Xəbərlər‎ > ‎

Xarici ölkələrin Azərbaycandakı səfirləri Şəkidə olublar (video)

5 Kas 2014 06:17 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Kas 2014 06:19 güncellendi ]
        Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə dünən - noyabrın 4-də baş tutan səfər regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılması məqsədini daşıyır. 
        Qonaqlar əvvəlcə Kiş Alban Məbədində olublar. Burada onlara abidənin tarixi barəsində ətraflı məlumat verilib.Daha sonra qonaqlar Xan Sarayında olublar. Onlar sarayı gəzib və buranın tarixi ilə yaxından tanış olublar.Tur çərçivəsində qonaqlar Qəbələdə də olacaqlar. Onların Qəbələdə bir sıra tarixi yerlər, turizm məkanları və son dövrlər istifadəyə verilmiş ictimai obyektlərlə tanışlığı nəzərdə tutulub.
Mənbə: Kanal S

Видео YouTube