Xəbərlər‎ > ‎

“Onlar kimsəsiz deyil, onların ailəsi - dünyadır!”

2 Eyl 2016 00:41 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 2 Eyl 2016 00:42 güncellendi ]
        
“Headway Language and Development”, “eProject Group“, “Addım“ Tədris Mərkəzi, “İnkişaf Zamanı” Proqramı və “Könüllü Gənclər Birliyi”-nin tərəfdaşlığı Şəki şəhərində 4 günlük sosial layihə həyata keçirilib.


        “Onlar kimsəsiz deyil, onların ailəsi - dünyadır!” adlı layihə gənclərin aktivliyinin artırılması, onlara könüllülük bacarıqlarının aşılanması, həmçinin valideyn himayəsindən məhrum olan uşaqların diqqətdən kənarda qalmaması məqsədi ilə həyata keçirilib.
        
Layihə rəhbəri Cavid İsmayılzadə qeyd edib ki, layihə çərçivəsində ilk gün iştirakçılara “Könüllülük” və “Komanda işi” mövzularında təlimlər keçirildi, könüllülər komandalara bölündülər. Fəaliyyətin 2-ci günü isə gənclərin missiyası şəhəri gəzərək Şəki camaatını maarifləndirmək, onları layihəyə cəlb etmək və müxtəlif hədiyyələr toplamaqdan ibarət olub. Əcnəbi könüllülərin də iştirak etdiyi layihədə gənclər bu missiyanın öhdəsindən uğurla gəlib. Sonuncu 2 gün ərzində isə uşaqlar evinə ziyarət olunacaq əşyalar səliqə ilə paket halına salınıb, uşaqlar evinə ziyarət olunub, onlarla əyləncəli oyunlar oynayıb, söhbət ediblər.