Xəbərlər‎ > ‎

Şəki bazarında güclü yanğın baş verib

1 Şub 2014 21:12 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Şub 2014 23:04 tarihinde Aydin Mammadov tarafından güncellendi ]
        
Bu gecə saat 2 radələrində Şəki bazarında yanğın baş verib. Yanğın qısa müddət ərzində geniş bir ərazini bürüyüb. Baş vermiş yanğın səbəbindən sahibkarlara külli miqdarda ziyan dəyib.

        Şəki bazarında bir dükanda başlayan yanğın qısa müddət ərzində bazarın geyim malları olan hissəsini öz cənginə alıb. Dərhal hadisə yerinə Şəki yanğından mühavizə hissəsinin yanğısöndürən texnika və canlı quvvəsi cəlb olunub. Ilkin məlumatlara əsasən alov təxminən 1200-1500 kvadratmetr ərazini bürüyüb.
        Yanğının güclü olması səbəbindən hadisə yerinə ətraf rayonların yəni Qax, Oğuz, Qəbələ və Mingəçevirin yanğınsöndürənləri və texnikası cəlb olunub. Hadisə zamanı bazar ərazisində təxminən 100-ə yaxın sahibkara külli miqdarda ziyan dəyib.
        Bəzi sahibkarlar isə dükanlardan mallarının yarısınıda olsa xilas edə bilib. Nəzərinizə çatdıraq ki, ərazidə geyim,qızıl və məişət avadanlıqları olan dükanlar yanıb. Hadisə zamanı əraziyə şəhər rəhbərliyidə gəlib. Şəki şəhər icra başçısı əraziyə baxış keçirərk öz tapşırıqlarını verib.
        Ümumilkdə hadisə yerinə 15-ə yaxın yanğınsöndürən avtomobil cəlb olunub. Yanğınla əlaqədar olaraq ətraf ərazidə elektrik enerjisi və mavi yanacağın verlişi müvəqqəti olaraq dayandırılıb. Saat 2 radələrindən başlayan yanğın 5 saatlıq mübarizədən sonra saat 7 radələrində tamamilə söndürülüb. İlkin ehtimallara görə hadisəyə səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub. Faktla əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

Видео YouTube


Mənbə: http://kanals.az