Xəbərlər‎ > ‎

XOCALI BİR QƏTLİAM DEYİL, SOYQIRIMDIR...

5 Mar 2016 06:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Mar 2016 21:48 güncellendi ]
Bu il də biz böyük ürək ağrısıynan, 
qəlb yanğısıynan Xocalı faciəsinin növbəti ildönümünü qeyd elədik. Artıq 24-cü dəfədir xalqımız mənfur qərb qonşularımız ermənilərin şimal qonşularımızın hərtərəfli yardımı ilə Xocalıda törətdiyi cinayətin qurbanlarının xatirəsini yad edir, Şəhidlərimizin ruhuna dualar oxuyur, cinayətkarların hələ də cəzalandırılmamasından əzab çəkir...

Murad NƏBİBƏYOV


        Qardaş Türkiyənin Hakkari Üniversitetində çalışan həmyerlimiz, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov Xocalı soyqırımı ilə bağlı olaraq Türkiyədə Mərmərə Universitetində (İstanbul) və Mustafa Kamal Universitetində (Hatay) təşkil olunan konfranslarda iştirak etmişdir.

        
Hər iki universitetin professor-müəllim heyəti və tələbələrinin maraqla dinlədiyi tədbirdə çıxış edən həmyerlimiz əslində Xocalı hadisəsinin bir qətliamdan daha böyük olduğunu bu səbəblə əsl soyqırım adlandırılması gərəkdiyini söyləmişdir. Sadıqov çıxışında: `təəssüflər ki Ermənilər 20. əsr boyunca xalqımıza bir neçə dəfə soyqırımı eləmişdirlər. Elə əsrin əvvəllərində həm 1905-1906. Illərdə və 1918. Ildə baş vermiş hadisələrdə də xalqımız
soyqırımına məruz qalmışdır. 20. əsrin sonunda isə, bütün dünyanın gözləri önündə Xocalıda baş verənlər vicdanları sızladan əsl vəhşilik olmuşdur. Qadın, uşaq, qoca demədən yüzlərcə dinc sakinin qış günündə xüsusi vəhşiliklə qətl edilməsi insanlıqdan nəsibini almamış Erməni vandallarına xas xüsusiyyətlərdəndir.`
        Natiq çıxışında Türkiyə və Azərbaycan dostluğunun möhkəmliyinə də diqqət çəkərək heç kimsənin Anadolu və Azərbaycan Türklərinin arasındakı bu qardaşlıq bağını sarsıdamayacağını dilə gətirib: `Biz, dili bir, dini bir, tarixi bir, mədəniyyəti bir, özü bir, varlığı bir, düşüncəsi bir eyni millətin iki qoluyuq. Azərbaycandakı insanların Türkiyəyə baxışı ilə Anadolu Türklərinin Azərbaycana baxışı heç bir zaman bir birindən ayrı düşünülə bilməz.`
        Konfranslar haqqında hər iki universitetin səhifələrində və Hatayda yayımlanan Zəfər adlı qəzetdə geniş material dərc olunmuşdur.