Xəbərlər‎ > ‎

13 yaşlı idmançımız iki erməniyə qalib gəlib çempion oldu

4 Tem 2015 04:25 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Tem 2015 11:39 güncellendi ]
İyunun 28-də Gürcüstan Respublikasının Poti şəhərində Azərbaycan, Gürcüstan və Ermənistan idmançılarının iştirakı ilə Karate və MMA (qaydasız döyüş) idman növləri üzrə Beynəlxalq turnir keçirilmişdir.

Azərbaycan yığma komandasının tərkibində Şəkinin 8 idmançısı və 2 məşqçisi iştirak etmiş və 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmışlar.
Karate növu üzrə kata və kumite yarışlarıнdа 12-13 yaşlılar аrasında Yunuslu Məmmədiyə (kаtа) yarım final mərhələsində erməni idmançısına qalib gələrək finala çıxmış, finalda isə yerli idmançıya uduzaraq 2-ci yeri tutmuşdur. 10-11 yaşlılar arasında İbrahimli Fərrux (kata) вə +18 yaş qrupunda İsmayılov Rafiq 3-cü yerə,  kumite yarışında 5 yaşlı idmançılar arasında  Həşimov Əli və 8-9 yaş qrupunda Məmmədov Əli final döyüşündə xal hesabı uduzаrаq 2-ci yerə, 10-11 yaş qrupunda isə Cabbarlı Nihad 3-cü yeri tutmuşlar. 
Turnirin ikinci mərhələsində MMA (qaydasız döyüş) növü üzrə 10-11 yaş qrupunda 32 kq çəkidə Abdullayev Fərid yarım final mərhələsində uduzub 3-cü yeri tutmuşdur. 12-13 yaş qrupunda Məlikov Nihad 37 kq çəkidə iki erməni idmançısı ilə qarşılaşmış və yüksək döyüş texnikası nümayiş etdirən həmyerlimiz bədxah qonşularımızın hər iki idmançısına qalib gələrək 1-ci yerə layiq görülüb, qızıl medal almış və Bayrağımızın yüksəkdə dalğalanmasına nail olmuşdur.
Yarışlarda iştirak edən Şəki idmançılarını Şəki Olimpiya İdman Kompleksində karate növü üzrə məşqçi işləyən 4 dan qara kəmər ustası Tərlan Yunusov və Şəki “Sərxan və Faiq” adına Cəngavər İdman Кlubunun rəhbəri, 3 dan qara kəmər ustası, Dünya çempionu, MMA (qaydasız döyüş) növü üzrə məşqçi İlqar İbrahimov hazirlamışlar.