilməsinə qarşı daha diqqətli olmağa çağırırıq. Belə ki, gündəlik olaraq nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, xüsusi ilə karbirator sisteminin, mühərrikin nasazlıqları aradan qaldırılmalıdır.
        Mühərriki nasaz vəziyyətdə olan avtomobili idarə edən sürücülərə Azərbaycan Respublikası İXM-nin 342.5 maddəsi ilə inzibati qaydada tədbirlər görüləcək, yəni inzibati protokollar tərtib edilməklə 50 (əlli) manat məbləğində cərimə tətbiq olunacaqdır.