Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsi Cümhuriyyət İlinin layiqincə keçirilməsi üçün bütün imkanlardan istifadə edəcək

3 Şub 2018 01:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Şub 2018 01:34 güncellendi ]
Şəki Bələdiyyəsində 
Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin 
2018-ci ilin “Azərbaycan 
Xalq Cümhuriyyəti İli” 
elan edilməsi ilə əlaqədar 
yanvarın 10-da imzaladığı 
Sərəncamla bağlı iclas keçirilb.




        Toplantını Şəki Bələdiyyəsinin sədri Elşad İbadov açaraq, dövlət başçısının Sərəncamının Azərbaycan xalqı üçün böyük önəm daşıdığını vurğuladı. O, bildirdi ki, ötən əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçiriləcəyi 1018-ci il Azərbaycan tarixində ən yaddaqalan dövr olacaqdır. Natiq onu da bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında böyük rolu olan tarixi şəxsiyyətlərdən birinin – Fətəli Xan Xoyskinin həmyerlimiz olmasından bu gün bütün şəkililər qürur duyur.
        Şəki Bələdiyyəsi sədrinin birinci müavini İntiqam Əşirov öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı sonuncu – 10 yanvar tarixli Sərəncamında o da qeyd olunub ki, Prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Odur ki, həmin Sərəncamda deyilənlər Şəki Bələdiyyəsi tərəfindən layiqincə həyata keçiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bütün imkanlardan istifadə olunacaqdır.

Şəki Bələdiyyəsi, 
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi