Xəbərlər‎ > ‎

Şəkinin daha bir kəndinin içməli su problemi həllini tapdı (video)

2 Ağu 2015 08:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Ağu 2015 08:41 güncellendi ]
        Şəkinin Suçma kəndinin içməli su problemi həllini tapıb. 2000-ə yaxın əhalisi olan kəndin su sisteminin əsaslı təmiri layihəsi çərçivəsində Dəhnə çayı su hövzəsindən 4.8 km uzunluğunda su xətti çəkilib. 

        Layihənin açılış mərasimində sakinlər bu əlamətdar hadisə münasibətilə təbrik edilib. 102 min 570 ABŞ dolları dəyərində olan layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilib. Qeyd edək ki, 2000-ci ildən Yaponiya səfirliyinin maliyyə dəstəyilə Şəkidə ümumi dəyəri 1 milyon 206 min dollar civarında 15 müxtəlif layihə həyata keçirilib.
Mənbə: Kanal S