Xəbərlər‎ > ‎

ŞƏKİ ŞƏHİDLƏRİ İLƏ VİDALAŞDI

5 Nis 2016 09:35 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Nis 2016 02:10 güncellendi ]
        Şəhid Orxan Hümmətov dünyaya göz açdığı Kiş kəndinda torpağa tapşırıldı.


        Qoşunlarin təmas xəttində düşmən təxribatlarının qarşısını alarkən şücaət göstərərək şəhid olan 1992-ci il təvəllüdlü gizir Orxan Hümmətov bu gün - aprelin 5-də doğulduğu Kiş kəndində torpağa tapşırıldı.
        Şəhidin dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri v
ə minlərlə Şəki sakini iştirak edirdi.
        
İzdihamlı mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhidin ailə üzvlərinə və yaxınlarına rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, intiqam gününün yaxınlaşdığını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın işğaldan azad olunacağını bildirdi.
        Şəhid Orxan Hümmətov əsgərlərin yaylım atəşləri altında torpağa tapşırıldı. Mərasimə toplaşan şəkili gənclər, şəhidin dostları bir ağızdan “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirib, Kiş kəndinin igid oğlunun xatirəsinə ehtiramlarını bildirdilər.
        Onu xatırladaq ki, 2011-ci ildə ordu sıralarına yola düşən Orxan Hümmətov 2012-ci ilin iyulunda hərbi xidməti başa vurub. Həmin ilin dekabrında yenidən cəbhə bölgəsindəki hərbi hissələrdən birində gizir rütbəsi ilə xidmətə başlayıb. Düşmənin son təxribatları nəticəsində Tərtər rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
ALLAH RƏHMƏT ELƏSİN
   
   

* * *

Ş
əhid Vüqar Süleymanov doğma Böyük Dəhnə kəndində torpağa tapşırıldı.



        Qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan daha bir əsgərimiz - Şəki rayonunun Böyük Dəhnə kənd sakini, 23 yaşlı Vüqar Süleymanov bu gün - aprelin 5-də doğulduğu kəndin “Şəhidlər Xiyabanı”nda torpağa tapşırıldı.


        
Şəhidin dəfn mərasimində şəhər rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak edirdil
ər.
        Şəhid Vüqar Süleymanov 2015-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Doqquz ay idi ki, hərbi xidmətdə olan əsgər son günlər cəbhə bölgəsində, qoşunların təmas xəttində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub.
ALLAH RƏHMƏT ELƏSİN