Xəbərlər‎ > ‎

Şəkidə məişət tullantıları problemi (video)

1 Ara 2014 05:55 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Ara 2014 05:56 güncellendi ]
        
Şəkidə məişət tullantılarının küçəyə atılması, şəhərin zibillənməsi barədə dəfələrlə sujet təqdim etmişik. Son vaxtlar bu səhədə müəyyən irəliləyişlər də var. Şəhərin əksər yerinə zibil qutuları qoyulub. Ancaq hələ də bəzi ərazilərdə müəyyən problemlər mövcuddur. Şəkinin mərkəzi hissəsi sayılan Heydər Əliyev prospektində səhər saatlarında demək olar ki, hər gün eyni mənzərə müşahidə edilir. Bəzən buna səbəb məişət tullantıları üçün nəzərdə tutulmuş qabların dolması olur. Ancaq məişət tullantılarına yol kənarlarında əksər ərazilərdə rast gəlinir. Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyi isə bunu vətəndaşların müqavilə şərtlərindən yayınması ilə əlaqələndirir. Kənara atılan tullantılarsa, həm şəhərin gözəlliyinə xələl gətirir, həm də antisanitar vəziyyət yaradır.
        KTİB əməkdaşları isə əlavə qablarda qoyulmuş tullantıları həmin qablarla birlikdə tullamaq məcburiyyətində qalırlar. İctimai yaşayış binalarının hər bir bloku üçün tutumlar qoyulub. Hazırda şəhər ərazisində 300-dən çox belə tutum var. Bu tutumların sayının artırılması nəzərdə tutulur.

Mənbə: Kanal S
01.12.2014