Xəbərlər‎ > ‎

Şəki bələdiyyəsinə namizədliyi irəli sürülmüş vətəndaşların siyahısı

5 Ara 2014 01:58 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 5 Ara 2014 01:59 güncellendi ]
        Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsinə 113-cü Şəki şəhər seçki dairəsindən 44 nəfər və 115-ci Şəki kənd ikinci seçki dairəsindən 7 nəfər olmaqla ümumilikdə 51 nəfər vətəndaşın namizədliyi irəli sürülmüşdür. Onlardan 17 nəfəri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi verilmiş şəxslərdir.