Xəbərlər‎ > ‎

Şəkidə selin yaratdığı fəsadlar aradan qaldırılır

3 Tem 2016 09:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Tem 2016 09:40 güncellendi ]
        Dün
ən - iyulun 2-də axşam saatlarından etibarən Şəkinin dağlıq ərazilərdində
 yağan güclü leysan nəticəsində Kiş və Şin çaylarında sululuq xeyli artıb. Xüsusilə də Kiş çayında qalınlığı 4 metrdən çox lava şəklində lil, ardından sel gəlib. 

        Nəticədə Kiş kəndnin giriş hissəsində hündürlüyü 40 metr olan körpü, eyni zamanda istirahət mərkəzlərinə gedən istiqamətlərdə körpülər dağılıb. 200 metr uzunluğunda olan qaz borusu, şəhəri içməli su ilə təmin edən boru xətti sıradan çıxıb. elektrik dirəkləri və ağaclar aşıb. Çay özü ilə böyük daşlar və qaya parçaları gətirib. Ərazidəki evlərə, təsərrüfat sahələrinə və istirahət mərkəzlərinə ziyan dəyib. Kiş və Oxud kəndlərinin elektrik enerjisi və təbii qazla təchizatında problemlər yaranıb. Şin çayının yuxarı hissəsində quraşdırılmış qoruyucu su bəndinin bir hissəsi də güclü sel nəticəsində dağılıb. İstirahət mərkəzlərində və bəzi ərazilərdə insanlar köməksiz vəziyyətdə qalıb. İnsanları təhlükəsiz əraziyə köçürmək üçün FHN-nin xilasediciləri və canlı qüvvəsi cəlb olunub. Gecə saatlarından etibarən insanların təxliyyəsinə başlanılıb. 80 nəfər şəxs təhlükəsiz ərazilərə köçürülüb. Məsələ ilə bağlı dərhal ölkə rəhbərliyinə məlumat verilib və aydiyyatı qurumlara tapşırıqlar verilib. FHN-nin yerli nümayəndəliyinin mütəxəssiləri əraziyə cəlb olunub. Vəziyyət yerində dəyərləndirilib. İnsan tələfatının olmadığı bildirilir. Hadisə baş verdiyi andan Şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları və digər idarə və təşkilatların rəhbərləri hadisə yerində olub. Selin yarada biləcəyi təhlükəni önləmək üçün operativ qərargah yaradılıb. Şəhər mühafizəyə götürülüb.
        
Şəki ŞİH başçısı Elxan Usubov vətəndaşlara müraciət edib. Sellə əlaqədər hər hansı problemlə üzləşəcəkləri təqdirdə yerli icra orqanları nümayəndələrinə məlumat vermələri xahiş olunub. Hazırda dəyən ziyanın məbləği müəyyənləşdirilir. Əraziyə çoxlu sayda texnika cəlb olunub. Eyni zamanda Kiş kəndinin elektrik enerjisi ilə təminatı istiqamətində iş aparılır. Dağlıq ərazilərdə çobanların olub-olmaması araşdırılır. Bu vaxta qədər çaylarda görülən işlər, çay yataqlarının təmizlənməsi, tikilən bəndlər nəticəsində baş verə biləcək böyük bir fəlakətin qarşısı alınıb. 
        KANAL S-in verdiyi məlumata görə, yaranmış vəziyyətlə əlaqədar müvafiq komissiyanın ayrılması barədə Baş Nazir Artur Rasi-zadəyə müraciət edilib. 
        Hadisə ilə bağlı qaynar xətt də yaradılıb. Sellə əlaqədər hər hansı problemlər üzləşən sakinlər (024) 244-26- 43 nömrəsi vasitəsilə aidiyyatı qurumlara müraciət edə bilərlər.