Xəbərlər‎ > ‎

Şəkidə tarixi abidənin qayğıya ehtiyacı var (video)

3 Mar 2016 05:17 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Mar 2016 05:17 güncellendi ]
        Şəkinin Fazıl kəndində yerləşən "Əbədi sükut dünyası" abidə-labirintinin əsaslı təmirə ehtiyacı var. 

        Tikilinin bəzi divarları uçulub. Tariximizin öyrənilməsində böyük əhəmiyyətə malik olan bu abidəyə lazımi diqqət və qayğı göstərilmir. Yerin altında olan abidənin üstü lazımi səviyyədə qorunmur. Təbii hadisələr, yağış-qar sularının təsirindən aşınmalara məruz qalıb. İçəridə yaranan rütubət sümüklərin sürətlə çürüməsinə səbəb olur. Ancaq problem bununla da bitmir. Abidənin ətrafı hasara alınmadığından ərazi mal-qaranın örüş sahəsi kimi istifadə olunur. Bu da abidənin elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Labirintin elektrik təhcizatında problemlər var. Bu problemləri aradan qaldırmaq üçün isə maddi vəsait tələb olunur. Bundan başqa, abidənin havalandırma sistemi də ərazidə gəzən heyvanlar tərəfindən yararsız hala salınıb. "Əbədi sükut dünyası" bu gün dərin sükut içərisində qayğı ilə əhatə olunacağı günü səbrsizliklə gözləyir. Gözləyir ki, bəlkə, kiminsə rəhmi gəldi, ona da əl gəzdirən, sığal çəkən tapıldı.
Mənbə: Kanal S