Xəbərlər‎ > ‎

Şəkinin Fətəli Xan Xoyskini sızladan küçəsi... - REPORTAJ

6 Nis 2014 00:56 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Nis 2014 01:00 güncellendi ]
    İstənilən yaşayış məskənində rahat, səliqəli yol infrastrukturun əsasıdır. Hələ xüsusilə, söhbət şəhərdən gedirsə. Və bu şəhər də tarixi, ənənələri, memarlığı, özünəməxsusluğu ilə seçilən Şəki ola.

    Tezxəbər İnformasiya Portalı xəbər verir ki, son dövrlərdə Şəkinin bir çox küçə və prospektlərində baxımlılıq göz oxşayır. Yeni yollar salınır, köhnələri isə təmir olunur.
    Ancaq yaddan çıxanlar da var.
    Şəkinin Fətəli xan Xoyski küçəsinin sakinləri hər gün bu "yol"dan istifadə etmək məcburiyyətindədirlər.
    Əraziyə yağıntı düşəndə isə bu əzab-əziyyət birə-beş artır. Hələ axşam saatlarını demirik. Yolda olan çuxurlara yıxılanlar kim, çuxurların içərisindəki su-palçıqdan nəsibini alanlar kim. Sakinlər deyirlər ki, 20 ildir buralar bu vəziyyətdədir. Aidiyyatı qurumlara müraciət olunub. Amma..
Bax bu "əmma" məlumdur yəqin ki..

    Son nəticədə, Fətəli xan Xoyskinin adını daşıyan küçə bu gün özündən utanır.
    Media olaraq, biz öhdəmizə düşəni etdik. Aidiyyatı qurumların yadına F.Xoyski küçəsini saldıq. Qaldı onların bunu necə dəyərləndirmələri.
Lalə M.