Xəbərlər‎ > ‎

Qarabağ tarixi fənni tədris olunmağa başlayıb (video)

4 Kas 2014 01:00 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 4 Kas 2014 01:03 güncellendi ]
XVIII əsirdə İran və Türkiyədən Qarabağa köçürülən ermənilər XX əsrin sonlarında tarixi torbaqlarımız işğal etdilər. 20 ildən çoxdur  bütün dünyaya sübut etmyə çalışırıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Bunun üçün də hər birimiz Qarabağın tarixini dərindən bilməli və təbliğ etməliyik. Elə bu məqsədlə də Təhsil Nazirliyinin qərarı ilə bu ildən etibarən orta məkətblərdə yeni bir fənn- Qarabağ tarixi fənni tədris olunmağa başlayıb. Lakin ayrıca Qarabağ tarixi fənninin tədrisi mütəxəssislər tərəfindən bir mənalı qarşılanmayıb. Bəziləri bu fənnin tədrisini olduqca vacib addım  kimi qiymətləndirirlər. Lakin tarixçi alim Yaqub Mahmudov tam başqa fikirdədir. Onun fikirincə ayrıca Qarabağ tarixinin tədrisinə ehtiyac yoxdur. Çünki , Azərbaycan tarixi dərsliyində Qarabağ tarixinə geniş yer verilib.Qeyd edək ki, bu fənn həftədə bir dəfə 8-11 siniflərə keçirilir. Fənnin tədrisi tarix müəllimlərinə həvalə olunub. Müəllim hər həftə bir mövzu seçir , seçilən mövzu Təhsil Nazirliyi və məktəb rəhbərliyi tərəfindən məqbul hesab olunarsa tədris olunur.

Mənbə: Kanal S

Видео YouTube