Xəbərlər‎ > ‎

Şəkidə yeni ticarət mərkəzi istifadəyə verildi

2 Mar 2016 02:25 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Mar 2016 02:26 güncellendi ]
Şəki şəhərinin Salman Mümtaz küçəsində 
yeni istifadəyə verilən ticarət mərkəzi 
tam gücü ilə fəaliyyət göstərdikdə 
burada 1500-dək iş yerinin 
açılması nəzərdə tutulur.








Mustafa DADAŞOV, 
AZƏRTAC-ın bölgə müxbiri


        AZƏRTAC xəbər verir ki, bu barədə ticarət mərkəzinin açılışında məlumat verilib.
        Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə çıxış edən icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, hər yerdə olduğu kimi, Şəki rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, təkcə 2016-cı ilin əvvəlindən rayonda 700-dək yeni iş yeri açılıb. Yeni istifadəyə verilən bu ticarət mərkəzində də 1500 nəfərə yaxın sakin işlə təmin olunacaq.
        Mərasimdə obyektin sahibi, iş adamı Rüfət İbrahimov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına göstərilən qayğıya görə şəkili sahibkarlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
        Ticarət mərkəzində avtomobillərin saxlanması üçün dayanacaq da inşa edilib. Əraziyə asfalt örtüyü döşənib, kommunikasiya xətləri quraşdırılıb.
Şəki, 1 mart