Xəbərlər‎ > ‎

Şəkidə reklam lövhələri (video)

4 Şub 2015 05:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Şub 2015 05:06 güncellendi ]
Ev satılır, torpaq satılır, maşın satılır, müəyyən iş elanları və s. Şəkidə mərkəzi küçələrdə bu cür elan və a reklamlara tez-tez rast gəlinir. Ancaq çox zaman onlardan geriyə qalan cırılmış kağızlar, yapışqanlı lövhələr olur. Bu da şəhərdə yenicə qoyulmuş dayanacaqlarda, abadlaşdırılmış küçələrdə xoşagəlməz mənzərə yaradır. Yapışqanlarla vurulan kağızların sonradan qoparılması zamanı itiuclu alətlərdən istifadə isə divarlarda öz izini qoyur.
        


        Təbii ki, reklam haqqında qanunun müvafiq bəndinə uyğun olaraq, hər kəsin öz əmlakını və ya məhsulunu sərbəst şəkildə reklam etmək hüququ var. Lakin bunu qanunauyğun şəkildə aparmaq, elanları müvafiq icra orqanın təyin etdiyi yerlərdə xüsusi lövhələrə vurmaq lazımdır. Şəhər bələdiyyəsi tərəfindən bu cür halların qarşısının alınması üçün sahə müvəkkillərinə xüsusi tapşırıqlar verilib.                     
        Görünənsə odur ki, hələ də görülən abadlığa, təmizliyə xələl gətirənlər var.
Mənbə: Kanal S