Xəbərlər‎ > ‎

Şəkidə bərpaya ehtiyacı olan tarixi hamamlar (video)

4 Kas 2014 00:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Kas 2014 00:41 güncellendi ]
Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Hamam həm də bir mədəniyyətdir. Şəkidə də bir sıra tarixi hamamlar mövcuddur. Ancaq 21-ci əsrdə yaşadığımız dövrdə demək olar hər kəsin evində hamam var. Bəs görəsən bu dövrdə cəmiyyət hamamına müraciət edənlər var? Ətraflı növbəti sujetdə. Şəkidə tarixi hamamlardan hazırda yalnız biri Abdulxalıq hamamı sakinlərə xidmət göstərir. Ancaq belə davam edəcəyi təqdirdə bura gələn sakinlər başqa cəmiyyət hamamlarına üz tutmalı olacaqlar. Çünki hamamın bərpaya ehtiyacı var. Şəkidə bərpasına ehtiyac duyulan bir neçə tarixi hamam var. Bu hamamlar baxımsız vəziyyətdədir. Tarixi hamamlar yaxın zamanlarda bərpa olunmazsa, onların tarixin arxivinə qovuşacağı şübhəsizdir. Hazırda 21-ci əsrdə yaşayırıq. İndiki zamanda içində hamamı olmayan mənzil tapmaq çətindir. Bununla belə cəmiyyət hamamlarına üstünlük verən sakinlər heç də az deyil. Necə deyərlər, bu hamamda çimməyin öz ləzzəti var. Ona görə də, sakinlər tarixi hamamların bərpa olunaraq yenidən istifadəyə verilməsinin arzusundadır. Qeyd edək ki, Şəkidə 19-cu əsrə aid “Yeraltı hamam” dövlət tərəfindən bərpa olunub. Hamam tarixilik qorunmaqla müasir avadanlıq və istilik sistemi ilə təmin olunub. Ümid edək ki, digər hamamlar da diqqət və qayğıdan kənarda qalmayacaq.

Mənbə: Kanal S

Видео YouTube