Xəbərlər‎ > ‎

“Bələdiyyə müasir Azərbaycanda özünüidarəetmə forması kimi”

1 Kas 2017 04:07 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 1 Kas 2017 04:09 güncellendi ]
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun 
Lektorlar qrupunun üzvü 
Fuad İsmayılov 
bu gün Şəki bələdiyyəsində 
görüş keçirdi. 










        Şəki Bələdiyyəsinin sədri Elşad İbadovun və bələdiyyə qulluqçularının iştirak etdiyi tədbirdə F.İsmayılov “Bələdiyyə müasir Azərbaycanda özünüidarəetmə forması kimi” mövzusunda məruzə etdi.
        O, öz məruzəsində bildirdi ki, bir çox yeniliklərin əsasını qoyduğu kimi, müstəqil ölkəmizdə bələdiyyələrin yaranmasına da məhz ulu öndər Heydər Əliyev xeyir-dua vermişdir. Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
        Bu gün bələdiyyələrin inkişaf mərhələsində olduğunu və bununla yanaşı onların respublikamızım çiçəklənməsində, şəhər, qəsəbə və kəndlərimizin abadlaşmasında, xüsusən də yerli problemlərin həllində xüsusi rolu olduğunu vurğulayan F.İsmayılov onu da qeyd etdi ki, prezidentimiz İlham Əliyevin düzgün, uzaqgörən siyasəti nəticəsində doğma Vətənimizin adı inkişaf etmiş ölkələrin adı ilə bir sırada çəkilir. Elə bu səbəbdəndir ki, bu gün raespublikamızda fəaliyyət göstərən bələdiyyələr təşkilatlanma prosesi keçərək daha böyük uğurlara nail olurlar.
        Lektor hər il Demokratiya həftəsinin keçirilməsinə də toxunaraq, bu tədbirin bələdiyyələrin fəaliyyətində aşkarlıq və demokratiya prinsiplərinin gücləndirilməsinə, bələdiyyə ilə əhalinin sıx təmasda olmasına səbəb olur.
        Yarım saatdan çox davam edən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və müzakirələrlə başa çatdı. 
Şəki Bələdiyyəsi, 
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi